Redaktor seçimi
Qorxmaz Hüseynovun qardaşına korrupsiya ittihamı-
Qida Təhlükəsizliyi Agentliyi “obxess” rolunda-
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR-
Abunəçilər “Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır-
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
55 milyonluq tender udan şirkət “yoxa” çıxıb – Fəhlələr 4 ildir maaşlarını ala bilmir:
“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər… –
Günün xəbəri

Stalinin sevimlisi olan aktrisa – rəhbər Lyubov Orlovanin bir ərinin başını "yeyib", o biri ərini isə...

 

Yenixeber.org: “Ev telefonoma zəng gəldi. Dəstəyi qaldırdım. Xəttin o başından mehriban səslə soruşdular:

- Lyubov Orlovanın mənzilidir?

- Bəli.

- Sabah axşam saat 11-in yarısında sizin arxanızca maşın gələcək, Stalin sizinlə görüşmək istəyir.

- Bəs siz haradan bilirsiniz ki, mən həmin vaxt harada olacam?

- Buna görə narahat olmayın, biz kimin harada olduğunu yaxşı bilirik.

- Onda maşının nömrəsini deyin ki, mən tanıyım.

- Buna da ehtiyac yoxdur, gələnlər sizi tanıyır.

Dəstəyi yerə qoydular. Səhərə kimi yata bilmədim. Deyilən vaxtda arxamca maşın gəldi. Arxa oturacaqda mənə yer göstərdilər. Bir saata yaxın yol getdik, nəhayət, mənzil başına çatdıq. Darvazadan geniş həyətə girdik. İkinci mərtəbəyə qalxdıq, dəhlizin baş tərəfəndəki otağa keçdik. Bura Stalinin bağındakı iş otağı idi. Amma bu Kuntsevodakı “Kiçik bağ” deyilən yer deyildi.

Biz xeyli söhbət etdik. Daha doğrusu, o danışırdı və ardı-arası kəsilməyən suallar verirdi. Daha sonra süfrə arxasına keçdik, daha sonra isə baş verməli olanlar baş verdi. Əslində mən onu çoxdan sevirdim, amma uzaqdan-uzağa, belə bir yaxınlığı isə heç vaxt ağlıma gətirmirdim. Daha doğrusu, bu baş verənlər əvvəllər də ola bilərdi, amma mən bu münasibətlərdən qorxurdum, hətta bir dəfə Stalinin qıcığına səbəb olan hərəkət də etmişdim...”

Bu sətirlər SSRİ xalq artisti Lyubov Orlovanın “Stalin haqqında məhəbbətlə” kitabındandır.

Stalinlə Lyubov Orlova arasında olan münasibətlər haqqında illər boyu fərqli fikirlər səslənib. Bunun əsas səbəbi isə aktrisanın ictimaiyyət arasında Stalinə qarşı fərqli münasibət sərgiləməyi olub.

Lyubov Orlova 1902-ci ildə Moskvada anadan olub. Moskva teatr texnikumunda və konservatoriyada təhsil alıb. Qısa müddət ərzində həm pianoçu, həm də aktrisa kimi məşhurlaşıb, filmlərdə çəkildiyi rollara böyük populyarlıq qazanıb. İki dəfə Stalin mükafatına, “Lenin” ordeninə, Rusiyanın və SSRİ-nin xalq artisti adına sahib olan Lyubov Orlova SSRİ-də bir nömrəli ulduz sayılıb.

Aktrisa 1926-cı ildə SSRİ torpaq komissarlığının (nazirliyinin) maliyyə idarəsinin rəis müavini Andrey Berzinlə ailə həyatı qurub. Dörd illik ailə həyatından sonra Berzin “antisovet fəaliyyəti”nə görə həbs olunub. 1936-cı ildə həbsdən çıxdıqdan sonra 1937-ci ildə Berzin növbəti dəfə həbsə alınıb və sürgünə göndərilib. Sonralar Orlovanın yazdığına görə, Berzini “NKVD” əməkdaşları gecə yarısı yataqda ikən alt paltarında aparıblar.

1935-ci ildə Lyubov Orlova əməkdar artist adını alanda Stalin şəxsən zəng vuraraq aktrisanı təbrik edib və onu Kremlə dəvət edib. Orlova dəvətdən imtina etməyib. Stalin görüşdə Orlovanın problemləri ilə maraqlanıb. Aktrisa isə yalnız bir problemi olduğunu söyləyib:

- Yoldaş Stalin, mənim həyat yoldaşım nəyə görə həbs olunub? Mən heç onun yerini, harada saxlanıldığını da bilmirəm.

- Bu, sizə aid olan məsələ deyil.

Orlovanın bu cür sərt danışığı Stalinin qıcığına səbəb olub.

Bir neçə müddət Lyubov Orlova dövlət tədbirlərinə dəvətdən imtina edib və bir neçə dəfə də həyat yoldaşı ilə bağlı Kremlə məktublar ünvanlayıb. Nəhayət, bu məktublara cavab olaraq aktrisa “NKVD”-yə dəvət olunub və ona xəbərdarlıq edilib: “Əgər həyat yoldaşınız üçün bu qədər narahat olursunuzsa, biz məsələni həll edə bilərik. Bunun yalnız bir çıxış yolu var, sizi də onun yanına göndərmək...”

