Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Qarabağda müharibə təhlükəsi var, Rusiya qarışmayacaq"

 

Ukrayna böhranı göstərir ki, keçmiş sovet respublikalarının ərazilərindəki həll olunmamış münaqişələr istənilən vaxt qaynar fazaya keçə bilər. Bura Dağlıq Qarabağ münaqişəsi də daxildir. 

"Xeberinfo.com":  Virtualaz.org saytı xəbər verir ki, bu barədə Rusiyanın “Soverşenno sekretno” (“Tam məxfi”) nəşri yazır.
Rusiya Hərbi Ekspertlər Assosiasiyasının eksperti Aleksandr Perenciyev mövzunu şərh edərkən deyib ki, Donbasdakı vəziyyət Minsk razılaşmasına baxmayaraq kövrək olaraq qalır. Tərəflər arasında hərbi əməliyyatların yeni və daha irimiqyaslı fazasının başlaması riski var. İstənilən vaxt Moldovanın Dnestryanı bölgəsindəki münaqişə də alovlana bilər.
A.Perenciyevin fikrincə, müntəzəm olaraq atışmaların baş verdiyi və vəziyyətin gərginləşdiyi Dağlıq Qarabağ münaqişəsi də hər an qaynar fazaya keçmək riski daşıyır.
“Azərbaycan döyüşlə kəşfiyyat aparmağa və müntəzəm olaraq erməni ordusunun zəif nöqtələrini tapmağa çalışır. Bu il Dağlıq Qarabağ ətrafında vəziyyətin kəskinləşməsi müşahidə olunur. Azərbaycan tərəfi hesab edir ki, müntəzəm olaraq ərazilərinin işğal altında olduğunu xatırlatmaq lazımdır. Bunu təmas xəttində vəziyyətin müntəzəm olaraq gərginləşməsi asanlıqla sübut edir. Erməni tərəfi isə öz növbəsində düşmənə öz gücünü göstərməyə çalışır” – deyə ekspert bildirir.
Bildirilir ki, Ermənistanda hərbi baza saxlayan Rusiya incə siyasət aparır, eyni zamanda Azərbaycanla da, Ermənistanla da əməkdaşlıq edir. Ekspertlərin proqnozlarına görə, əgər bu iki ölkə arasında müharibə başlasa, Rusiya açıq şəkildə Ermənistanın tərəfində çıxış etməyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam