Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Türkiyə PKK-nın 300 terrorçusunu öldürdü

 

PKK-nın liderləri qonşu ölkələrə qaçıb
Türkiyənin PKK terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatlar nəticəsində 300-dən artıq terrorçu məhv edilib.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə hava və qurudan aparılan əməliyyatları izləyən kəşfiyyat xidmətinin hesabatında qeyd edilib. Məhv edilən 300 terrorçudan başqa daha 500 silahlı da yaralanıb.

Hesabatda bildirilir ki, PKK-nın əsas düşərgələri müəyyən edilərək məhv edilib. Təşkilatın liderlərindən olan Cəmil Bıyık Suriyaya, Murad Karayılan isə İrana qaçıb.
Bombardmanların əsas hədəfi kimi müəyyənləşdirilən Kandil, Hakurk, Zap, Gara, Metina, Haftanin, Avaşin-Basyan düşərgələri təxminən 80 faiz məhv edilib.
Hesabatda o da bildirilir ki, PKK-nın bir çox şəhər mərkəzlərində və qəsəbələrdə xeyli silahlı üzvü qalıb. Onlar əsasən evlərin zirzəmilərində məskunlaşıblar və bu mənzilləri bir-biri ilə yeraltı tunellər birləşdirir. Kəşfiyyat orqanlarının daha çox izlədiyi Şırnak bölgəsində bu tip şəbəkələrin daha aktiv və sıx olduğu da məlumdur.
CNN-in əldə etdiyi hesabatda PKK-nın gözlənilən hücumları və törədə biləcəyi aktlara qarşı hansı formada mübarizə aparmaq yolları və sair detallar da əks olunub.
Qeyd edək ki, keçən ayın ortalarından etibarən Türkiyədə PKK və İŞİD terror təşkilatları xeyli aktivləşib və onlarla müxtəlif terror və cinayət aktı törədilib. Bu müddətdə Türkiyə 20-dən artıq şəhid verib, 50-yə yaxın mülki şəxs həlak olub.
Terror təşkilatlarına qarşı aparılan əməliyyatlar nəticəsində qanunsuz şəbəkələrə qoşulmuş yüzlərlə insan həbs edilib, həmçinin, xeyli silahlı şəxs təhlükəsizlik qüvvələrinə təslim olub.

Lent.az 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam