Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

PUTİN RUSİYASI 1200 TONLUQ QIZIL TƏLƏSİNDƏ

 

”Dollar güclü valyuta kimi qalmaqda davam edəcək və qızılın bir valyuta əvəzləyicisi kimi əhəmiyyəti azalacaq”

"Xeberinfo.com":   İdeologiyaya görə hesab ödəmək lazımdır. Hal-hazırda Vladimir Putin bu faktı mütləq nəzərə almalıdır. Uzun illərdir ki, Rusiya prezidenti Qərbin asılılığından yaxa qurtarmağa can atır. Elə bu səbəbdən də, Putin dövlətə məxsus valyuta ehtiyatının, əsas etibarı ilə, dollarda saxlanmasını qəbul etmək istəmir və alternativ axtarır. (Die Welt)

Moskva Krım böhranından sonra, öz əhəmiyyətinə görə ikinci qlobal valyuta sayılan avroya da ehtiyat valyuta kimi baxmaqdan vaz keçib. Çinin pul vahidi yuan isə, beynəlxalq arenada konvertasiya olunmadığı (sərbəst dəyişilmə) üçün onu ehtiyat valyuta kimi istifadə etmək olmaz. Ona görə də, Putinin yalnız bir variantı qalıb ki, bu da qızıl toplamaqdan ibarətdir. Çünki bu nəcib metal üçün heç bir rəqib qorxulu sayıla bilməz. Beləliklə, Kreml məqsədli şəkildə qızıl alaraq, ehtiyatını artırmağa başladı.

Rusiya 2007-ci ildən indiyədək, öz qızıl ehtiyatını üç dəfə artırıb. Əgər səkkiz il bundan əvvəl onların əlində 400 ton qızıl vardısa, artıq indi bu xəzinənin miqdarı 1257 tondur. 2015-ci ilin iyun ayında qızıl ehtiyatı əlavə olaraq, 24,2 ton da çoxalıb. Rusiya dünyada qızıl ehtiyatına görə altıncı yerdə qərarlaşıb. Qızıl ehtiyatına görə Rusiyadan öndə gələn ölkələr sıra ilə ABŞ, Almaniya, İtaliya, Fransa və Çindir.

Lakin gözlənilmədən Kremlin yeni rəqibi peyda olub. Bu rəqib, öz məqsəd və maraqlarını bütün dünyada irəli çəkmək naminə son dövrlər dollardan aktiv istifadə edən Ağ Ev deyil. Haqqında danışılan həmin rəqib maliyyə bazarlarının şıltaqlığıdır.Bazarın bu xüsusiyyəti Putinin Qərbdən asılılıqdan qurtarma yürüşünü çox bahalı bir macərəya döndərir. Sərmayəçilər üçün bu nəcib metal dəbdən düşüb. Ona görə də hazırda Putin xammal birjalarındakı burulğana bənzər hərəkətlər sayəsində dövlətin qızıl ehtiyatının necə azalmasını izləməyə məcburdur. Son dövrlər qızılın qiyməti xeyli aşağı düşüb. Bir unsiya qızılın qiyməti 1100 dollardan da ucuzdur. Belə bir hadisə 2010-cu ildə də müşahidə olunmuşdu.

vvp_goldPutin üçün xoşagəlməz vəziyyət ondan ibarətdir ki, 2014-cü ilin əvvəlindən indiyədək qızıl öz dəyərinin beşdə birini itirib və bu Rusiya prezidentinin Krım böhranı ilə əlaqədar sürətli qızıl alışına girişdiyi dövrə təsadüş edir.
Putinin imperiyası üçün vəziyyət dramatikdir: 2011-ci ildə Rusiyadakı ehtiyat qızılının ümumi dəyəri 45 milyard dollar idi. O dövrdən indiyədək Putin nəcib metalın ehtiyatını 439 ton artırıb. Ancaq bu əziyyətə baxmayaraq, indiki halına görə qızılın qiyməti heç bir sent də qaxmayıb.

Qızılın qiymətdən düşməsi Putinin iqtisadi tənəzzülün tezliklə keçib gedəcəyinə ümid bəslədiyi bir vaxta uyğun gəlir. İndi qızılın qiyməti Kreml rəhbərinin planlarının üstündən xətt çəkir. Hal-hazırda dünyadakı bütün xammal məhsulları böhran vəziyyəti keçirir. Bunu 22 xammal məhsulunun satışının fyuçersi (gələcək satış indeksi) “Bloomberg Commodities İndex” də təsdiq edir. Bu indeksə qızıl, mis, şəkər də daxildir. İndi həmin indeks son 12 ilin ən aşagı göstəricisi səviyyəsindədir.

Bəllidir ki, Rusiya iqtisadiyyatının böyük bir hissəsi xammal ixracından asılıdır. Sanksiyalar tətbiq olunmamışdan əvvəl də neft, qaz və müxtəlif çeşidli faydalı qazıntılar, ölkənin ümumi ixracının dörddə üçünü təşkil edirdi. Əgər bu mənbələrin valyuta gəlirliyinin effektivliyi azalarsa, onda Putin öz maliyyə ehtiyatlarından daha çox asılı olacaq. Putin yalnız böyük qızıl-valyuta ehtiyatları hesabına Qərblə münaqişəyə girməyi özünə rəva görə bilər. Qərblə ciddi fikir ayrılığı yaranandan indiyədək Rusiya Mərkəzi Bankı özünün valyuta ehtiyatından, şirkətlərin dollar kreditlərinin öhdəsindən gələ bilməsi üçün onlara 150 milyard dollar həcmində vəsait ayırıb.

Son 15 ay ərzində ölkə, 200 milyard dollar həcmində kapital axını ilə üzləşib. Qaçan kapitalın yeri bir tərəfdən neft satışından əldə olunan gəlirlər, digər tərəfdən isə valyuta ehtiyatından götürülən pulla doldurub. Əgər ölkənin valyuta ehtiyatı olmasaydı, indi o çoxdan iflas bayrağını qaldırmışdı.

Hər şey daha da pis ola bilər. ”Goldman Sachs” investisiya bankının proqnozuna görə, qızılın qiyməti 1000 dollardan da aşağı düşə bilər. ”Goldman Sachs”-ın analitiki Ceffri Karri bu barədə deyib: ”Dollar güclü valyuta kimi qalmaqda davam edəcək və qızılın bir valyuta əvəzləyicisi kimi əhəmiyyəti azalacaq”.

Ümumiyyətlə isə, tamamilə aydındır ki, Putinin Qərb valyutalarından imtina etmə planı özünü qətiyyən doğrultmur. Ancaq geriyə yol yoxdur. Hazırda Rusiya qızılın əsirinə çevrilib. Milyardlarla dollar qızıl üçün xeyli pul sərf edilib və onları lazım olmadığ vaxt xərcləmək heç də asan məsələ deyil. Əgər Putin qızıl ehtiyatının bir hissəsini satmaq istəsə, onda onun qiyməti sürətlə aşağı düşəcək və nəticədə ölkəyə dəyən ziyan daha da artacaq. Ona görə də, Rusiya prezidenti belə bir hərəkətə yol verə bilməz.

Deməli, Putin əvvəlki kimi anti-Qərb kursunu davam etdirərək, rusların sevimli prezidentinin ideologiyasının necə baha başa gəlməsindən onların xəbərsiz olmasına ümid bəsləyəcək.

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam