Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Çanaqqala zəfərinin 100 illiyi qeyd edilir

 

İlham Əliyev də təntənəli mərasimdə iştirak edəcək

"Xeberinfo.com":  Türkiyədə 21 dövlətin lideri və 50-dən çox ölkənin rəhbərliyinin nümayəndəsinin iştirakı ilə Çanaqqala döyüşünün 100 illiyi qeyd olunur.
1915-ci ilin aprelində bir ilə yaxın davam etmiş Dardanell əməliyyatı başladı. Bu döyüş Birinci Dünya Müharibəsinin mühüm bir epizodu idi.
Bu döyüş Böyük Britaniya, Fransa və onların müttəfiqlərinə Dardanel boğazını ələ keçirməyə imkan vermədi – səbəb isə türk qoşunlarının amansız müqaviməti oldu.
Çanaqqala döyüşündə uğur bütün əməliyyat üçün həlledici əhəmiyyət kəsb edirdi və nəticədə Türkiyə ərazilərinin xarici qoşunlardan təmizlənməsi ilə başa çatdı.
Bu gün Çanaqqala döyüşündə həlak olanların xatirəsinə həsr olunmuş abidənin qarşısında keçiriləcək mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammadov, Pakistan prezidenti Məmnun Hüseyn, İrlandiya prezidenti Maykl Hiqqins, İraq prezidenti Fuad Məsum, Qatarın əmiri Tamim bin Həmad əl-Tani, Avstraliyanın baş naziri Toni Ebbot, Yeni Zelandiyanın baş naziri Con Key, Uels şahzadəsi Çarlz və digər xarici liderlər iştirak edəcəklər.
Rusiyanı tədbirdə Dövlət Dumasının sədri Sergey Narışkin təmsil edəcək.

Oxu.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam