Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyinə ağır ittihamlar

 

Redaksiyamıza Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyi ilə bağlı yeni məlumat daxil olub.
"Xeberinfo.com":  Həmin məlumatı təqdim edirik:
“Yazılan tənqidi məqalələrdən sonra da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində vəziyyət elə həminkidir. Bəzi məsələləri sizlərlə bölüşmək istəyirik. Əvvəla onu deyək ki, son yazılarda verdiyiniz məlumatlar doğrudur və həmin məlumatlar yüzlərlə mədəniyyət işçisində, direktorlarda rəislərinə qarşı olan haqlı neqativ fikirləri daha da möhkəmləndirdi. Əlikram Əliyevin bu yazılardan sonra saytların birinə verdiyi müsahibə isə bizlərdə gülüş və təəccüb yaratdı. Ə.Əliyev yazılanların böyük hissəsinin həqiqət olduğunu dolayısıyla etiraf edir. 
Rəisin diqqətinə çatdıraq ki, bu gün heç bir məmur ona aid olan obyektləri öz adına rəsmiləşdirmir. 
Ə.Əliyev müsahibəsində qeyd edir ki, İdarəyə ayrılan dövlət vəsaiti şəffaf şəkildə xərclənir və bu aidiyyatı orqanlar tərəfindən yoxlanılır. Əgər bu vəsaitlər şəffaf xərclənirsə, nə üçün İdarənin keçirdiyi tenderlərin qalibi olan MMC-lərin böyük əksəriyyəti eyni şəxsin adına qeydiyyatdan keçir və bu MMC-lərin böyük əksəriyyəti eyni ünvanda və daha çox Zaqatala, Balakən, Şirvan rayonlarında qeydiyyatdadırlar. Ə.Əliyev bu vəsaitlərin şəffaf xərclənməsində belə maraqlıdırsa o zaman onun nəzərinə çatdıraq ki, elan olunan tenderlərə ən azı 5 il fəaliyyətdə olan MMC-lər cəl b olunurlar. Ə.Əliyevin 1 və 2 saylı Maliyyə və İqtisad Regional bölmələri isə fəaliyyəti 1 ili belə tamamlamayan MMC-lərlə yüz min manatlarla satınalma əməliyyatları həyata keçirdir. 
Məlumdur ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi vahid struktura malik dövlət orqanıdır. Lakin 4-5 gün əvvəl baş verən hadisələr bizi təəccübləndirdi. Nəyə görə Ə.Əliyev İdarənin 7 yanvar trixində keçirilən hesabat iclasına musiqi və incəsənət məktəblərinin direktorlarını çağırmamışdı? Məgər eyni idarəyə tabe olan müəssisələrin hesabat iclası 1 gün fərqiylə 2 dəfə keçirilməlidi r? Musiqi və incəsənət məktəbləri üçün isə hesabat iclası 1 gün sonra keçirildi. Əlikram Əliyev nə üçün musiqi və incəsənət məktəblərinə bu cür ayrıseçkiliklə yanaşır? Nəyə görə onları digər müəssisə direktorları ilə birlikdə qəbul edə bilmir? 
Bir məsələni də diqqətinizə çatdıraq ki, Ə.Əliyev musiqi və incəsənət məktəblərinin direktorlarına bildirdi ki, onla r, yəni direktorlar mətbuata öz imzaları ilə müraciət hazırlasınlar və bildirsinlər ki, İdarə rəisi haqqında yazılan məlumatlar həqiqəti əks etdirmir. Buna isə heç bir direktor razı deyil. Əgər mətbuatda belə bir müraciət çıxacaqsa indidən bildiririk ki, o müraciət könüllü şəkildə imzalanmayıb. Hətta qeyd olunsa ki, onu imzalayanlar öz razılıqları ilə bunu ediblər, bu yenə də həqiqət deyil”.
Qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq... 
PİA.AZ 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam