Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Moldovanın yeni baş nazirini Musa Pənahovla nə bağlayır?

 

"Xeberinfo.com":  Məlumata görə, Moldovada hakim koalisiya “Azercell”in keçmiş prezidenti Kiril Qaburiçin baş nazirliyə namizədliyini irəli sürüb

Parlamentdə çoxluq təşkil edən partiyalar Qaburiçin namizədliyini dəstəkləyir və onun baş nazir postunu tutması artıq qətiləşmiş məsələ hesab olunur.
Moldova mətbuatı Kiril Qaburiçin Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahovla əlaqələri haqda yazır.
“Moldnews” anonim mənbələrə istinadən xəbər verir ki, Kiril Qaburiç Musa Pənahovun qudası, Moldovanın eks-prezidenti, kommunist Vladimir Voroninlə yaxın əlaqələrə malikdir. Belə ki, Qaburiç Voroninin nəvəsi Yekaterina Voroninanın toyunda nanaş olub.
Nanaş Moldovanın toy adətlərinin əsas fiqurlarından biridir, vəzifəsi təxminən nikah şahidliyi formasındadır. Bəylə gəlinin ailəsi nanaş olaraq adətən yeni evlənənlərdən yaşlı, ancaq onların valideynlərindən gənc birini seçirlər. Əsas məsələ odur ki, nanaşın ailəsi möhkəm olmalı və yeni evlənənlərə nümunə sayılmalıdır.
Xatırladaq ki, Voroninin nəvəsi Musa Pənahovun oğlu ilə evlənib. Onların toyu 2011-ci ildə olub və bu barədə Moldova mətbuatı da yazmışdı.
Gənc iş adamı Kiril Qaburiç isə “TeliaSonera” qrupuna daxil olan Moldova mobil rabitə operatoru “Moldcell”in prezidenti olub. 2012-ci ildə “Azercell”in prezidenti təyin edilib və 2014-cü ildə  bu vəzifəni tərk edib.(virtualaz.org)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam