Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

NƏHƏNG ŞİRKƏTİN ANBARLARINDA SAXTA İÇKİ ƏMƏLİYYATI– Şok məlumatlar!

 

firm-12390-thumbBu yaxınlarda hüquq-mühafizə orqanlarının əməkdaşları “Avrora Group” şirkətinin anbarlarında əməliyyat keçirib. Mötəbər mənbələrdən  verilən məlumata görə, bu tanınmış şirkətin anbarlarında həyata keçirilən axtarışlar nəticəsində dünyaca məşhur brend markaların külli miqdarda aksiz markasız, saxta içkiləri aşkarlanıb. Faktla bağlı cinayət işinin açıldığı, hazırda istintaqın getdiyi bildirilir.

Yenixeber.org: Məlumata görə, bundan az əvvəl isə Vergilər Nazirliyi də “Avrora Group” şirkətinin istehsal və satış müəssisələrində yoxlamalar aparıb, böyük məbləğlərdə vergidən yayınma halları aşkar olunub və şirkət külli miqdarda cərimələnib. Cərimə məbləğinin milyonlarla ölçüldüyü bildirilir. 

avro1

1994-ci ildə yaradılan, 2000-ci ildən Bakıda fəaliyyətə başlayan “Avrora” şirkəti, işə yerli və xarici istehsalçıların istehlak mallarının distribyutoru kimi başlayıb və bu gün ölkənin aparıcı distribyutorlarından biridir. “Avrora” şirkəti spirtli, enerji və qazlı içkilər, eləcə də ət, süd, un, bitki yağı, konservlər, hazır yeməklər, qənnadı məhsulları istehsal edən bir sıra tanınmış xarici şirkətin eksklüziv distribyutorudur. Şirkətin portfoliosuna “Danone”, “Ehrman”, “Rolton”, “Philadelphia”, “Hofmeister”, “Hochland”, “Chivas”, “Glenfiddich” kimi aparıcı şirkətlər daxildir. “Rosko” ticarət nişanı altında kolbasa məmulatlarının istehdalı və satışı bu çirkətə məxsusdur.

Şirkətin rəsmi saytında verilən məlumata görə, hazırda “Avrora” şirkəti Azərbaycanda spirtli içkilərin satışı üzrə liderdir. Lüks seqmentinə aid olan spirtli içki satışının 80%-i ona məxsusdur. Bunların arasında “Pernod Ricard”, “William Grants & Sons”, “Brown-Forman”, “Bacardi-Martini”, “Campary”, “Mast Jagermeister” kimi spirtli içkilər istehsalçılarını qeyd etmək olar.

Şirkətin veb səhifəsində verilən məlumata görə, “Avrora Group” şirkəti ölkəyə 75 adda spirtli içki, 4 adda enerji içkiləri, 6 adda spirtsiz içkilər, 9 adda süd məhsulları və sair idxal edir.

2010-cu ildə “Avrora” şirkəti “Bolmart” adlanan supermarketlər şəbəkəsi yaratmaqla, Azərbaycan ərazisində öz fəaliyyətini genişləndirib. Bu gün təkcə Bakıda şirkətin 7 supermarketi mövcuddur. Eyni zamanda Azərbaycanın 28 şəhərində satış məntəqələri mövcuddur. 2013 cü ildən etibarən “Avrora” firması Gürcüstan Respublikasında öz filialını açıb. Gürcüstanda 2000-dən çox ticarət nöqtəsi ilə əlaqələr qurub və bütün Gürcüstanı əhatə edən ticarət şəbəkəsinin qurulması planlaşdırılır.

images
“Avrora” şirkəti, həmçinin Azərbaycanda makaron, biskvit, peçenye kimi şirniyyat məhsullarının istehsalı, pərakəndə və topdan satışı ilə məşğul olur. Şirkətin sutkada 150 ton istehsal gücünə malik 6 mərtəbəli dəyirmanı mövcuddur. İdxal və istehsal olunan məhsulları saxlamaq, satış məntəqələrinə çatdırmaq üçün şirkətin müasir avadanlıqla təchiz olunmuş ofisi, sahəsi 4000 kv.m olan quru saxlama, sahəsi 1500 kv.m olan 2 mərtəbəli müasir soyuducularla təchiz olunmuş anbarı, 300-dən çox “İsizu”, “Mitsubishi”, “Hyundai” markalı yük avtomobilləri, xüsusi dəmir yolu mövcuddur.

Qeyd etdiklərimiz “Avrora” şirkətinin Azərbaycanın spirtli içkilər və ərzaq məhsullarının satışı bazarında nə qədər böyük bir yer tutduğunu aydın göstərir. Belə böyük şirkətin anbarlarında lüks seqmentinə aid brend markaların saxta məhsullarının aşkarlanması təəccüb doğurur. 

Qeyd olunan məlumatlarla bağlı, “Avrora Group” şirkəti “AzPolitika”nın rəsmi sorğusunu cavabsız buraxıb. Bununla belə şirkətin mövqeyini işıqlandırmağa hazırıq.(azpolitika.info)

Murad


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam