Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rusiya Suriyada hər gün 4 milyon dollar xərcləyir

Britaniya analitikləri Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlara xərclədiyi vəsaitin həcmini hesablayıblar.

 

"Xeberinfo.com":   IHS mərkəzinin məlumatına görə, Moskva aviazərbələrə artıq 115 milyon dollar xərcləyib. Kreml bir gündə Suriyadakı hərbi əməliyyata azı 2,4 milyon dollar sərf edir. Bu rəqəmlərin təxmini olduğu deyilir. Hərbi əməliyyatların gündəlik real xərci 4 milyon dollara çatır. 

IHS Janes-in hesablamasına görə, sentyabrın 30-da başlayan bombardıman Kremlə 80-115 milyon dollara başa gəlib. Bura hərbi texnikanın daşınması, infrastruktur, personalın maaşı, həmçinin havadan bombardımanların xərci daxildir.

Hesablamaya görə, hərbi təyyarənin bir saatlıq uçuşu 12 min dollara, helkopterin uçuşu 3 min dollara başa gəlir. Hərbi təyyarələrin gündə orta hesabla 90 dəqiqə havada olduğu nəzərə alınsa, bu 710 min dollar xərc deməkdir. Gündəlik 750 min dollarlıq hərbi sursat sərf olunur.

Hesablamalara görə, Kreml hərbçilərin əmək haqqına gündəlik 440 min dollar ayırıb. Hərbi gəmilərin Aralıq dənizinə bir günlük çıxışı 200 min dollara başa gəlir. Logistika, kommunikasiya, kəşfiyyat bu xərcləri 250 min dollar artırır. Ruiyanın 2015-ci ildə hərbi büdcəsi 50 milyard dollar təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam