Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Avropa İttifaqının Azərbaycan planı

 

Avropa İttifaqı (Aİ) “Cənub qaz dəhlizi” çərçivəsində ilk Azərbaycan qazını 2020-ci ildə almağa ümid edir.

"Xeberinfo.com":  "Trend"-in məlumatına görə, bu açıqlama ilə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard 8-ci Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransında bildirib.

Səfir qeyd edib ki, Azərbaycan Aİ-nin mühüm tərəfdaşıdır: "Biz Azərbaycanla ticarət əlaqələrini davamlı inkişaf etdirmək niyyətindəyik. Enerji sahəsində uzunmüddətli əməkdaşlığın əsasları “Cənub qaz dəhlizi” layihəsinin reallaşdırılmasına başlamaqla qoyulub. Aİ öz tərəfindən işlərin vaxtında başa çatması üçün bütün lazımi addımları atacaq. Biz layihənin reallaşdırılmasının vaxtında baş tutacağına şübhə etmirik və ilk Azərbaycan qazını 2020-ci ildə almağa ümid edirik”.

8-ci Beynəlxalq Xəzər Neft-Qaz, Ticarət-Nəqliyyat Konfransı Confidence Capital şirkəti və SOCAR-ın rəsmi dəstəyi ilə keçirilir.

Konfransda Xəzər regionunda karbohidrogen ehtiyatlarının hasili, nəqli, satışın mövcud vəziyyəti, yaxın perspektivləri haqqında beynəlxalq ekspertlərin və Xəzəryanı ölkələrin yanacaq-enerji komplekslərinin rəhbər işçiləri və mütəxəssisləri iştirak edir.

Tədbir 2 gün (aprelin 9-10-da) davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam