Redaktor seçimi
Sumqayıt bulvarında yarım hektar ərazi kimə satılıb?-
“Azərenerji”-nin prezidenti ilə bağlı daha bir ilginc olay:
“Sipark İnşaat” ATV-yə 14 min
Göygölün icra başçısı Arif Seyidovun oğlunun dəbdəbəli həyatı-
Avtomobil yollarına sərf edilən milyardlar:
Abid Şərifovun Avropadaki biznesi –
Zakir Fərəcovun müavini Teymur Səmədova ŞOK ittihamlar-
Deputat Əsabil Qasımov Rusiyada daha bir sanatoriya alıb –
Günün xəbəri

Bankların faiz oyunu: - Kreditə çox, əmanətə…

Bankların faiz oyunu:
Milli valyutada olan əmanətlərin yerlədirilməsi ilə bağlı mövzu bütün dövrlərdə öz aktuallığını qoruyur.


Yenixeber.org:   Hazırda Azərbaycanda fəaliyyət göstərən bankların əhalidən cəlb olunan manatla olan əmanətlər üzrə faiz dərəcələri aşağıdır. Demək olar ki, əmanətçinin sərfəli şərtlərlə manat əmanəti yerləşdirə biləcəyi bank yoxdur. Qeyd edək ki, uzunmüddətli və qısamüddətli dövr üçün banklara yerləşdirilmiş əmanətlərin faiz dərəcələri arasında böyük fərq var.

Ekspertlər bunun səbəbini Azərbaycanda qiymətli kağızlar və pul bazarlarının olmaması ilə əlaqələndirir.

İqtisadçı-ekspert Elman Sadıqov “Cümhuriyət” qəzetinə açıqlamasında, depozitlərin faiz dərəcəsinin artım tempinin ölkədəki inflyasiyanın həddindən asılı olduğunu deyib:

“Paralel olaraq Mərkəzi Bankın uçot dərəcəsi və milli valyutaya olan devalvasiya təzyiqi depozitlərin faiz dərəcəsinin artım tempini müəyyən edir. Əgər bir ölkədə yerli valyutanın xarici valyutalar qarşılığında devalvasiya, o cümlədən inflyasiya təzyiqi varsa və ölkənin mərkəzi bankı uçot faiz dərəcəsi buna görə artırılırsa, bu zaman banklar da depozit faizlərini artırır. 2015-ci ildə baş vermiş devalvasiyadan sonra uçot faiz dərəcəsinin 15 faizə (hazırda 8.25 faizə düşüb) qədər artmasının şahidi olduq. Nəticədə müddətdən asılı olaraq bankların depozit faizləri 15-16 faiz ətrafında artdı”.

Analitik bildirib ki, neftin qiyməti planlaşdırıldığı kimi 60 dollar ətrafındadır:

“Hazırda milli valyutaya qarşı nə bir təzyiq var, nə də ciddi ucuzlaşma ehtimalı. Ölkədə inflyasiya 2.7 faiz həcmindədir, uçot faiz dərəcələri 8.25 faizdir və aşağı düşmə ehtimalı var. Yəni Mərkəzi Bank tərəfindən uçot faiz dərəcələrinin artırılma mümkünlüyü yoxdur. Bütün bunlar bank sistemində yerli valyutada olan depozitlərin faiz dərəcəsinin aşağı düşməsini şərtləndirir və labüd edir. Ölkədə rəsmən 2.7 faizlik inflyasiya var, buna görə banklar depozit faizlərini aşağı çəkməyə başlayıb. Bankların əsas maliyyələşmə mənbəyi olan depozitlərin maya dəyəri aşağı düşdükcə nəticədə kreditlərin də faiz dərəcəsi aşağı düşmüş olur. Əgər biz banklardan yüksək faiz dərəcəli depozit istəyiriksə, o zaman aşağı faiz dərəcəli kredit tələb etməyimiz də məntiqsiz olur. Hazırda depozitlərin faiz dərəcəsinin aşağı düşməsi təbiidir”.

Elman Sadıqov onu da qeyd edib ki, Azərbaycanda uzunmüddətli depozitlərlə qısamüddətli depozit faizləri arasında böyük fərq var:

“Bu fərq inkişaf etmiş Avropa ölkələrində o qədər də böyük deyil. Bunun da əsas səbəbi onunla bağlıdır ki, Azərbaycan bankları aktivində olan vəsaitləri qısamüddətli dəyərləndirmə imkanına malik deyillər. Tutaq ki, Avropada olan hər hansı bir bank aktivində olan vəsaiti 24 və ya 48 saat dövr etdirə bilir, pul bazarları var və orada müxtəlif repo əməliyyatları aparır, qısamüddətli kreditlər verə bilir və sair. Yəni, pullar qısa müddət də olsa, boş dayanmır. Bu səbəbdən lazım olduqda qısamüddətli dövrdə depozitləri cəlb edirlər. Təəssüf ki, Azərbaycanda nə qiymətli kağızlar, nə də pul bazarı var. Bu bazarlar əmanətçilərə öz pullarını həmin bazarlara təqdim edib dövr etdirmək imkanı verir. Bu səbəbdən Azərbaycanda 1-2 aylıq depozit gəliri o qədər də sərfəli deyil. Hazırda qısamüddətli depozit faizləri qat-qat aşağıdır, nəinki 1-2 illik. Adətən, banklar cəlb etdikləri depozitləri kreditlərdə yerləşdirilər. Kreditlər də 1-2 illik verilir, bu səbəbdən də illik depozit faizləri daha sərfəlidir, nəinki 1-2 aylıq”. (dia)

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam


Sorğu

    
     

    Saytımızı bəyəndiniz?