Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Sabiq prezident hökuməti tənqid edib

 

    Tomas de Vaal: «Sarkisyan Gömrük ittifaqına Köçəryanın qorxusundan girdi»
       Ermənistan prezidenti Serj Sarkisyan Gömrük İttifaqına keçmiş prezident Robert Köçəryanın qorxusundan girib.  "xeberinfo.com" xarici mətbuata istinadən xəbər verir ki, bu  fikirlə Qafqaz üzrə nüfuzlu analitik, ABŞ-dakı Karnegi Fondunun proqram direktoru Tomas de Vall çıxış edib. Ekspertin sözlərinə görə, Sarkisyan Köçəryanın ciddi təzyiqini hiss edirdi: “Erməni cəmiyyətində Rusiyaya meyllilik siyasi elitada olduğu qədər güclü deyil. Sarkisyan son illərdə Qaqik Tsarukyanın və Robert Köçəryanın ciddi təzyiqləri ilə üzləşirdi. Narahat idi ki, Kreml ölkədə başqa rusiyameylli qüvvəni hakimiyyətə gətirər. Ona görə də bu təzyiqləri aradan qaldırmaq üçün Gömrük İttifaqını seçdi”.
    Tomas de Vallın sözlərinə görə, Sarkisyan həm də ölkə iqtisadiyyatını əllərində cəmləşdirən oliqarxlardan asılıdır: “O, oliqarxları vergi ödəməyə məcbur etməyə çalışsa, hakimiyyətini itirə bilər. Çünki bu oliqarxların bir çoxu da onun yaxınları, ailə üzvləridir”. Ekspert deyib ki, Azərbaycan və Türkiyə ilə sərhədlər açılmasa uzunmüddətli perspektivdə Ermənistan iqtisadiyyatının inkişafı mümkün olmayacaq. 
    Bu arada Ermənistanın keçmiş prezidenti Robert Köçəryan  hökumətin yeritdiyi iqtisadi siyasəti tənqid edib.
O Azadlıq Radiosunun erməni xidmətinə müsahibəsində “Armrosqazprom” şirkətinin özünün qalan 20 faiz  payını da Rusiyanın “Qazprom”  şirkətinə satması, habelə ölkədəsi digər  iqdisadi və sosial problemlərə toxunur.
Köçəryan deyib ki bir tərəfdən əhalinin qocalması, digər tərəfdən isə gənclərin ölkəni tərk etməsi, onsuz da pis olan iqtisadi vəziyyəti daha da çətinləşdirir, yoxsulluğun səviyyəsi  getdikcə artır.
      Keçmiş prezident deyir ki, bu gün Ermənistanda  faktiki  fond  bazarı yoxdur və bu aşkardır ki, əldə olunan vəsaitlərin bir hissəsi hökumətin borcları ödəməsinə sərf olunacaq. Vəsaitlərin qalan hissəsi  isə  ölkədən çıxarılacaq və bizdə buna kifayət qədər nəzarət edə bilən maliyyə institutları yoxdur. Bütün bunlar  heç cürə ölkə iqtisadiyyatı barədə müsbət  düşünməyə  zəmin vermir və burda  sadəcə hansısa möcüzəli həll yolu yoxdur.

 

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam