Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ukraynaya qərbdən milyardlarlar təklifi

 

 

 

 

Ancaq bir sıra islahatların qarşılığında...

 

“Avropa Birliyi Ukraynada növbədənkənar prezident seçkiləri keçirilməsində israr etmir, ancaq bildirir ki, seçkilər azad və ədalətli keçirilməlidir”. Bu sözləri Brüsseldə keçirdiyi brifinqdə Avropa Birliyinin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun mətbuat katibi Maya Kosyançiç deyib. 
"Yenixebe.info": M.Kosyançiç deyib ki, Avropa Birliyi siyasi böhranın bir an öncə aradan qalxmasının tərəfdarıdır: “Böhranın hansı şərtlər daxilində çözümü isə bəllidir – qərarı Ukrayna xalqı verməlidir. Bu məsələnin seçkidən başqa yolu yoxdur. Seçkilər isə azad və ədalətli keçirilməlidir. Seçkinin nə zaman keçirilməsinə gəlincə, bu qərarı ukraynalılar özləri verməlidir”.
    Yada salaq ki, ölkədə növbədənkənar prezident seçkisi keçirilməsi Ukrayna müxalifətinin əsas tələblərindəndir. Müxalifət hesab edir ki, prezident seçkiləri gözlənildiyi kimi 2015-ci ilin əvvəlində deyil, daha erkən keçirilməlidir.
     Fevralın 4-də Ketrin Eşton növbəti dəfə Ukraynaya gəlib. “European Voice”un yaydığı xəbərdə bildirilir ki, Avropa Birliyinin xarici siyasət idarəsinin başçısı təxirəsalınmaz siyasi qərarlar və Avropa Birliyinin Ukraynaya maliyyə yardımı ayrılması planı üzərində işləyir. 
    Eşton Ukrayna mediasına açıqlamasında deyib ki, Avropa Birliyi və ABŞ ən qısa zamanda prezident seçkilərinə qədər olan dönəmdə Ukraynada sabitliyə yardım etmək üçün yüklü miqdarda maliyyə yardımı ayıracaq.
   Məsələyə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo da münasibət bildirib. Onun sözlərinə görə, Avropa institutları Ukraynanı böhrandan çıxarmaq üçün səylərini əsirgəməməlidirlər: “İndi ən vacib məsələ güc işlədilməsinin qarşısını almaq və siyasi böhranı dayandırmaqdır”.
     Barrozo deyib ki, Avropa Komissiyası Ukraynaya dəstək üçün Beynəlxalq Valyuta Fondundan 610 milyon Avro ayrılması üzrə sənədləri hazırlayır: “Biz bu vəsaiti ayırmaqla Ukraynanı siyasi qərarlara məcbur etmək məqsədi daşımırıq. Ancaq Ukrayna onu da bilməlidir ki, bu vəsaitin ayrılması hakimiyyətin bir sıra islahatlar aparması ilə birbaşa bağlıdır”. 
    Onu da bildirək ki, Ukraynada siyasi böhranla yanaşı iqtisadi böhran da getdikcə dərinləşməkdədir. Son 10 gündə Ukrayna milli valyutası ABŞ dollara nisbətdə xeyli ucuzlaşıb. İqtisadi ekspertlərin hesablamalarına görə, iqtisadi böhranın dərinləşməsi hər keçən gün Ukrayna milyardlarda vəsait itirir.
    Beynəlxalq Valyuta Fonrunun Ukraynaya yardımı isə 19 milyard Avro ola bilər. Vəsaitin Ukraynaya 2014-2020-ci illərdə verilməsi nəzərdə tutulur. 
    Söhbət iki yardımdan gedir. Biri Avropa Komissiyasının biri də BVF-nin. Birincisi 610 milyon avro, ikincisi də 19 milyard avro.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam