Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

"Türkiyə Ermənistandan icazə almaq fikrində deyil"

 

“Ermənistan heç vaxt sülh əlini qəbul etməyib”

"Xeberinfo.com":  Ermənilər 24 aprel tədbirlərini elə planlaşdırıblar ki, tarix məhz Çanaqqala döyüşünün 100 illiyinin qeyd olunması tarixi ilə üst-üstə düşsün. 
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan “France 24” telekanalına müsahibəsində deyib. 
Ərdoğan xatırladıb ki, bu il Türkiyə Çanaqqala döyüşünün 100 illiyini qeyd edəcək və Ermənistandan icazə almaq fikrində deyil.  
“Bu tarixi gündür və onun Ermənistandakı tədbirlərə heç bir aidiyyatı yoxdur. Əksinə, onlar tədbirlərin tarixini elə təyin ediblər ki, o, bizim tarixlə üst-üstə düşsün”, - Türkiyə prezidenti deyib. 
Onun sözlərinə görə, Ermənistan və Türkiyə arasındakı münasibətlərdə məhz Türkiyə hər zaman pozitiv addım ataraq Ermənistana sülh əli uzadıb. Ərdoğanın sözlərinə görə, Ermənistan isə heç vaxt sülh əlini qəbul etməyib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam