Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Əhməd Davudoğlu yeni vəzifəsindən danışdı

 

Xəbər verdiyimiz kimi, bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Əhməd Davudoğlu arasında görüş keçirilib. Görüş zamanı Ərdoğan Davudoğluna seçki hökumətini qurmaq vəzifəsi verib. Davudoğlu müvəqqəti hökumətin Baş naziri təyin edilib. 

"Xeberinfo.com":   Türkiyə mediasına istinadən xəbərə görə, Əhməd Davudoğlu hazırda ilk açıqlamasını verir. 

Öncəliklə şəhidlərə Allahdan rəhmət arzulayan Baş nazir Cümhuriyyət tarixində ilk dəfə tətbiq ediləcək sistemdən bəhs edib:. 
“Bu gün demokratiya tariximizdə ilk dəfə təcrübə ediləcək bir müddətin başlanıldığı gündür. Toplantını Baş Nazirlikdə keçiririk. Bundan sonra da bu müddətlə bağlı toplantılar burada keçiriləcək.

Prezident Ərdoğanın tərcih etdiyi vəzifə bir dövlət vəzifəsidir. Bu vəzifə xalqın hüzur və güvən içərisində seçkiyə getməsini təmin edəcək. AKP sədri olaraq buradayam. Buraya istəyərək gəlməmişəm. Bu bir Konstitusiya məcburiyyətidir və məsuliyyətdir. 

İstərdim ki, bütün siyasi partiya liderləri məsuliyyətli davransın və bu gün Türkiyədə təkrar seçkiyə getmək ehtiyacı olmamış olsun”. 


Davudoğlu açıqlamasında koalisiya qurmaq üçün apardığı danışıqlardan da bəhs edib. Kılıçdaroğluna bu müddət ərzində gördüyü işlərə görə təşəkkür edən Davudoğlu koalisiya təklif edilmədi qənaətinin yalnış olduğunu vurğulayıb. 

Daha sonra Davudoğlu yeni vəzifənin məsuliyyətindən bəhs edib:
“Dünən erkən seçki qərarı aldıq. Bu səhər də Prezident hökuməti qurmaq vəzifəsini mənə verdi. Hökumət boşluğuna yol açmamaq üçün tez bir zamanda vəzifəmə başladım. 
Bu gün yeni vəzifə aldım. Bu vəzifə koalisiya qurmaq vəzifəsi deyil. Cümhuriyyət tarixində ilk dəfə belə bir sistem tətbiq edilir. Kostitusiyanın 114 və 116-cı maddələrini bəyənə və ya bəyənməyə bilərik. Amma bunları tətbiq etmək bizim üçün bir borcdur”. 


Xatırladaq ki, dünən Ərdoğan TBMM-nin sədri İsmət Yılmaz ilə görüşüb. Görüşün sonunda seçkilərin təkrarlanması qərara alınıb.

Əhməd Davudoğlu 5 gün ərzində seçki hökumətini qurmalıdır. TBMM-nin sədri İsmət Yılmaz müvəqqəti hökumətə hansı partiyadan neçə üzv seçiləcəyini müəyyən edəcək və bu sayı Davudoğluna bildirəcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam