Redaktor seçimi
Sumqayıt bulvarında yarım hektar ərazi kimə satılıb?-
“Azərenerji”-nin prezidenti ilə bağlı daha bir ilginc olay:
“Sipark İnşaat” ATV-yə 14 min
Göygölün icra başçısı Arif Seyidovun oğlunun dəbdəbəli həyatı-
Avtomobil yollarına sərf edilən milyardlar:
Abid Şərifovun Avropadaki biznesi –
Zakir Fərəcovun müavini Teymur Səmədova ŞOK ittihamlar-
Deputat Əsabil Qasımov Rusiyada daha bir sanatoriya alıb –
Günün xəbəri

Ziya Məmmədovun - daha bir obyekti əlindən alındı

Sabiq nazir bir yandan siyasi qürub çağını yaşayır, digər yandan isə...

Yenixeber.org:   Paytaxtın Rəşid Behbudov küçəsində keçmiş nəqliyyat naziri Ziya Məmmədova aid olduğu bildirilən çoxmərtəbəli ofis sürətlə sökülür. Bildirilir ki, 1 saylı İqtisad Məhkəməsi və Nəsimi Rayon Prokurorluğunun yaxınlığında, Bakıxanov küçəsi-42 ilə paralel yerləşən, müasir tələblərə cavab verən binanın söküntü işlərinə üç gündür start verilib.

Söküntü işi üçnövbəli iş qrafiki ilə aparılır. Söküntüsü aparılan bina özəlliyi ilə fərqlənirdi. Binanın damında eyni anda iki helikopterin enə biləcəyi meydança vardı. Elə söküntüyə də helikopter meydançasının səbəb olduğunu iddia edənlər var.

Saytın yazdığına görə, 2010-cu ildə istifadəyə verilən binada Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi “ZQAN” holdinqin əsas ofisi və holdinqə aid olan törəmə şirkətlər, eləcə də ayrı-ayrı icarədar holdinq və şirkətlərin də ofisləri yerləşib. Söküntüyə rəhbərlik edən növbəli briqadaların birinin iş icraçısı binanın təcili və sürətlə sökülməsi tapşırığını aldığını deyib.

Ziya Məmmədov hazırda faktiki olaraq heç bir vəzifə daşımır. O, “Yeni Müsavat”a müsahibəsində ibadətlə məşğul olduğunu söyləmişdi. Mətbuatdan məlumdur ki, sabiq nəqliyyat naziri vəzifədə olarkən oliqarxa çevrilmişdi. O, sərbəst şəkildə heç ayda 5000 manat pul qazana bilməyəcək oğlu Anar Məmmədovu iş adamı elan edib, dövlətdən oğurladığı pulları onun sərəncamına verib dövr etdirirdi. Məmmədovlar xeyli sayda şirkətlər yaratmışdılar, bank sahibi olmuşdular (“Bank of Azerbaijan”). Üstəlik, ölkə boyunca min hektarlarla torpaq sahələrini yağmalamışdılar. Hətta Bakı Beynəlxalq Avtovağzalını da özəl obyektləri kimi rəsmiləşdirməyə nail olmuşdular...

Məmmədov vəzifədən azad edildikdən sonra onun mülkləri də əlindən alınmağa başladı. 2017-ci ildə Ziya Məmmədovun regionlarda ələ keçirmiş olduğu böyük mülklərin ondan geri alınması prosesinin sürətlənməsi ilə bağlı xəbərlərə rast gəlirik. Belə ki, o, nazir işlədiyi vaxtlarda Göyçayın Potu və Hüngütlü kəndləri arasında yerləşən 20 hektardan artıq səfalı yeri zəbt eləmişdi.

Məlumatlara görə, həmin ərəfədə Ziya Məmmədovun Ucardakı müəssisələri, obyektləri, Göyçay, Goranboy və Tərtər ərazisindəki daş-çınqıl karxanaları əlindən alınıb. Hətta bu ilin mart ayında Musavat.com-a məlumat daxil oldu ki, Ziya Məmmədov uzun illərdir ziyarət etmədiyi villasına 310 min manat qiymət qoyaraq, satışa çıxarıb. İki böyük giriş qapısı olan bu mülk 2 hektara yaxın torpaq sahəsində yerləşir. Bir zamanlar sabiq nazirin və ailə üzvlərinin tez-tez baş çəkdiyi həmin bağ evinin həyətində meydança, ayrı tikilidə idman və əyləncə zalı da var.

Aynar mÉmmÉdov ile ilgili görsel sonucu

Lakin özü siyasi qürub çağını yaşasa da, eks-nazirin yaxın ətrafına yenidən etimad edilib, vəzifələr verilib. Belə ki, Ziya Məmmədovun qardaşı Elton Məmmədov bu ilin may ayında təhsil nazirinin əmri ilə Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib. O, bundan öncə 3 çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Həmçinin bu ilin iyun ayında Elton Məmmədovun oğlu Aynar Məmmədovun da vəzifəsi yüksəldilib. Belə ki, iyun ayında Azərbaycan Respublikası Milli Məclisi Aparatında və İşlər İdarəsində inzibati vəzifə tutan bir qrup dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında sərəncam imzalanıb. Sərəncamda Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşı Aynar Elton oğlu Məmmədovun da adı qeyd olunur. Sərəncamın elan olunduğu gündən Aynar Məmmədov sözügedən şöbənin baş müşaviri vəzifəsində çalışır.

Məsələ ilə bağlı Elton Məmmədov həmin zaman mətbuata açıqlamasında bildirib ki, Aynar Məmmədov uzun illərdir Milli Məclisdə çalışır: “Əvvəl kiçik məsələhətçi, sonra kiçik müşavir, bu gündən isə baş müşavir vəzifəsində öz işini davam etdirəcək”.

Ekspertlər bildirirlər ki, Ziya Məmmədovun özünün bağışlanması mümkün görünmür. Onlar hesab edirlər ki,  Məmmədovun çoxsaylı qanunsuz əməlləri ilə yanaşı, yaratdığı “əsərlər” sırasında  bu gün də şəhərdə “gəzən hamam”ları xatırladan narahat avtobuslar, sökülüb yararsız vəziyyətə düşən Quba yolu var. Hansı ki, bütün bunlar hələ də insanlara əziyyət verir, dövlət büdcəsindən yenidən əlavə vəsaitlərin ayrılmasına səbəb olur... (Qaynarinfo)

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam


Sorğu

    
     

    Saytımızı bəyəndiniz?