Redaktor seçimi
Samir Şərifovun çətiri altında KORRUPSİYA ÇETESİ -
Mədəniyyətimizin vəhşicəsinə talanı: Cənab “Gülümsərov”un biznesi qitələri aşır-
Qorxmaz Hüseynovun qardaşına korrupsiya ittihamı-
Qida Təhlükəsizliyi Agentliyi “obxess” rolunda-
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR-
Abunəçilər “Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır-
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
Günün xəbəri

Almanların 8 il əvvəlki koronavirus hesabatı -ortaya çıxdı!

Sənəddə ön görülən proqnozlar bu günə görə dəqiqlik baxımından heyrət doğurur

Yenixeber.org: Türkiyənin “Sözcü” qəzeti Almaniyanın Robert Kox İnstitutu tərəfindən 8 il öncə koronavirusla bağlı hazırlanan və Almaniya kansleri Angela Merkelə, habelə Bundestaqa təqdim edilən raportla bağlı maraqlı yazı dərc edib.

Hesabatda yer alan "Mutasiyaya uğramış, yeni “SARS-CoronaVirus”, “Cənub-Şərqi Asiyada bir heyvan bazarından çıxacaq”, “bu virus bütün dünyaya yayılacaq”, “ölkə olaraq buna hazırlıqlı olmalıyıq”, “virusun təsirləri 3 il sürəcək və vaksin yalnız üç ildən sonra tapılacaq”, “bir dəfə xəstələnən şəxsin ikinci dəfə həmin virusa yaxalanması mümkündür" ifadələr diqqəti cəlb edir.

17.12.2012 tarixində Bundestaqda təqdim edilmiş, 17/12051 saylı Sənəd "Risk Təhlili və ictimai mühafizə" adlanır və burada "SARS CoV" virusunun mutasiya edəcəyi, "pandemiya"ya çevriləcəyi və minlərlə insanın həyatına səbəb olacağı bildirilir.

Hesabat kimlər tərəfindən hazırlanıb?

Sənəd Robert Kox İnstitutunun rəhbərliyi ilə Almaniyanın İnşaat və Məskunlaşma üzrə katiblik, Təbii fəlakətlərə məruz qalanlara yardım göstrilməsi üzrə katiblik, Təhülkəsizlik və kəşfiyyat məsələləri üzrə idarə, Kənd təsərrüfatı və qida təhlükəsizliyi idarəsi, Texniki dəstək idarəsi, xüsusi təyinatlı birlikləri, ordu ekspertləri və “Paul Ehrlich institutu ilə birlikdə tərtib olunub.

Almaniya hökumətinin məhz həmin hesabat əsasında ölkənin səhiyyə sistemini gücləndirərək bütün tədbirləri gördüyü qeyd olunur. Kansler Merkelin dünən açıqladığı tədbirlər də həmin raportda daha öncədən nəzərdə tutlumuş bəndləri əks etdirir.

Hesabatda 'SARS CoV' virusunun epidemiyaya çevriləcəyi ifadə edilərkən, bunun üçün ölkə rəhbərliyinə ən müxtəlif ssenarilərə hazır olunması məsləhət görülür. Sənəddə diqqət çəkən bölümlər müxtəlif bəndlərdə göstərilib. Bunlar aşağıdakılardır:

* SARS Cov-un mutasiya edilmiş versiyası olan yeni bir virus gələcək və insanların immunitet sistemini sürətlə çökdürəcək.
* 2003-cü ildə SARS CoV-dan çox fərqli olan bu virus sürətlə yayılacaq.
* Bu yeni bir virus növü olacaq və SARS CoronaVirus H5N1-Qripdən daha ağır nəticələr verəcək.

Ssenaridə, Avropaya gələn çinlilərin və ya Çinə gedən almanların bu xəstəliyi yaya biləcəyi və hər kəsin ən az 10 nəfəri infeksiyaya yoluxdura biləcəyi göstərilir. Hazırlanmış hesabatda nəyin baş verə biləcəyi belə ifadə edilir:

*Burada yeni bir epidemiyaya səbəb olacaq virusdan bəhs olunur.
* “Modi-SARS” (yəni mutasiyaya uğramış) adlandırılsa da, bu, yeni keyfiyyətlərə malik bir virusdur. 
* Bu yeni virus “SARS CoV”un tamamilə fərqli bir versiyasıdır.
* “SARS CoV”dan fərqli olaraq, insanlara daha sürətli yayılacaq.
* Hələ adını çəkə bilmədiyimiz bu virus çox yüksək ölüm sayına səbəb olacaq.
* Yeni virusa nəzarət QİÇS-ə səbəb olan HİV virusundan belə daha çətin olacaq.
* Simptomlar baxımından “Modi-SARS” və “SARS CoV” bir-biri ilə bənzərlik təşkil edəcək.
* Bir adamdan digərinə yoluxması təqribən 5 gün çəkəcək.
* Virusa yoluxan şəxsdə 2 ilə 14 gün arasında simptomlar ortaya çıxacaq.

2012-ci il hesabatında yeni virusun simptomları yüksək hərarət, quru öskürək, əksər xəstələrdə nəfəs çatışmazlığı, rentgen aparıldığı zaman ağciyərlərdə müxtəlif ləkələr, titrəmələr, bəzən qusma, başgicəllənmə, əzələ ağrıları olacağı, həmçinin bədənin müxtəlif yerlərində ishal, baş ağrısı və ya ekzema kimi qızarmaların ola biləcəyi göstərilib. Bundan əlavə, hesabatda deyilir: “Bu yeni virus xüsusilə yaşlı insanlarda və xroniki xəstəliyi olanlarda yüzdə 10-a qədər ölümlə nəticələnə bilər. Uşaqlar və gənclər arasında ölüm nisbəti 1 faizdən aşağı qalacaq. Gənclər və sağlam insanlar bu bir həftə ərzində sağ qalacaqlar, yaşlıların müalicəsi isə 60 günə qədər çəkə bilər".

Məruzədə aşağıdakı müddəalar da yer alıb

* Virus təmasla insandan insana keçə bilər.
* Gəldiyi zaman hələ onun üçün dərman olmayacaq.
* Peyvənd yalnız ilk virusdan 3 il sonra hazırlana biləcək.
* İnsanlar gigiyena qaydalarına diqqət yetirməlidirlər, lazım olduqda əlcək geyməlidirlər, gözlük və maska ​​taxmalıdırlar.
* Xəstəlik insanlardan insanlara, xüsusən ailə içindəki təmaslarda, virus daşıyan insanın kütlə içində gəzməsi, ictimai nəqliyyatdan istifadə etməsi, iş yerlərində və ya məzuniyyətdə olması halında ötürülə biləcək.
* Epidemiya bütün dünyada yayılacaq.

Hesabatda yeni virusun SARS-ə bənzər olacağı, ancaq 2003-cü ildə SARS-dan ciddi şəkildə fərqlənəcəyi, ölkələrin səhiyyə sistemini dərindən sarsıdacağı bildirilir. Tam elmi dəlillərə əsaslanaraq hazırlanan məruzədə onun Cənub-Şərqi Asiyadan çıxacağı xüsuslə vurğulanır:

* Epidemiyaya səbəb olan virus Cənub-Şərqi Asiyada, vəhşi heyvan bazarlarında yayılaraq insanlara keçəcək.
* Heyvanlar bu virusa qarşı immunitet qazanacaqlar, çünki immunitetləri artıq ona alışıb.
* Ev pişikləri və köpəklər infeksiyaya məruz qalmayacaq, onları yayan ünsürə çevrilməyəklər.
* Ancaq insanlar arasında çox tez yayılacaq.

Sənəddə ilk dalğanın çox təhlükəli olcağı bildirilir və 3 dalğada gələcəyi qeyd olunur. Virusun bu müddət ərzində 2 dəfə mutasiyaya uğrayacağı, yoluxan insanın 360 gün ərzində özünü təhlükəsiz hiss edə biləcəyi vurğulanır. Sənəddə görülə biləcək tədbirlər üçün xüsusi bölmə ayrılıb. Bunlar aşağıdakılardır:

* Antivirus karantini tədbirləri zamanı məktəblərin bağlanması, izdihamlı yerlərə çıxmaq qadağası, insanların bir-birləriylə yaxın təmasına yasaqların gətirilməsi tələb olunacaq.
* Yoluxmuş insanlar xüsusi karantin şəraitində müalicə edilməlidirlər.
* İnsanlara yeni dezinfeksiya qaydaları təqdim ediləcək və yeni gigiyena qaydaları tətbiq olunacaq.

Hansı dalğa neçə gün sürəcək

* Modi-SARS (mutated SARS) virusunun ilk dalğası 1 gündən 411 günə qədər davam edəcək.
* Birinci dalğada 29 milyon insan yoluxacaq.
* İkinci dalğa 462 ilə 692 gün arasında olacaq.
* Burada 23 milyon almanın virusdan təsirlənəcəyi hesablanır.
* Üçüncü dalğa 693 gündən 1052 günə qədər davam edəcək.
* Bu da 26 milyon insana təsir edəcək.
* Bəzi insanlar ikinci və ya üçüncü dalğadan təsirlənəcəklər.

Tədbir alınmadığı təqdirdə 7.5 MİLYON ÖLÜM!

Hesabatda aşağıdakı ifadələr də yer alır:

* Yaşlı insanlarda ölüm nisbəti 50 faizə çata bilər.
* Üç dalğa təxminən 7.5 milyon almanın həyatına başa gələ bilər.

Məruzədə hökumətə və dövlət rəsmilərinə hansı tədbirlərin görüləcəyi və hansı qanunlarda dəyişikliklər aparılmasına dair məsləhətlər yer alıb.

Müvafiq hissələr "Görülməli tədbirlər", "Mərhələ ilə görüləcək işlər və onların tənzimlənməsi", "İqtisadi sahədə əməliyyatlar" başlıqları altında verilib.

Sənəddə hansı sektorun nə dərəcədə zərərə uğrayacağı da proqnozlaşdırılıb.

Hesabatda hava nəqliyyatının dayandırılacağı, dəniz nəqliyyatında sərnişinlərin deyil, yüklərin daşınmasının davam edəcəyi; qaz, istilik yanacağı və elektrik enerjisi ilə bağlı problem olmayacağı; nəqliyyatda heç bir problem yaşanmayacağı; qatarlarla səyahətin və nəqliyyat sıxlığının azalacağı, evlərə paket xidmətlərinin əhəmiyyətinin artacağı təxmin edilir. Bundan əlavə, sənəddə yoluxanların sayının gözləntilərdən yüksək olduğu təqdrdə səhiyyə sisteminin çökəcəyi, həkim və tibb bacıları çatışmazlığı yaranacağı bildirilir.

Hazırda Almaniyanın 500.000 çarpayılıq xəstəxana tutumunun ağır pandemiya ilə bacarmayacağını bildirən hesabatda, eyni zamanda 4 milyon insanın xəstələnəcəyi bir vaxtda böyük problemlərin yaşanacağı vurğulanıb.

Sənəddən göründüyü üzrə, hələ 8 il öncədən dərmanlara, fərdi mühafizə və dezinfeksiya materiallarına böyük tələbatın yaranacağı nəzərdə tutulub.

Hesabatda ölkələrdə su çatışmazlığının yaşanmayacağı, ərzaq təminatında problem görülmədiyi bildirilir. Bundan başqa, hökumət və parlamentin, habelə bank, birja, sığorta, maliyyə sektorunda çalışanların öz işlərini davam etdirə biləcəkləri qeyd olunur.

Jurnalistlərin öz fəaliyyətlərinə davam edəcəkləri, bəzi sahələrə daha çox diqqət ayrılacağı, lakin mədəniyyət, idman və sənət kimi sahələrə daha az diqqət olunacağı ilə bağlı proqnozlar hesabatda yer alıb.

 

Musavat.com

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}