Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ABŞ qoşunu Rusiyanın cənubunda

 

Noble Partner birgə hərbi təlimlər üçün nəzərdə tutulan ABŞ-ın ağır hərbi texnikası Gürcüstanın Batumi limanına daxil olub

 

"Xeberinfo.com":  Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstana gətirilən hərbi texnika 14 “Bredli” piyada döyüş maşını, logistika təminatı maşınları və təlimlər üçün nəzərdə tutulmuş ləvazimatlardan ibarətdir.
 
Hərbi texnika təlimlərin keçiriləcəyi Tiflis yaxınlığındakı “Vaziani” hərbi bazasına göndəriləcək. 11-15 may tarixlərinə planlaşdırılan hərbi təlimlərə ABŞ tərəfindən 3-cü piyada diviziyasının 1-ci briqada taktik qrupunun mexanikləşdirilmiş bölüyü, ABŞ-ın NATO-dakı operativ reaksiya gücləri və 173-cü hava-desant briqadasının piyada bölüyü cəlb ediləcək.
 
Gürcüstan tərəfindən isə quru qoşunların 1-ci briqadasının “Alfa" bölüyü, 4-cü mexanikləşdirilmiş briqadanın 42-ci batalyonun birinci mexanikləşdirilmiş bölüyü və hərbi polis alayı iştirak edəcək.
 
Bu, postsovet məkanında ABŞ qoşunlarının bir ay ərzində keçirdiyi ikinci birgə təlimlərdir. Ötən ayın sonunda Estoniyada “Qasırğa” kod adlı təlimlər keçirilib. “Qasırğa” təlimlərinə arxa təminat batalyonu, kəşfiyyat qrupları, həmçinin tank və artilleriya bölmələri qatılıb.
 
NATO 2015- ci ilin yanvar ayında Şərqi Avropanın 6 ölkəsində operativ reaksiya güclərinin artırılması haqqında planı təsdiq edib. Söhbət Estoniya, Latviya, Litva, Rumıniya, Polşa və Bolqarıstandan gedir. Sözügeden güclərinin sayının 13 mindən 30 minə qədər artırılması gözlənilir. Bu güclər  milli qoşunlar və NATO qoşunları arasında bağlayıcı vasitə olacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam