Redaktor seçimi
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
55 milyonluq tender udan şirkət “yoxa” çıxıb – Fəhlələr 4 ildir maaşlarını ala bilmir:
“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər… –
Rüstəm Usubovun və yaxın qohumlarının BİZNES ŞƏBƏKƏSİ —
İradə Gülməmmədovanın həyat yoldaşının biznesi açıqlandı -
Şəkinin icra başçısının varidatı açıqlandı: Villaları, şirkətləri, hotelləri və …
Nazir Azad Rəhimovun qardaşı olmaq
Günün xəbəri

Azərbaycan mədəniyyətini “çökdürən”, “siyasi sadiq”, “fağır nazir” –Əbülfəs Qarayev necə xatırlanır?

 

 26 ildən çox nazir işləmiş Əbülfəs Qarayev Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

Yenixeber.org: Əbülfəs Qarayev 1994-cü ildə Gənclər və İdman naziri vəzifəsində çalışıb. İllər ərzində nazirliklərin quruluşu dəyişdikcə Gənclər, idman və turizm naziri, mədəniyyət və turizm naziri, son olaraq isə mədəniyyət naziri vəzifəsində çalışıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatdan sonra sosial media istifadəçilərinin qulağı 64 yaşlı nazirdən gələcək xəbərdə idi.

Mədəniyyət nazirinin müavini və xidmət rəisi səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığında ittiham olunsalar da, nazirin vəzifəsindən azad edilmə çıxarılma səbəbi nə Prezident sərəncamında göstərilir, nə də açıqlanır.

Bu barədə suallarımızı Mədəniyyət Nazirliyinə ünvanlamaq istəsək də, suallara cavab verən tapılmadı. Lakin Nazirliyin veb saytının "rəhbərlik" böməsində Əbülfəs Qarayev haqda olan məlumatlar cəmi bir neçə saat ərzində yığışdırılıb.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı saytımıza verdiyi müsahibəsində Mədəniyyət nazirliyində korrupsiya ittihamları ilə bağlı danışarkən demişdi ki, "mən inana bilmirəm ki, əgər bütün bu məsələlər təsdiqini tapırsa da, birinci şəxs bu məsələdən kənardır".

"Bu, məncə düzgün deyil. Onun da bu məsələdə tövsiyəsi, qatqısı olduğu, bulaşmış olduğu realdır. Mümkün deyil. Bir söz var, yaxşı məmur, pis məmur. Xəbəri yoxdur - o da çox pis. Mətbuatda oxuduqlarımızdan görünür ki, bu, birinci deyilmiş. Yəni, "bir dəfə gəlib rüşvət verib, korrupsiya ilə məşğul olub" deyilmiş, davamlı olaraq var imiş", - millət vəkili bildirib.

Bəs, iki onillikdən çox nazir vəzifəsini icra edən Əbülfəs Qarayev necə xatırlanır?

                              "Azərbaycan mədəniyyətini çökdürməklə yadda qalıb"

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa deyir ki, keçmiş Mədəniyyət naziri "Azərbaycan mədəniyyətini çökdürməklə yadda qalıb".

Cənab Mustafa nazirin fəaliyyəti barədə danışarkən onu "ən uğursuz nazirlərdən biri" adlandırıb.

"Əbülfəs Qarayev Azərbaycan kinosunu sıradan çıxardı, Azərbaycan kitabxanalarını məhv etdi, tarixi abidələrini xeyli ziyana saldı. Hesab edirəm ki, öz mənfəəti üçün çalışan adamlardan biri idi. Bu gün onun vəzifədən getməsi əslində bir ümid yaradır ki, Azərbaycan mədəniyyətində yaxşı mənada dəyişikliklər etmək mümkün olacaq".

Bu ittihamlara Əbülfəs Qarayevin reaksiyasını öyrənmək mümkün olmayıb.

Millət vəkili Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatın vəzifədən çıxarılma ilə əlaqəli ola biləcəyini və keçmiş nazirin həbs edilməsinin mümkünlüyünü ehtimal edir.

"Tutulan şəxslər başqa idi, amma naziri küçədən tutmurlar ki. Onlar tutuldu, araşdırıldı, ifadələri alındı, məlum oldu ki, bu, birbaşa nazirlə əlaqəlidir, çox güman ki, o da cinayət məsuliyyətinə cəlb olunacaq və barəsində cinayət işi qaldırılacaq".

Fazil Mustafa deyir ki, Əbülfəs Qarayevin nazir vəzifəsində çalışdığı dövrə "Azərbaycan mədəniyyətinin itirdikləri çətin bərpa oluna bilər", amma əlavə edir ki, "yeni təyin olunan nazirin xarakterindən çox şey asılıdır".

