Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Dünyanın qarşısındakı böyük sual:Nə olacaq?

Dünyanın qarşısındakı böyük sual: Nə olacaq?

Pandemiyadan sonra dünyada ciddi dəyişiklik olacağı ilə bağlı iddiaların sayı artmaqdadır. 

Yenixeber.org: Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da pandemiyadan sonra dünyanın əvvəlki kimi olmayacağını bildirib. Belçikada isə keçid dövrü üçün səhiyyə mütəxəssisləri, sosiloloq və iqtisadçılardna ibarət keçid dövrü komissiyası yaradılıb. Belçika baş naziri deyib ki, onların uzun bir keçid dövrü gözləyir. “Həyatımız COVİD-19-dan əvvəl və sonra olaraq bölünəcək”,- deyə o bildirib.

Bir çox ekspertlər, futuroloqlar da bu barədə danışır, pandemiyanın bir keçid dövrü olduğunu qeyd edərək bildirirlər ki, bir sıra sahələrdə ciddi dəyişiklik, baxış fərqliliyi olacaq. Məsələn, evdən işləyən sahələrin sayının artması, virtual təhsilin miqyasının genişlənməsi müşahidə olunacaq.

Berlin-Brandenburqdakı Təbiət və İnsan Elmləri Akademiyasının tədqiqatçısı İzabella Hermann təşkilatların yeni texnologiyalara uyğunlaşmaq məcburiyyətində qalacağını proqnozlaşdırır.

Onun fikrincə, koronavirus pandemiyası ev-ofis sərhədlərinin aradan qalxmasına səbəb olub. Yollarda vaxt itirməyən işçilər və çiyinlərindəki həddindən artıq gərginlikdən qurtulan işəgötürənlər bundan sonra da evdən işləmək  modelini daha peşəkar formada tətbiq edəcəklər.

Eyni zamanda pandemiyadan sonra dünyada rəqəmsallaşma hər sahədə süərtlənəcək. Xüsusən də 5G texnologiyasının sürətlə yayılacağı bildirilir. 

Məsələn, ABŞ-ın Konnektikut Universitetinin Süni Zəka qrupunun direktoru Syuzan Şnayder hesab edir ki, koronavirus online işləmək üçün lazım olan infrastrukturun inkişafını sürətləndirəcək. Onun sözlərinə görə, sürətli şəbəkələr 5G texnologiyası sayəsində mümkün olacaq. Bununla belə, Syuzan Şnayder narahatdır. "Texnologiya ünsiyyəti asanlaşdırsa da, onun vacib elementi olan bədən dilini ötürə bilmir. Eyni zamanda, pandemiyadan sonra şirkətlərin insan əməyini süni intellektlə əvəz etməsindən narahatam. Virus proqnozlaşdırılan texnoloji işsizliyi sürətləndirə bilər", -deyə o bildirib.

Amerikalı diplomat Riçard Haass isə koronavirus pandemiyasının ölkələri xarici mövzulardan daha çox daxili mövzular üzərində düşünməyə sövq edəcək. Onun fikrincə, ölkələr özünütəminetmə strategiyası çərçivəsində hərəkətə keçəcəklər.  “Bu, immiqrasiya ilə bağlı məsələlərin, iqlim böhranı kimi qlobal problemlərin ikinci plana qoyulmasına səbəb ola bilər. Qlobal ictimai sağlamlığa verilən əhəmiyyət artacaq”, - deyə o vurğulayıb.

ABŞ-ın Harvard Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Stiven Uoltun da pos-pandemiya dövrü üçün maraqlı fikirləri var. Məsələn, Uolt hesab edir ki, koronavirusun yayılması dövlət və millətçilik anlayışlarını gücləndirəcək. Müxtəlif tipli hökumətlər böhranı düzgün idarə etmək üçün bəzi təcili tədbirlər görəcək və bir çoxları böhran başa çatdıqda bu tədbirlərin verdiyi imkanlardan imtina etmək istəməyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam