Dünəndən sosial şəbəkələrdə paylaşılan foto müzakirə predmetinə çevrilib.

Yenixeber.org: Elmi Tədqiqat, Travmatologiya İnstitutunun, Şöbə Müdiri Rauf Ağayevin Facebook hesabındakı postu insanların narazılığına səbəb olub.

Belə ki, həkimin paylaşdığı fotoda xəstənin əməliyyat masasının üzərində uzandığı və qəribə vəziyyətdə olduğu əks edilib. Onun əməliyyatı üçün tikinti materillarından istifadə olunub. Şöbə müdiri tibb müəssisəsinin bölgələrimizdən birində yerləşdiyini bildirib və xəstəxananın adını açıqlamayıb.

Foto sosial şəbəkələrdə ciddi müzakirələrə yol açdıqdan sonra həkim Rauf Ağayev buna münasibət bildirib. O, paylaşdığı statusun zarafat olduğunu söyləyib. R.Ağayev həmçinin məsələni şişirdənləri qınayaraq etirazını bildirib.(minval)