Redaktor seçimi
Qorxmaz Hüseynovun qardaşına korrupsiya ittihamı-
Qida Təhlükəsizliyi Agentliyi “obxess” rolunda-
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR-
Abunəçilər “Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır-
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
55 milyonluq tender udan şirkət “yoxa” çıxıb – Fəhlələr 4 ildir maaşlarını ala bilmir:
“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər… –
Günün xəbəri

26 ilin naziri: O, toxunulmazdır?

26 ilin naziri: O, toxunulmazdır?

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi xüsusi əməliyyatdan sonra ictimai diqqət nazir Əbülfəs Qarayevə yönəlib. 

Yenixeber.org: Əməliyyat nəticəsində Mədəniyyət Nazirliyinin yüksək vəzifəli şəxsləri – nazir müavini Rafiq Bayramov və nazirliyin tərkibində fəaliyyət göstərən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin rəisi Zakir Sultanov həbs edilib. Əməliyyat zamanı saxlanılan Bakı şəhər Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov isə dindirmədən sonra sərbəst buraxılıb.

İndi hər kəsi Əbülfəs Qarayevin taleyi düşündürür. Onun həbs olunacağı, yoxsa istefaya göndəriləcəyi ictimai müzakirələrin ana xəttini təşkil edir. Belə düşünənlər var ki, baş verənlərə görə Əbülfəs Qarayev də məsuliyyət daşıyır və bu baxımdan, o da həbs olunmalıdır. Ən pis halda vəzifəsindən istefa verməlidir. 

Müşahidələr göstərir ki, hələ ki, ortada Əbülfəs Qarayevin həbs etmək niyyəti yoxdur. Hər halda Mədəniyyət Nazirliyindəki xüsusi əməliyyatın üzərindən 3 gün keçib. Bu müddət ərzində Əbülfəs Qarayev məsuliyyətə cəlb olunmayıbsa, deməli, nazir həbs prosesindən kənarda saxlanılıb.

Əbülfəs Qarayevin istefasına gəlincə, bu məsələ hələ ötən ilin əvvəlindən, uzun müddət yüksək vəzifə tutan məmurların əvəzlənməsinə start veriləndən gündəmə gəlib. Çünki Mədəniyyət naziri də bu kateqoriyadan olan məmurlardan biridir. Bu ilin iyulunda Əbülfəs Qarayevin nazir kimi karyerasının 26 ili tamam olacaq. O, 26 iyul 1994-cü il tarixdə Gənclər və idman naziri təyin edilib. 2001-ci ildə nazirliyin adı dəyişdirilərək Gənclər, İdman və Turizm Nazirliyi adlandırılıb. Qurumun adı dəyişsə də, rəhbəri dəyişməyib. Yəni, Əbülfəs Qarayev Gənclər, idman və turizm naziri kimi fəaliyyətini davam etdirib. 2006-cı ildə isə o, Mədəniyyət və turizm naziri təyin olunub. 2018-ci ildə bu nazirliyin də adı dəyişdirilib. Mədəniyyət Nazirliyi adlandırılan quruma yenə də Əbülfəs Qarayev rəhbərlik edib.

Beləliklə, Əbülfəs Qarayev karyerası dövründə faktiki olaraq 4 nazirliyin rəhbəri olub və hansısa səbəbdən onun əvəzlənməsi yada düşməyib. Bəzi iddialara görə, Əbülfəs Qarayev Mədəniyyət naziri olduğuna görə hakimiyyət komandasının ən zəif fiquru kimi xarakterizə edilsə də, əslində bu yanlış nəticədir. Bildirilir ki, iqtidar komandasında ən odioz fiqurlardan biri elə Əbülfəs Qarayevdir. Onun tozunulmazlığı da bununla izah edilir. 

Lakin 2019-cu ildən başlayaraq məmurların toxunulmazlıq mifi darmadağın edilib. Ölkə başçısının ortaya qoyduğu siyasi iradə nəticəsində cəmiyyətin nə vaxta işdən çıxarılacağına inanmaqda çətinlik çəkdiyi məmurlar istefaya göndərilib. Əbülfəs Qarayev də onlardan artıq deyil və güman ki, həbs edilməsə də, vəzifəsinə əlvida deməli olacaq.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}