Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

JURNALİSTLƏRƏ EV BÖLGÜSÜ ARAŞDIRILIR! –Prokurorluq jurnalistlərdən ifadə alır

 

 Jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.

Yenixeber.org: Bu barədə criminal.az saytının yaydığı məlumatda bildirilir ki, müraciətə imza atan 31 media işçisi ayrı-ayrılıqda idarədə dindirilir.

İdarəyə çağırılan jurnalistlərin verdiyi məlumata görə, onlara Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondundan (KİVDF) yardım alan qəzetlərə pulun düzgün bölüşdürülməməsi, Fondun keçirdiyi müsabiqədə əsasən eyni adamlara birinci yerlərin verilməsi, jurnalistlər üçün nəzərdə tutulan binalarda mənzillərin bölgüsündə hansı qanunsuzluqların olması barədə suallar verilib.

 

  

Məqalədə müraciət müəlliflərindən biri kimi adı keçən AFN.az saytının baş redaktoru Həbibə Abdulla saytımıza açıqlamasında yayılan məlumatın doğru olduğunu təsdiqləyib.

O bildirib ki, sözügedən müraciəti tanınmış jurnalist Vəfa Fərəc "Facebook"-da paylaşmışdı, bəzi məqamları ilə razı olmasa da, ümumilikdə dəstəklədiyini bildirib. "Adımız qeyd olunmaqla Prezident Administrasiyasına müraciət ünvanlandı. Çox sevindirici haldır ki, reaksiya verilib və araşdırmalara başlanıb. Ümid edirik ki, jurnalistlərin verdiyi faktlar qulaqardına vurulmayacaq, haqq etməyib mənzil alanlar da, onlara mənzil verənlər də lazım olan cəzanı alacaqlar. KİV DF-yə ayrılan və oradan qəzetlərə, jurnalistlərin maddi-məişət vəziyyətinin yaxşılaşdırılması üçün qəzetlərə ayrılan vəsaitlərin necə xərclənməsi, müsabiqələrin keçirilməsi, nəticəsi haqda dəqiq faktlara malikəm. Hamısını hüquq-mühafizə orqanlarına təqdim etməyə hazıram. Mənim məqsədim haqqı tapdanan həmkarlarımın haqqını tələb etməkdir. Başqa heç bir niyyətim yoxdur", - deyə H. Abdulla vurğulayıb.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam