Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rusiya Qarabağ müharibəsinə qarışmayacaq

 

Rusiyanın “Soverşenno sekretno” nəşri maraqlı material dərc edib

 

Ukrayna böhranı göstərir ki, keçmiş sovet respublikalarının ərazilərindəki həll olunmamış münaqişələr istənilən vaxt qaynar fazaya keçə bilər.
"Xeberinfo.com":  Bura Dağlıq Qarabağ münaqişəsi də daxildir.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Rusiyanın “Soverşenno sekretno” nəşri yazır.
Rusiya Hərbi Ekspertlər Assosiasiyasının eksperti Aleksandr Perenciyev mövzunu şərh edərkən deyib ki, Donbasdakı vəziyyət Minsk razılaşmasına baxmayaraq kövrək olaraq qalır. Tərəflər arasında hərbi əməliyyatların yeni və daha irimiqyaslı fazasının başlaması riski var. İstənilən vaxt Moldovanın Dnestryanı bölgəsindəki münaqişə də alovlana bilər.
A.Perenciyevin fikrincə, müntəzəm olaraq atışmaların baş verdiyi və vəziyyətin gərginləşdiyi Dağlıq Qarabağ münaqişəsi də hər an qaynar fazaya keçmək riski daşıyır.
“Azərbaycan döyüşlə kəşfiyyat aparmağa və müntəzəm olaraq erməni ordusunun zəif nöqtələrini tapmağa çalışır. Bu il Dağlıq Qarabağ ətrafında vəziyyətin kəskinləşməsi müşahidə olunur. Azərbaycan tərəfi hesab edir ki, müntəzəm olaraq ərazilərinin işğal altında olduğunu xatırlatmaq lazımdır. Bunu təmas xəttində vəziyyətin müntəzəm olaraq gərginləşməsi asanlıqla sübut edir. Erməni tərəfi isə öz növbəsində düşmənə öz gücünü göstərməyə çalışır” - deyə ekspert bildirir.
Bildirilir ki, Ermənistanda hərbi baza saxlayan Rusiya incə siyasət aparır, eyni zamanda Azərbaycanla da, Ermənistanla da əməkdaşlıq edir. Ekspertlərin proqnozlarına görə, əgər bu iki ölkə arasında müharibə başlasa, Rusiya açıq şəkildə Ermənistanın tərəfində çıxış etməyəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam