Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“4-cü mikrorayona getdim ki...” Gecə saat 3-də başıma “şlem” geyinib -

“Gecə saat 3-də başıma “şlem” geyinib 4-cü mikrorayona getdim ki...”


Xəbər verildiyi kimi, “Leş Tofiq” ləqəbi ilə tanınan Alıbəy Rzaxanov və dəstəsi saxlanılıb.

Yenixeber.org:  Onun mənşəyi bilinməyən və ölü heyvan əti satması ilə bağlı cinayət işi başladılıb. Təbii ki, A. Rzabəyov bu ətləri özü yemir, kafe, restoran, bəlkə də şadlıq evlərinə satırdı. Nəticə etibarı ilə vəziyyətdən xəbərsiz olan vətəndaşlardan istənilən birinin bu ətdən yeməsi ehtimalı böyükdür. Lakin hələ “leş mafiyası”nın yararsız ətləri haralara satdığı ictimaiyyətə açıqlanmır ki, bu da narahatlığı daha da artırır. Halbuki istehlakçıların bunu bilmək haqqıdır, çünki “leş mafiyası”ndan ziyan görən məhz istehlakçılar, qazanan isə dəstə üzvləri və leş əti baha qiymətə satan müştəri-obyektlər olub.

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov redaksiyamıza açıqlamasında deyib ki, hazırda işin gedişini izləyir və əgər adlar açıqlanmasa, özü həmin obyektlərin siyahısını açıqlayacaq:

“22 ildir ki, “Azad İstehlakçılar” İctimai Birliyi Azərbaycanda “leş mafiyası”nın olduğunu bəyan edib. 5 il əvvəl mənə 4-cü mikrorayon ərazisində gecələr leş ətin emal olunduğu yeri göstərdilər. Mən gecə saat 3-də başıma “şlem” geyib ora getdim. Mənə bildirdilər ki, həyatım üçün təhlükə ola bilər. O zaman mən bütün dövlət orqanlarına rəsmi məlumatlar verərək, mənşəyi bilinməyən ətlərin yerini göstərdim. Heç kim irəli addım atıb bu məsuliyyəti öz üzərinə götürmək istəmədi. Mən dəfələrlə Sabirabad rayonunun Xəlfəli kəndində bu işlə məşğul olan Alıbəyə zəng vuraraq demişəm ki, bu işdən əl çək. Şübhəsiz ki, “leş mafiyası”ndan bələdiyyə, sahə müvəkkillərinin xəbəri vardı. Mən Xəlfəli kəndinin bələdiyyəsinə və din xadimlərinə üz tutub deyirəm: Ey din xadimləri, ey bələdiyyələr, bu proseslər sizin gözünüzün qarşısında baş verirdi. Niyə qarşısını almaq üçün müdaxilə etmirdiniz?”

Ekspert bildirib ki, bu ətlərin şadlıq evlərinə, restoranlara, dönərxanalara, hətta uşaq bağçalarına qədər gedib çıxması istisna edilmir:

“Mən bu işin hüquqi nəticəsini gözləyirəm. Əgər məhkəmə o adama bəraət qazandırsa və ya az cəza versə, mən həmin məhkəmənin adını hər yerdə çəkəcəyəm. Mənə məlum olub ki, “Leş Tofiq” bu işə görə dəfələrlə saxlanılıb. İndi Daxili İşlər Nazirliyi çox gözəl bir iş görüb. Fikrimcə, o ətlərin satıldığı restoran, şadlıq evləri və kafelərdə yemək yeyən insanları nəzərə alaraq hələ ki, həmin yerlərin adlarının açıqlanması hələ tezdir. Amma “Leş Tofiq” cəzasız qalarsa, biz həmin adların açıqlanması üçün əlimizdən gələni edəcəyik. Yəqin ki, artıq DİN-ə həmin ətlərin getdiyi obyektlər məlumdur”. (Cebhe.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam