Redaktor seçimi
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

Cəbrayıl Cəbrayılov hansı vitse-prezidentin yerinə göz dikib?-ARAŞDIRMA

 

Cəbrayıl Cəbrayılov hansı vitse-prezidentin yerinə göz dikib?


İki ən yaxın adamının “soyuq savaşı”ını bitirmək üçün Mikayıl İsmayılov kadr dəyişikliyi etmək qərarına gəlib

Yenixeber.org: Bir müddət öncə SOCAR vitse- prezidenti Mİkayıl İsmayılovun müavinləri arasında baş verən qalmaqalla bağlı oxucularımıza məlumat vermişdik. Həmin məlumatda M.İsmayılovun müavini Cəbrayıl Cəbrayılovun biznesi barədə məlumatları patronuna çatdıran həmkarı Səməd adlı şəxsin eyni ittihamlarla qarşılaşdığını qeyd edərək, tərəflər arasında narazılığın pik həddə çatdığını bildirmişdik. Obyektiv.info həmçinin onu da qeyd etmişdi ki, bu səbəbə görə SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun iki yaxın adamı olan müavinləri arasında uzun müddətdir ki, ciddi narazılıq yaranıb.

SOCAR-dan Obyektiv.info-ya daxil ola yeni məlumata görə Mikayıl İsmayılov onun tikinti işlərini həyata keçirən Səməd adlı şəxsi qurumda ciddi vəzifəyə təyin etmək qərarına gəlib. Məlumata görə, Cəbrayıl Cəbrayılovun vitse-prezidentin ən yaxın adamını hansısa maliyyə xəyanətində suçlaması Səmədi bərk incik salıb. 
Əslində Cəbrayıl Cəbrayılovun Mikayıl İsmayılov sayəsində böyük bir biznes imperiyasına sahib olması və bütün qohum-əqrabalarına iş verməsini hər kəs yaxşı bilir. Yəni Səmədin hərəkətləri heç də Mikayıl İsmayılovun bilgisindən kənarda baş verməyib. Məlumata görə Səməd Mikayıl İsmayılovun ən etibarlı adamlarından biridir və vitse prezident demək olar ki, bütün tikinti və biznes sahələrini ona tapşırıb. Bu biznes sahələrində isə Səmədin inandığı qohum-əqrabasının çalışması isə normal hal kimi qəbul olunur. Ancaq nədənsə bu hal Mikayıl İsmayılovun müavini Cəbrayıl Cəbrayılovun xoşuna gəlməyib. 

Görünür ki, uzun müddətdir Mikayıl İsmayılovun tikinti binzesinə rəhbərlik edən Səmədin vitse-prezidentin etimadını qazanması Cəbrayıl Cəbrayılovu qıcıqlandırıb. Məhz özünün ən yaxın adamları arasında baş verən incikliyi aradan qaldırmağa çalışan Mikayıl İsmayılov yeni kadr dəyişikliyi etməyə qərar verib. Obyektiv.info-nu məlumatlandıran mənbə bildirib ki, o, Səmədi SOCAR-a vəzifəyə gətirmək istəyir. Lakin onu Cəbrayıl Cəbrayılovun yanında çalışdırmağı düşünmür. Belə ki, Mikayıl İsmayılovun Cəbrayıl Cəbrayılovla bağlı daha böyük planı var. İddiaya görə Cəbrayıl Cəbrayılov yaxın aylarda şirkətdə boşalacaq vitse-prezident vəzifələrinin birinə göz dikib və Mikayıl İsmayılov da bu məsələdə öz müavinini tamamilə dəstəkləyir. Səmədin isə Cəbrayıl Cəbrayılovun yerinə müavin gəlməsi gözlənilir. 

Mənbəmiz qeyd edir ki, əslində SOCAR-a vəzifəyə getmək Səmədin heç də ürəyincə deyil. Çünki daim öz işini müstəqil şəkildə aparan Səməd indi kiminsə nəzarətində olmaqdan sıxılacağını yaxşı bilir. Ancaq patronun istəyinə qarşı çıxa bilmədiyi üçün məcburən razılaşmalı olub. 


Redaksiyadan: Yazıda adları hallanan tərəfləri di dinləməyə hazırıq.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?