Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Paytaxt sakinləri ərzağa nə qədər pul xərcləyiblər?

Paytaxt sakinləri ərzağa nə qədər pul xərcləyiblər?

 

2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% artaraq 13 mlrd. 378,1 mln. manat olub

 

Yenixeber.org: Bakı Şəhər Statistika İdarəsindən APA-Economics-ə verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artaraq 6 mlrd. 96,2 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,4% artaraq 7 mlrd. 281,9 mln. manata çatıb.

İstehlak məhsullarının 19,3%-i hüquqi şəxs statuslu müəssisələrdə, 67,8%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,9%-i isə paytaxtın məhsul bazarlarında satılıb. 

Cari ilin yanvar-sentyabr aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 32,7 mln. manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,6 dəfə çox istehlak məhsulları satılıb. Elektron şəbəkə vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 97,8%-i hüquqi şəxslərdən, 2,2%-i isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam