Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Ərdoğandan Papaya xəbərdarlıq

 

“Papanı qınayır və xəbərdarlıq edirəm, yəqin ki, bu cür səhvlər bir daha etməz“.

"Xeberinfo.com":  Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Bir məsələyə toxunmaq məcburiyyətindəyəm. Papanın ermənilərin yüz il əvvəl müsəlmanlar başda olmaqla, regionumuzdakı hər kəslə birlikdə yaşadıqları acıları soyqırım kimi qiymətləndirməsindən son dərəcə təəssüflənirəm. Tarixi hadisələri öz məcrasından çıxarıb, ölkəmiz əleyhinə bir kampaniya halına gətirilməsinə icazə verməyəcəyik. Bir italyan Aİ nümayəndəsi çox gözəl bir bəyanat verib və bildirib ki, “Biz erməni məsələsi ilə məşğul olmuruq. Biz Türkiyənin hər sahədəki mövcud çıxışını izləyirik, biz buna baxarıq”. 
Qafqazda çərkəzlərin, Krımda tatarların yaşadığı faciələrə ürəyimiz yandığı kimi, ermənilərin də məruz qaldığı çətinlikləri bilir və kədərlənirik. Ermənilər ölkəmizdə olarkən, Osmanlı övladlarını şəhid etdilər. Bu gün erməni məsələsini müzakirə etmək istəyiriksə, hadisələri gerçək şəkildə ortaya qoymağımız lazımdır. Bu da tarixçilərin işidir. Biz bütün arxivlərimizi açırıq. Ermənistan da arxivlərini açsın, sənədlərini ortaya qoysun. Biz silahlı qüvvələrimizin arxivlərini də açmağa hazırıq”, – Ərdoğan bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam