Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

MTN caynağındakı klinika:“Avrasiya”da iki rəhbəri polkovnikə nə bağlayır? – Dosye…

MTN caynağındakı klinika:

 

Yenixeber.org: Paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanında yerləşən “Avrasiya” klinikasında rəhbərlik bir neçə dəfə dəyişməsinə baxmayaraq, qiymətlər və idarəçilikdə status-kvo saxlanıb.

Babatovun babat kadrları

Məlumata görə, əvvəllər Vüsal Bədəlovun rəhbərlik etməsi, sonra Qafur Cəfərovun onu əvəzləməsi, indisə Tədris Cərrahiyyə Klinikasının baş həkimi vəzifəsindən azad edilərək bu klinikaya rəhbər olan Asiman Həsənov “Avrasiya”da idarəçiliyi pasientlərin soğan qabığı kimi soyulması ilə müşayiət olunur.

“Avrasiya” klinikasındakı tibbi xidmətlər arasında ən bahalı olanı cərrahiyyə əməliyyatlarıdır. Məsələn, ürək əməliyyatlarının qiyməti orta hesabla 3 000 – 10 000 manat arasında dəyişir.

Ginekologiya şöbəsindəki qiymətlər normal doğuşda 600-1000 manatla, qeysəriyyə əməliyyatı isə, 1500-2000 manat civarındadır.

Qanın ümumi müayinələri orta hesabla 20- 50 manat, ultrasəs müayinəsi 30-60 manat, tomoqrafiya müayinəsi isə, 70-150 manatdır.

Mediada gedən xəbərlərə görə, Q.Cəfərovun rəhbərlik etdiyi dövrdə bu klinika vergi ödəmələrindən yayınmalarda ittiham olunurdu.

Maraqlıdır ki, Q.Cəfərovu son bir neçə ildə himayə edən qohumu, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Kadrlar Baş İdarəsinin rəis müavini, polkovnik Tehran Babatov olub.

Sabiq nazir Eldar Mahmudovun dövründə, nazirliyin “kassir”i kimi tanınan Tehran Babatov tərəfindən bütün işəgötürmə məsələlərinə nəzarət olunur.

MTN polkovnikinin klinika şəbəkəsi

Qəribə məqam budur ki, Q.Cəfərovun yerinə “Avrasiya”ya rəhbər təyin olunan A.Həsənovun da adı MTN işində hallanıb.

Müxtəlif saytlarda A.Həsənovun MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini polkovnik Tehran Babatovla gizli əlaqələri və səhiyyə sistemində birgə fəaliyyətləri haqda çox yazılıb.

Tehran Babatovdan “babat” dəstək alan Asiman Həsənov bir sıra özəl tibb müəssisələrini inhisara almaqla, həm yerli, həm də əcnəbi həkimləri istismar edirmiş.

Sertifikatlaşdırmadan keçə bilməyən savadsız həkimləri müxtəlif klinikalara yerləşdirməklə, savadlı və dürüst həkimləri sıxışdıran Asiman Həsənov əcnəbi həkimləri də Tehran Babatovun vastəsi ilə Miqrasiya Xidmətinin caynağına keçirərək, tələyə salmağı və onları qul kimi işlədərək babat pul qazanmağın mexanizmini elə qurubmuş ki, çərçivədən çıxan istənilən şəxs MTN-in polkovniki tərəfindən cəzalanırılırmış.

Hazırda bir çox klinikalar, o cümlədən Grand Hospital, Medical Plaza, Azərtürk Med Hospital və Laçın Klinikası bir başa Asiman Həsənovun nəzarətindədir.

Həmin klinikalarda isə Asiman Həsənovun şəbəkələşmiş həkimləri fəaliyyət göstərməkdədir.

Ümumiyyətlə, A.Həsənovun iş prinsipi belədir ki, yetişdirdiyi komandasını hansı səhiyyə ocağına işləməyə gedirsə, özü ilə aparır.

Göründüyü kimi, “Avrasiya” klinikasına rəhbərlik edən baş həkimlər MTN polkovnikinə yaxınlığı ilə seçiliblər. Bu iddialarla bağlı klinikaya etdiyimiz zənglərə baxmayaraq, rəhbərliklə bizi əlaqələndirmədilər.Yunis Cəfərov/AzEuroNews.com/ 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam