Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Əli Nağıyevin XÜSUSİ uzaqgörənliyi –Türkdilli dövlətlərin ümumi DTX-sı yaradılır

 

Ötən cümə günü başlayıb bazar günü tamamlanan Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının XXII Konfransı geridə qaldı.

Yenixeber.org: ADAM (Analitik Düşüncə və Araşdırma Mərkəzi) xəbər verir ki, 3 gün davam edən konfransda 4 türkdilli dövlət –Azərbaycan, Türkiyə, Qırqızıstan və Qazaxıstan rəsmən iştirak edib.

Digər türkdilli dövlətlərdən olan Özbəkistan isə toplantıya müşahidəçi qismində qatılıb. Özbəkistanla bərabər müşahidəçi kimi iştirak edən digər ölkə Gürcüstan olub. Ləhcəsinə görə bizə və Türkiyəyə daha yaxın olan Türkmənistan isə ümumiyyətlə Konfransa təşrif buyurmayıb. Hər dövlətin milli maraqları olduğunu nəzərə alıb Türkmənistanın bu mövqeyini şərh etmək istəmirik. Bizi maraqlandıran əsas məsələ isə kəmiyyətdən çox keyfiyyətdir. Bu mənada XXII Konfransda alınan qərarların mahiyyəti daha çox əhəmiyyət kəsb edir, nəinki orada hər kəsin iştirakı.

Etiraf edək ki, nümayəndələrin sayına görə budəfəki heyət əslində Konfransların 22 illik tarixində heç də geniştərkibliliyi ilə seçilmirdi. 1999-cu ildə yenə Bakıda keçirilən 2-ci Konfransda nümayəndə heyətinin sayı 6 idi. Hətta bu yüksək qatılıma görə Türkiyə nümayəndəsi mərhum Heydər Əliyevi təbrik etmiş və 6 türkdilli dövlətinin bir araya gəlməsində birbaşa onun misilsiz xidmətinin olduğunu bildirmişdi. Ondan sonra keçirilən bütün Konfranslarda da aşağı-yuxarı bu tərkib iştirak etmiş, hətta  ötən il Qırqızıstanda keçirilən toplantıya Tacikistan da müşahidəçi qismində qatılmışdı.

Bununla belə, Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının XXII Konfransı bəzi xüsusiyyətləri ilə bütün toplantılardan daha effektivliyi ilə yadda qaldı. Əsas effektivlik isə alınan qərarlarda özünü göstərir. Xüsusi xidmət orqanlarının fəaliyyət növündən doğan məxfilik səbəbilə konfransda alınan qərarlar ictimaiyyətə açıqlanmadığından konkret hansı məsələlərdə ümumi razılıq əldə olunduğu bilinməsə də, türk mətbuatına sızdırılan bəzi məlumatlar bu dəfə də Bakıda növbəti ilkə imza atıldığını təsdiqləyir. Birinci ilk yuxarıda da qeyd etdiyimiz kimi, 1999-cu ildə Bakıda keçirilən II Konfransa bütün türkdilli dövlətlərin qatılması idi. Budəfəki ilk isə Türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının vahid mərkəzinin yaradılması oldu.

Bildirildiyinə görə, toplantı iştirakçıları Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının Daimi Nümayəndəliyinin qurulması barədə qərar qəbul ediblər. Nümayəndəliyin mərkəzi Ankarada yerləşəcək.

Bəri başdan deyək ki, alınan bu qərar konfransın 22 illik tarixində ən ciddi addımdır. Hətta birinci ilkdən belə daha mühümdür. Zira birinci ilk kəmiyyətdə irəliləyiş kimi tarixə düşmüşdüsə, ikinci ilk keyfiyyətcə yeni dövrün başlanması kimi xarakterizə olunur. Belə ki, indiyə qədərki toplantılar ildə bir dəfə müxtəlif ölkələrdə keçirilir və simvolik xarakter daşıyırdısa, vahid mərkəzin yaradılması ilə Türkdilli dövlətlərdəki məlum qurumların daha intensiv rabitəsi qurulacaq və əlaqələr inkişaf etdiriləcək. Beləcə, hər il görüntü xətrinə toplanan milli təhlükəsizlik qurumlarımız bundan sonra hər gün bir-biriylə əlaqə saxlaya biləcək və məlumat alış-verişində bulunacaqlar. Bu isə ortaya konkret işin qoyulması, kəmiyyətdən keyfiyyətə keçilməsi deməkdir.

Nəzərə alsaq ki türkdilli dövlətlərin ortaq maraqları və oxşar təhdid alqıları var, bu cür mərkəzi qərargahın yaradılmasına, məlumat mübadiləsinin intensivləşdirilməsinə ciddi ehtiyac duyulurdu. Zənnimizcə, budəfəki konfransa suyu üfləyə-üfləyə içən bəzi Orta Asiya dövlətlərinin qatılmaması da məhz bundan qaynaqlanırartıq konkret addımların atılması zərurəti ortaya çıxıb, yeniliklərdən çəkinən Türkmənistan və Özbəkistan kimi dövlətlər isə daha ləng hərəkət etməyə üstünlük verirlər. Fəqət gələcəkdə Ümumtürk Milli Təhlükəsizlik Mərkəzi çərçivəsində əldə olunan müsbət nəticələr bu gün kənarda durmağı daha uyğun görən ölkələrin də bu quruma meylini gücləndirəcək və hədəflənən nəticəyə varılacaq. Necə ki, II Dünya müharibəsindən sonra Avropa Birliyi ideyasını yalnız iki dövlət – Almaniya və Fransa, həm də Kömür və Polad Cəmiyyəti şəklində ortaya atmışdı, daha sonra isə bu ideya böyüyərək bütün Qərb dünyası tərəfindən dəstəkləndi; mümkündür ki, Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının XXII Konfransında irəli sürülən bu ideya da qısa müddətdən sonra bütün türkdillilərin ortaq məfkurəsinə çevrilsin.

Əldə etdiyimiz məlumata görə, budəfəki uğurun əldə olunmasında ev sahibi Azərbaycanın xüsusi rolu olmuşdur. Konfransdan qabaq DTX sədrinin Türkiyəyə səfərinin də əsas məqsədi bu barədə danışıqlar aparmaq və yekun qərarın hazırlanmasında tərəfləri razı salmaqdı. Görünür, prezident İlham Əliyevin son kadr islahatlarında Əli Nağıyevi DTX-ya sədr vəzifəsinə gətirməsi də təsadüfi deyildi. Sabiq milli təhlükəsizlik yetkililərinin etiraf etdiyi kimi, öz işinin peşəkarı olan Əli Nağıyevin uzaqgörənliyi sayəsində Azərbaycanın təhlükəsizliyi təkcə bizim məsələmiz olmaqdan çıxaraq, həm də Türkiyənin, Qazaxıstanın, Qırqızıstanın, ümumiyyətlə bütün Türk dünyasının başlıca strategiyasına çevrilmişdir. Digər türk dövlətlərinin təhlükəsizliyi də bizim və hamımızın məsələsi olduğu kimi.(ovqat)

ADAM


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam