Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Çingiz Qənizadənin qardaşının şirkətləri aşkara çıxdı -FOTOFAKT

 

 

bitmap-img6

Deputatlığa namizəd Çingiz Qənizadənin çoxsaylı şirkətləri üzə çıxıb. 
Yenixeber.org: Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində yazıb: 
 
""Özünü buraxmış" və yenidən deputatlığa namizədliyini vermiş deputat Çingiz Qənizədənin 3 şirkətini qardaşı Feyruz Qənizadə Aşıralı oğlu idarə edir.
"ARAZ DİZAYN" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ keçmiş paytaxt prokurorunun biznesində önəmli yer tutur. Reyestr məlumatında şirkətin dəqiq ünvan göstərilməsə də, 2006-cı ilin aprelində qeydiyyata alındığı, Binəqədi rayonunda hüquqi qeydiyyatda olduğu qeyd edilib. Şirkət yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğuldur.
"XƏZƏR TERMİNAL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ də 2006-cı ilin aprelində qeydiyyatdan keçib, hüquqi ünvanı Səbail rayonu göstərilib. Bu şirkətin də fəaliyyəti inşaat biznesini əhatə edir.
"UNİVERSAL-TƏCHİZAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2007-ci ilin mayından fəaliyyətdədir, Çingiz Qənizadənin Şəkidəki ata yurdunda - Şəki şəhəri Aydın Məmmədov 43 ünvanında hüquqi qeydiyyatdadır.
Bu şirkət 2010-cu ildən bəri çoxsaylı tenderlərin "qalibi" olub, sifarişlər əldə edib. Qənizadə bu şirkət üzərindən müxtəlif dövlət qurumları üçün tikintidən tutmuş dəftərxana, təsərrüfat malları, inventar və digər tələbatların təmin edilməsinə qədər "universal" xidmət həyata keçirib. Əsas sifarişçiləri Milli Elmlər Akademiyası, Səhiyyə Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətidir".
 
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam