Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Saleh Məmmədovun Ağstafadakı kadrı jurnalist olmaq istəyindən niyə “vaz keçib?”

 

Saleh Məmmədovun Ağstafadakı kadrı jurnalist olmaq istəyindən niyə “vaz keçib?”

Yenixeber.org: Zaman-zaman bir çox dövlət qurumlarının rəhbər şəxsləri yarıtmaz iş fəaliyyətlərinə görə KİV nümayəndələri tərəfindən daim tənqid atəşinə tutulur. Belə bir qurumlardan birinin də, məhz “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən 9 saylı Ağstafa Yaşıllaşdırma idarəsinin rəisi olduğu iddia olunur. Əldə etdiyimin ilginc məlumatlara görə, adı çəkilən quruma rəhbərlik edən Rzayev Fəxrəddin Hidayət oğlu bir sıra məsələlərin həlli zamanı “qabaqdan gəlmişlik” edir. İddialara görə, adı çəkilən bu şəxsi çox zaman iş başında tapmaq mümkün olmur. Belə bir səbəblər üzündən də, Ağstafa Yaşıllaşdırma idarəsinə məxsus problemlər aşıb-daşmaqda davam edir. Elə ki, bir kimsə hansısa problemin həllini idarə rəisindən tələb edir, o halda o, “Bilirsiniz, bizim idarə olduqca imkansız bir idarədir. Heç özümüzə yanacaq tapa bilmirik ki, fəhlələrimizin qayğısına qalaq və onları iş başına aparıb-gətirə bilək” deyə cavab verir. Bu cür açıqlamaları eşitdikcə, sanki “bişmiş toyuğun da gülməyi gəlir”. O halda ortaya belə bir sual çıxır ki, əgər Fəxrəddin Rzayevin danışdıqları həqiqətdirsə, necə olur ki, bu şəxs xeyli müddət bundan əvvəl adının çəkilməsini istəmədiyimiz saytların birinin redaksiyasından adicə bir jurnalist vəsiqəsini əldə etmək üçün nə az, nə çox düz 500 AZN-nin “başından keçməli olur”.


Onu da bildirək ki, idarə rəisinin bu yöndə atdığı addm çox keçmir ki, ona əməlli-başlıca “başarğısı da gətirir”. Yəni söylənilənlərə görə, aidiyyəti qurumlar Fəxrəddin Rzayevi xeyli müddət getgələ salır və ondan yaşının belə bir çağında, məhz jurnalist olmaq istəyinə aydınlıq gətirməsini də tələb edirlər. Sözsüz ki, belə bir açıqlama konkret olaraq bizə məxsus deyil və bu haqda yerli sakinlərin, ayrı-ayrı şəxslərin danışıqlarını eşidib, müəyyən məlumatlara malik olmuşuq. O halı da qeyd edək ki, Fəxrəddin Rzayevin jurnalist olmaq, jurnalistika sahəsində fəaliyyət göstərmək istəməsini təsdiq edən bəzi fotoları var ki, onlar aylar öncə bir çox media qurumlarında da dərc olunub. Yəni, adı çəkilən bu şəxsin nədən jurnalistikaya həvəs göstərməsi və jurnalist vəsiqəsi əldə etməsi, hələ də bizim üçün qaranlıq qalan məsələlərdəndir.
Əldə etdiyimiz müəyyən məlumatlara görə, 9 saylı Ağstafa Yaşıllaşdırma idarəsi rəisinin hər zaman “yaş dəsmal götürüb ağlamasına” baxmayaraq, adı çəkilən bu qurum daim dövlət tərəfindən diqqətdə saxlanılır və yanacaqla, lazımi avadanlıqlarla, texnika və s. ilə təminatı dolğun şəkildə də ödənilir. Sadəcə olaraq Fəxrəddin Rzayevin “doymayan iştaha”sı, adı çəkilən qurumun müflis olmasına səbəb olur. Belə ki, söylənilənlərə görə o, hər ay daha çox idarənin balansına ayrılan yanacağın “altından girib üstündən elə çıxır ki”, yeri “lap quru” qalır. İdarənin ştat cədvəli üzrə çalışan fəhlələrin bəziləri iş başına piyada gedib gəlirlər. Buna da əsas səbəb, idarənin balansında yanacağın tapılmaması olur. Bir çox avadanlıqların, texniki əşyaların alınması məqsədilə ayrılan vəsaitlərin çoxunun da təyinatı üzrə deyil, digər məqsədlər üçün xərcləndiyi söylənilir. Məsələn, Ağstafa sakinlərindən bəzilərinin iddialarına görə, idarə rəisi rayonda kifayət qədər nüfuz sahibi olmaqla bərabər, həm də yeyib-içən vəzifə sahibi olaraq da ad-san çıxarıb. Odur ki, Fəxrəddin Rzayevin həm təyinatı üzrə ayrılan vəsaitləri, həm də “ölü canlar”ın adlarına yazılan əmək haqlarını, çox zaman rayonun ən “prestijni” kafe-restoranlarında “xırıd etdiyi”də söylənilir. Bəzi sakinlərin iddialarına görə, o, belə bir addımlarını atdıqca sanki həyatından xüsusi zövq alır. Amma, bu şəxsi idarənin ştat cədvəli üzrə çalışan fəhlələrin dolanışıqları, nə yedikləri, nə içdikləri heç bir halda düşündürmür. Bundan əlavə, söylənilənlərə görə Ağstafa Yaşıllaşdırma idarəsinə rəhbərlik edən Fəxrəddin Rzayev, bəzən “kəsişən maraqlar”ını təmin etmək üçün, illər uzunu zəhməti olan fəhlələri cüzi səbəblər üzündən işidən uzaqlaşdırır və kimlərdənsə 300-500 “şirinlik” əldə etməklə, həmin şəxsləri işə götürür. Bu da adı çəkilən idarədə kütləvi narazılıq hissinin baş qaldırmasına səbəb olur.
Bəzi sakinlərin iddialarına görə, Fəxrəddin Rzayev bu gün də özünü Məmmədov komandasının aktiv üzvlərindən biri hesab edir və belə bir mövqeyini, hətta açıq-aşkar şəkildə də ortaya qoyur. Belə bir mövqenin ortaya qoyulması, bəzi şəxslərin düşüncələrində müəyyən fikirlərin formalaşmasına da səbəb olur. Bu və ya digər olaylarla bağlı müəyyən açıqlamamızı yaxın günlərdə hər kəsin diqqətinə çatdırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.(nyus.az)

P.S. Məqalədə salanan faktlarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək istədikdə Fəxrəddin Rzayev “Mən bir kimsədən çəkinmirəm, özüm də işimi işləyirəm. Ona görə də idarəm birinci yerdədir” deməyi də unutmadı. Təki siz deyən olsun Fəxrəddin müəllim! Biz sizin işinizi-gücünüzü başa düşdük, amma jurnalist olmaq istəyinizdən “vaz keçmək” istəyinizi heç cür başa düşmədik. Yaxşı olar ki, belə bir istəyinzdən daşınmağınızın səbəbini bizə də deyəsiniz.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam