Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Millət vəkilləri arasında dava

 

     "xeberinfo.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin ədliyyə komissiyasında Hakimlər və Prokurorlar Yüksək Qurumu ilə bağlı təklifin müzakirəsi zamanı dava düşüb. Məlumata görə,müzakirələrdə İttihamçılar və Vəkillər Birliyinin keçmiş rəhbəri Ömər Faruk Eminağaoğlu təkliflə bağlı çıxış etmək istəyib. Lakin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatlar ondan yerinə oturmasını tələb ediblər.

 

     Eminağaoğlu buna məhəl qoymayıb və kürsüyə doğru irəliləyib. Hakim partiyadan olan millət vəkillərinin ona mane olmaq cəhdi məsələyə Cümhuriyyət Xalq Partiyasından olan deputatların qarışmasına səbəb olub. Mübahisə qısa müddətdə davaya çevrilib. Dava zamanı hakim partiyadan olan deputat Zeyid Aslan Eminağaoğluna təpik atıb. Millət vəkilləri bir-birilərinə yumruq və təpiklə hücum edib, su şüşəsi, çanta, telefon və planşet atıblar.

 

    Dava nəticəsində masalardakı mikrofonlardan bir neçəsi sınıb.

 

     Ədliyyə komissiyasının rəhbərliyi iclası yarımçıq dayandırmalı olub. Komissiyanın sədri millət vəkillərini demokratik müzakirələrə çağırıb.

 

      Dava nəticəsində İttihamçılar və Vəkillər Birliyinin keçmiş rəhbəri Ömər Faruk Eminağaoğlu və Cümhuriyyət Xalq Partiyasından olan deputat Mahmud Tanal xəsarət alıblar və xəstəxanaya müraciət ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam