Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Daha bir MDB ölkəsində devalvasiya

 

Amerikanın “Bank of America” bankı Qazaxıstanın ləngimədən milli valyutanın- təngənin dollara nisbətdə kursunun 30 faizdən çox aşağı salınmasına çağırıb

 

"Xeberinfo.com":  Bankın analitiklərinin fikrincə, Rusiyada rublun kursunun aşağı düşməsi nəticəsində Qazaxıstanın bu ölkə ilə ticarəti pisləşib, həmçinin neftin qiymətləri aşağı düşüb və təngənin devalvasiyası qaçılmaz olub. Bank gözləyir ki, bu ilin sonuna qədər 1 ABŞ dolları 250 təngəyə qədər bahalaşacaq. Hazırda 1 ABŞ dolları 186 təngəyə yaxındır.
“Bank of America” bildirir ki, hakimiyyət siyasi sabitliyi qoruya bilmək üçün təngənin devalvasiyasına ancaq Qazaxıstanda aprelin 26-na təyin edilmiş növbədənkənar prezident seçkilərindən sonra qərar verəcək.
Virtualaz.org saytı xəbər verir ki, bu ilin yanvar ayından mart ayına qədər təngə 17 faizə qədər ucuzlaşıb. Qazaxıstanın Mərkəzi Bankı milli valyutanın kursunu dəstəkləmək üçün son bir ildə 18 milyard dollar xərcləyib.
Amerika bankı qeyd edir ki, milli valyutası dəyərdən düşən təkcə Qazaxıstan deyil. Ötən ilin aprelindən bu yana Ukrayna qriveni 93 faiz, Rusiya rublu 62 faiz, Belarus rublu 54 faiz dəyərdən düşüb.
Həmçinin Amerika bankı Azərbaycan Mərkəzi Bankının fevral ayında manatın kursunu 34,6 faiz aşağı saldığını, bununla da manata spekulyativ təzyiqlərin heçə endirildiyini bildirib.
Lakin Qazaxıstan Azərbaycan kimi manevr edə bilməz. Çünki təngənin hazırkı situasiyada kəskin devalvasiyası Mərkəzi Bankın fiksə edilmiş kurs siyasətini iflasa aparacaq, eyni zamanda devalvasiya gözləntilərini azaltmayacaq. Yəni Qazaxıstan Mərkəzi Bankı təngənin kursunu kəskin aşağı salsa belə yeni kursu dəstəkləmək üçün valyuta ehtiyatlarını xərcləməli olacaq. Nəticədə Qazaxıstan Mərkəzi Bankı növbəti addımda üzən məzənnə siyasətinə keçməyə məcbur olacaq.
Xatırladaq ki, Azərbaycan Mərkəzi  Bankı fevraldakı devalvasiyaya baxmayaraq manatın indiki kursunu sabit saxlaya bilmək üçün 1 ayda 1 milyard dollardan çox vəsait xərcləməli olub. Bu baxımdan ekspertlər gözləyir ki, vəziyyət belə davam etsə, Mərkəzi Bank manatın kursunu sərbəst buraxacaq və üzən məzənnə siyasətinə keçəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam