Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Baku Bus”ın yığılmış zərəri açıqlandı

“Baku Bus”ın yığılmış zərəri açıqlandı

 

“Baku Bus” MMC-nin cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 226,143 mln. manat təşkil edib

 

Yenixeber.org: Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 7,7% azdır.

Son bir ildə “Baku Bus”ın cəmi öhdəlikləri 9,8% azalaraq, 177,967 mln. manat olub. Şirkətin cəmi kapitalı 0,85% artaraq, 48,177 mln. manata çatıb, nizamnamə kapitalı isə 39,8% azalaraq, 18,049 mln. manata düşüb.

2016-cı ildə “Baku Bus”ın əməliyyat (sərnişindaşıma) gəlirləri 12,629 mln. manat (2015-ci ilə nisbətən 2,9 dəfə çox), əməliyyat (sərnişindaşıma) xərcləri 28,39 mln. manat (82,1% çox), inzibati xərcləri 4,484 mln. manat (64,8% çox), məzənnə fərqindən zərəri 31,862 mln. manat (55% az), maliyyə xərcləri 2,49 mln. manat (36,7% az), mənfəət vergisi ödəmələri isə 40 min manat təşkil edib. Nəticədə, şirkət ötən ili 54,638 mln. manat xalis zərərlə başa vurub. Bu, 2015-ci illə müqayisədə 42,6% azdır.

“Baku Bus”ın yığılmış zərəri isə 151,57 mln. manata çatıb. Zərərin qarşılanması üçün ötən il dövlətin şirkətə investisiyaları 181,697 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 58,4% çoxdur.

Xatırladaq ki, “Baku Bus” 2014-cü ildə yaradılıb. Dövlətə məxsus şirkət Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində, özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir. (report)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam