Redaktor seçimi
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

Azərbaycanda ekstremal soyuq dövrlərin tarixləri açıqlandı

Azərbaycanda ekstremal soyuq dövrlərin tarixləri açıqlandı

 

Son onillikdə soyuq hava dalğaları hadisələrinin orta sayında və davamiyyətində cüzi azalma baş verib

 

Yenixeber.org: Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun “İqlimşünaslıq və aqroiqlimşünaslıq” şöbəsinin aparıcı elmi işçisi Umayra Tağıyeva APA-ya bildirib ki, əgər soyuq hava dalğaları hadisələrinin orta sayı 1964-1990-cı illərdə 2,7 olmuşdusa, 1991-2014-cü illərdə bu rəqəm 2,5 təşkil edib.

Onun sözlərinə görə, 1961-1990-cı illər dövründə 1972-ci ildə müşahidə edilən 3 soyuq dalğanın davamiyyəti 41 gün, ən uzunmüddətli dalğanın davamiyyəti 31 gün təşkil edib: “Son onilliklərdə isə ən güclü soyuq hava dalğaları 2012 - ci ildə qeydə alınıb ki, bu zaman 3 soyuq dalğanın ümumi davamiyyəti 26 gün, ən uzunmüddətli dalğanın davamiyyəti isə  21 gün təşkil edib. Beləliklə 1961-1990-cı illərdə  qeydə alınan soyuqlar son onilliklərlə müqayisədə  daha kəskin və davamlı olub”.

U.Tağıyeva qeyd edib ki, insanlar hər il qarşıda gələn mövsümün necə keçməsi barədə müxtəlif müzakirələr aparmağa maraq göstərirlər. Xüsusən bu məsələnin yay və qış fəsillərində daha da aktuallaşdığını deyən institut əməkdaşı bildirib ki, son onilliklərdə yay fəslinin daha isti keçməsi, isti hava dalğalarının daha davamiyyətli olması artıq bir faktdır.

O qeyd edib ki, qışda  son illərdə daha çox yadda qalan ayrı-ayrı ekstremal dövrlərə görə əhalidə bəzən qış aylarının ( 2008-ci il, 2012-ci illərin qışı) daha sərt keçməsi haqqında təsəvvür yarana bilər: “Coğrafiya İnstitutunun əməkdaşı Cəmilə Əhmədova ilə birgə apardığımız “Abşeron yarımadasında soyuq hava dalğalarının tədqiqi və əhali üçün risklər” mövzusunda tədqiqat işi nəticəsində məlum olub ki, digər anomal hadisələrlə yanaşı, ekstremal soyuq dövrlər əhali üçün risklər və təhlükələr yaradır. Eyni zamanda, qış soyuqlarının əhaliyə təsiri qiymətləndirilib və müəyyən edilib ki, təcili yardıma olan ümumi çağırışlarla yanaşı ürək-damar xəstəlikləri üzrə olan çağırışların sayı da qışda digər fəsillərlə müqayisədə xeyli çox olub”.

 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?