"Yeni nazir vəzifəsində mədəniyyəti anlayan, vicdanlı, bu sahəyə yeyinti mənbəyi kimi baxmayan, əsas mənəvi sfera kimi baxan, mədəniyyətin inkişafına kömək edən birini görmək istəyərdim".

                                                     "Siyasi sədaqət"

Araşdırmaçı jurnalist Xədicə İsmayıl deyir ki, Əbülfəs Qarayev "siyasi sədaqət mövzusunda yalnışlığa yol verməmişdi, sadəcə yüksək vəzifələrə yeni simalar cəlb etmək və camaata şou göstərmək lazım idi".

"Məsələ onda deyildi ki, Əbülfəs Qarayev artıq hakimiyyətə siyasi sadiq deyildi. İndiyədək Mədəniyyət Nazirliyinin tenderlərində ciddi müqaqvilələrə sahib şirkətlərin bir qismi Prezidentin və onun xanımının qohumlarına aid idilər. Məsələ ondadır ki, dünya dəyişir, şəffaflaşır, korrupsiyaya uğramış rejimlər üçün ofşorlarla işləmək çətinləşir. Buna görə də, onlar daha çevik qərarlar qəbul edə bilən və indiyədək adları pis siyahıya düşməyən yeni məmurlar ordusunu başa gətirirlər ki, korrupsiya sistemini daha effektiv idarə etsinlər".

Xədicə İsmayıl söyləyir ki, hakimiyyət "bu yolla özünü cavanlaşdırsa da, bu, onun mahiyyətinin cavanlaşması demək deyil".

Jurnalist bu tendensiyanı "təhlükəli" hesab edir.

"Əslində, Əbülfəs Qarayev korrupsiya mexanizmində əhəmiyyətli fiqurlardan biri deyildi. Bir çox nazirliklərdən fərqli olaraq, Mədəniyyət Nazirliyi ilin sonunda xərclənməyən pulları dövlət büdcəsinə qaytarırdı. Amma gənc nazirlərlə dəyişməklə nəsə dəyişdimi? Necə ki, gənc təhsil naziri təhsil sistemində korrupsiyanı dəyişmədi, necə ki, vergi sistemi modernləşdi, amma korrupsiyadan azad olmadı, elə də o birilər. Baş prokurorun dəyişməsi ilə nəsə dəyişdimi? Şərləmə azaldımı? Eləcə də bu biri işlər".

                                            "Ən sakit, fağır nazir kimi yadımda qalıb"

Publisist Orxan Adıgözəlin fikrincə, Əbülfəs Qarayev "ən sakit, adı pis şeylərdə sadalanmayan nazirlərdən biri idi".

"Mediada onun barəsində filan villaları getdi, filan mülkləri var yazılarına rast gəlməmişəm. Ən sakit, fağır nazir kimi yadımda qalıb. Əslində, Əbülfəs Qarayevin yerinə məsələn, Britaniyanın mədəniyyət nazirini qoy, o yenə də bu məhdud çərçivələrin içərisində sistem nə diktə edirsə, o cür fəaliyyət göstərəcək. Bu sistemdə fərdlərin rolu o qədər də önəmli deyil".

Cənab Adıgözəl hesab edir ki, Əbülfəs Qarayevin vəzifədən getməsi keşmiş nazirin özü üçün "gözəl nəticə" ola bilər.

"Hakimiyyətin bu cür postlarında yer almaq həm böyük məsuliyyətdir, həm də ağırlıqdır. Sənə oradan çoxlu pul gələ bilər, maxinasiyalar vasitəsilə də pullar gələ bilər, yaxşı resurslar ola bilər. Ancaq o məsuliyyət ikiqat olacaq. Çünki bu, elə bir sistemdir ki, sən azad şəkildə istədiyin kimi edə bilmirsən. Buna görə düşünürəm ki, Əbülfəs Qarayevin nazir vəzifəsindən getməsi şəxsən özü üçün gözəl bir şeydir. Çünki gedib dincələcək. Məsuliyyətdən müəyyən qədər xilas oldu, adam rahatlıqla nəfəs alacaq".

Publisist əlavə edir ki, Azərbaycanda teatr, kino sahələri də daxil olmaqla mədəniyyət sahələrini inkişaf etdirmək, yeyintinin olmamasına nəzarət etmək lazımdır.

Mədəniyyəti "ən böyük silah" adlandıran Orxan Adıgözəl yeni nazirdən "gözləntisinin olmadığını, postların dəyişdirilmə təcrübəsinin olduğunu" deyir.(BBC)

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}