İkinci xəbərdarlıq isə aktrisaya daha baha başa gəlib. Kiyevdə qastrolu zamanı konsertdə onu gül yağışına tutublar. Tamaşaçılardan biri isə ona böyük qızılgül çələngi təqdim edib. Konsertdən sonra Orlova özünü pis hiss edib, huşunu itirib. Onu təcili xəstəxanaya çatdırıblar. Məlum olub ki, qızılgüllərin tikanlarına zəhər yeridilib və aktrisa zəhərlənib. Hadisədən xəbər tutan Stalin Kiyevə təyyarə göndərib, Orlova Kreml xəstəxanasına yerləşdirilib. Stalin İngiltərədən həkim gətizdirib və aktrisanın həyatını xilas etmək mümkün olub. Sonra məlum olub ki, şikayət məktublarından yaxa qurtarmaq üçün Lavrenti Beriya aktrisanı öldürmək istəyib.

Orlova həyat yoldaşının bir daha qayıtmayacağına şübhə etməyib və elə həqiqətən də yeri məlum olmayan Berzin bir daha geri dönməyib. Sonralar məlum olub ki, sürgündən çıxdıqdan bir ay sonra Berzin Latviyada xəstəlikdən vəfat edib.

Lyubov Orlova ikinci dəfə tanınmış rejissor Qriqori Aleksandrovla ailə həyatı qurub. Rejissorun köməkliyi ilə Orlova yeni filmlərə çəkilərək daha böyük populyarlıq qazanıb.

Bu nikaha baxmayaraq Stalin gözünü Orlovadan çəkməyib və bunu heç gizli də saxlamayıb. Cütlüyün də iştirak etdiyi Kreml tədbirlərinin birində Stalin onlara yaxınlaşıb:

- Lyubov Petrovna, Aleksandrov sizin xətrinizə dəymir ki?

- Xeyr, yoldaş Stalin.

- Əgər belə bir şey olarsa biz onu asarıq.

Qriqori Aleksandrov təbəssümlə söhbətə müdaxilə edib:

- Bu necə ola bilər, yoldaş Stalin?

- Çox sadə, biz sizi boynunuzdan asarıq.

Nəhayət, 1940-cı ildə Moskvada keçirilən beynəlxalq kino festivalı ilə bağlı Kremldə keçirilən tədbirdə Stalin Orlovaya konkret fikrini bildirib. Belə ki, tədbir zamanı Orlovaya bildiriblər ki, o, üçüncü mərtəbəyə qalxmalıdır və onu müşayiət edərək Stalinin yanına aparıblar. Bu görüş bir saatdan artıq davam edib. Sonda Stalin bildirib ki, belə görüşlər davam etməlidir. Növbəti dəfə isə yuxarıda qeyd etdiyimiz kimi, Stalin onu öz bağına çağırtdırıb.

Stalinlə Orlovanın yaxın münasibətləri 7-8 il çəkib. Onlar tez-tez görüşməyiblər. Çünki Stalinin həyatında digər bir tanınmış aktrisa, Vera Davıdova da böyük rol oynayıb.

Lyubov Orlova Stalinə olan münasibətini həmişə gizli saxlayıb, daha doğrusu, onun haqqında düşündüklərinin əksini deyib. Aktrisanın bacısı qızı Novikova sonralar bu haqda yazıb:

“Mən həmin vaxtlar tələbə idim. Stalin vəfat edəndə hamı ağlayırdı. Mən dərsdən çıxıb onlara getdim. Nahar vaxtı idi. Süfrə arxasında Stalindən söhbət düşdü. Lyubov Orlova həyəcanlı şəkildə dedi ki, bu yaramaz əclafdan hamını canı qurtardı...”

Əslində isə belə deyildi, aktrisa xatirələrində Stalini tam başqa cür ifadə edib:

“Stalin böyük şəxsiyyət idi. Onun haqqında ətrafındakılar mif yaradırdılar. Mən həmişə Stalinin sadələyinə, mərhəmətinə, insanlığına qibtə etmişəm. Heç kim elə düşünməsin ki, bunu yaxın olmağımıza görə deyirəm. Yox, əsla belə deyil. Mən heç onun sevgilisi də olmamışam, mən onun sevimlisi olmuşam...”

Stalinin vəfatından sonra Lyubov Orlova incəsənət sahəsində öz fəaliyyətini davam etdirib, kifayət qədər maddi zənginliyə sahib olub. O, öz dövründə yeganə aktrisa olub ki, xarici ölkələrə qastrolları zamanı ona problem yaratmayıblar.

İllər boyu Lyubov Orlova Stalin haqqında bir kəlmə də danışmayıb. Nəhayət, 1974-cü ildə mədəaltı vəzində xərçəng aşkar edilərkən, həyatının sonunun yaxınlaşdığını hiss edən aktrisa Stalin haqqında xatirələrini Çin səfirliyinin əməkdaşına verib və xahiş edib ki, kitab SSRİ-də yox, Çində nəşr olunsun. Həmin kitabda ən yadda qalan sətirlər isə aşağıdakılar olub:

“Mən nə edə bilərəm? Mənə imkan versəydilər, ona abidə qoyardım. Əclaflar öz rəhbərlərinə qarşı ən alcaq hərəkətləri etdilər. Min dəfə əclaf desəm də, bu söz onlar üçün azdır. Nə qədər ki, Stalin sağ idi, həmin adamlar onun qarşısında qul kimi baş əyirdilər, yaltaqlanırdılar. Ölümündən sonra isə bayram etməyə başladılar. Gizli məruzələr, gizli danışıqlar, bəli, bunların bu gizlinləri çox gülünc görünürdü. Bu alçaqlar, bu yaramazlar Stalinin meyidindən qorxurdular, bax, elə qorxa-qorxa da ona Mavzoleydən çıxartdılar. Onun adını tarixdən silməyə çalışdılar. Belə insanları yalnız lənətləmək lazımdır...”
Beləliklə, Lyubov Orlova Stalinlə bağlı xatirələrini ömrünün son ilində bölüşməyə nail olub.

Aktrisa 1975-ci ildə, 72 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.(müsavat)

İlham Cəmiloğlu

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}