Redaktor seçimi
Sumqayıt bulvarında yarım hektar ərazi kimə satılıb?-
“Azərenerji”-nin prezidenti ilə bağlı daha bir ilginc olay:
“Sipark İnşaat” ATV-yə 14 min
Göygölün icra başçısı Arif Seyidovun oğlunun dəbdəbəli həyatı-
Avtomobil yollarına sərf edilən milyardlar:
Abid Şərifovun Avropadaki biznesi –
Zakir Fərəcovun müavini Teymur Səmədova ŞOK ittihamlar-
Deputat Əsabil Qasımov Rusiyada daha bir sanatoriya alıb –
Günün xəbəri

Tender qalmaqalı: ekspertlər komitəni tənqid edir –milyonluq vergi borcu

 

Azərbaycanda qanunsuz olaraq yüz minlərlə dolları çıxaran şirkətə dövlət vəsaitləri etibar olunub

Yenixeber.org: Belə ki, bir neçə gün öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tədbirlərin təşkilinə dair dövlət satınalmalarının qaliblərinin adlarını açıqlayıb.

“Turan”ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, qaliblər arasında ölkədən qanunsuz olaraq 630 min dollar çıxaran şirkət də var.

Dövlət Satınalmaları Reyestrinin məlumatına əsasən, sentyabrın 2-də AQUPDK dörd şirkətlə ümumilikdə 833,6 min manatlıq (490 min dollar) on müqavilə bağlayıb.

Bu müqavilələrdən dördü açıq tenderin nəticələrinə görə “MADERIN-AA” MMC-ə (VÖEN: 7100345951) verilib.

Bu müqavilələrin ümumi dəyəri 322,2 min manatdır ($189,5 min).

Bu ilin mart ayında Sumqayıt Apelyasiya Məhkəməsi bank əməliyyatları vasitəsilə ölkədən 629 697 dolların çıxarılması ilə bağlı inzibati xəta barədə protokolların tərtibatı faktına dair “MADERIN-AA” MMC-nin şikayətinin təmin edilməməsi ilə bağlı yekun qərar çıxarıb.

Bu faktlar üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası “MADERIN-AA” MMC-ə qarşı çıxarılan vəsaitlərin 20% qədərində inzibati cərimə tətbiq etmişdi.

“MADERIN-AA” şirkəti 2017-ci ilin noyabrın 20-də Siyazən şəhərində təsis edilib.

Şirkətin direktoru Zaur Nəsrəddin oğlu Əliyevdir,

O, həmin tarixdə təsis edilmiş daha dörd şirkətə (“Aypeks-TT” MMC, “Dalğa-LM” MMC, “Anako-Ltd” MMC, “ANTIK İNŞAAT” MMC) rəhbərlik edir.

“MADERIN-AA” MMC-nin tenderə buraxılması faktının özü belə qanunvericiliyə ziddir. Belə ki, bu şirkətin dövlət büdcəsinə ödənilməmiş borcunun məbləği 127613 manat 60 qəpikdir.

Turan İA-nin araşdırmasına əsasən, AQUPDK üçün tədbirlərin təşkilinə dair tenderlərin digər qalibləri də (“Neptun TT” MMC, “Uğur Servis-H” MMC və “Rubicon Dizayn” MMC) şübhəli mənşəlidir.

Digər “qalib” – “Uğur Servis-H” MMC-nin də 212 591 manat vergi borcu var.

“Rubicon-Dizayn” MMC-nin vergi borcu isə ağlasığmaz qədər böyükdür – 920 781 manat!

Ümumilikdə isə hər üç şirkətin vergi burcu üst-üstə 1260989 manatdır.

“Turan”ın dərc etdiyi məqalə ictimai müzakirələrə səbəb olub. Hətta dövlət komitəsi açıqlama yayaraq, bu məlumatları təkzib edib.

Satınalma sahəsində ixtisaslaşmış ekspertlərin sosial mediadakı qrupu məsələ haqda öz fikirlərini ictimailəşiblər.

Onlar Komitənin satınalma siyasətinin doğru olmadığını bildiriblər.

Ekspertlər qrupunun “Anormal satınalma predimetləri” adlı rəyində qeyd olunur:

“Rəqabətcil satınalmanın aparılmasının təməl prinsiplərinin lazımi keyfiyyətdə məhsulu, düzgün təchizatçıdan, məqbul qiymətə, münasib vaxtda, tələb olunan miqdarda alaraq istənilən yerə çatdırmaq (#5rights) olduğunu deyəsən bir çox müəssisə (xüsusilə də dövlət müəssisələri) hələ də başa düşə bilməyib.

Karikaturada təsvir edildiyi kimi toyuq özü istehsal etməli olduğu yumurtanı vasitəçi olan dovşandan alması kimi satınalmalar həyata keçirilməməlidir. Oxşar tip satınalma ilə bu yaxınlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı tenderdə qarşılaşdıq.

Komitənin öz əsasnaməsində (http://www.scfwca.gov.az/page/komitenin-esasnamesi) onun əsas vəzifələri (8.1. öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;) kimi göstərilmiş işlərin (məs. Lot 7: Uşaqların cəmiyyətə inteqrasiya olunması, qadınların nigah hüququ mövzusunda tədbir, uşaq hüquqlarının təbliği, məlumat bankının saxlanması, sağlam həyat tərzinin təbliği, milli mənəvi dəyərlərin təbliği, erkən nigahlara qarşı marifləndirmə işləri) tender keçirilərək alınması heç bir məntiqə sığmır. Əgər dövlətin hər hansı bir müəssisəsi bu tip işləri elə tender ilə ala bilərdisə onda bu komitəyə nə ehtiyac vardı ki?!

Komitə elə qurularkən bu kimi fəaliyyətləri özü keçirə bilmək üçün həm işçi heyət həm də müvafiq avadanlıqlar ilə təchiz edilməli idi. Komitə uzaqbaşı bu tədbirlər zamanı istifadə olunacaq məs. nəşriyyat işlərini, reklam xidmətlərini və s. satın ala bilərdilər, lakin çox böyük ehtimal, onlar rahatlıq olsun deyə işi ümumiləşdirib hazır bir təşkilata (???) “veriblər” ki, onlardan nağdlaşdırıb xərcləsinlər lazımi (və lazımsız) yerə. Belə təyinatlı satınalmanın özü yanlışdır birmənalı olaraq. Qanunu düzgün analiz edə bilən satınalmaçı belə satınalma heç vaxt keçirməz.

Bu tip hər işi sərfəli qiyməltərlə birbaşa “görə bilən” hərtərəfli-hərşeyşünas müəssisələrin mövcud olması demək olar mümkünsüzdür. Böyük şirkətlərin əsas fəaliyyət sahəsi olmadıqları xırda işləri bu sahədə ixtisaslaşmış 3-cü şirkətlərə verərək (outsource) qənaət etməyə çalışması bunun ən bariz nümunəsidir.

Bu baxımdan satınalma predmeti elə təyin olunmalıdır ki, hər bir kateroqoriya üzrə işlər yalnız və yalnız bu sahədə ixtisaslaşmış bir neçə REAL şirkət arasında müsabiqə yolu ilə seçilə bilinsin. Məsələn həm təmizlik xidmətləri, həm məişət avadanlıqlarının alışı, həm də tikinti işlərini bir lotda tenderə çıxarmaq əsla sərfəli deyil. Bu tip işlərin hamısını elədiyini iddia edən şirkətlər də bu işlər üzrə ixtisaslaşmış ayrı-ayrı şirkətləri cəlb edərək onların təkliflərinə əlavə öz marjalarını qoyaraq qiymət təklifi verirlər bu da son nəticədə qiymətləri kəskin şişirdir.

Ümumiyyətlə, dövlət büdcəsindən və ya dövlətin payı 30%-dən çox olan təşkilatın 5000 manatdan çox olan (bu məbləği keçməmək üçün oxşar işlərin bölünməsinə yol verilmir) bütün satınalmaları/xərcləmələri cari Qanun ilə tənzimlənir. Lakin təbiidir ki, hər bir alışı mütləq rəqabətcil satınalma ilə keçirilməsi hər zaman mümkün olmur. Bu kimi hallarda bir mənbədən alış üçün müvafiq quruma müraciət edilərək əsaslandırmaq şərti ilə istisna edilməlidir nəyinki formal olaraq satınalma keçirmək. Belə istisnalar zamanı da sui-istifadə halları ehtimalı artdığı üçün həm buna icazə verən qurum diqqətli və məsuliyyətli yanaşmalı, həm də hesablama palatası yoxlamalar zamanı bu kimi vəziyyətləri ciddi yoxlamalıdır.

Satınalan qurumlar isə bu kimi halları bəhanə edib əsaslı səbəbləri də əsassıza qatıb yeri gəldi gəlmədi hər iş üçün bir mənbədən alış üçün müraciət etməməlidir. Hər alış üçün satınalma qanununu tətbiq etmək məcburiyyətində qalmamaq üçün yaxşı olar ki, ən çox vəsait sərf edilən təbii dövlət monopoliyasında olan işlər üçün real bazar araşıdrması apararaq tariflər və limitlər təyin edilsin (və mütəmadi yenilənsin). Və ya əgər dövlət müəssisəsi onun səlahiyyətində olan işləri birbaşa özü icra etmək imkanları olmadığı zaman bu səlahiyyət/öhdəlik onlardan alınıb müsabiqə yolu ilə qeyri-hökumət təşkilatlarına və ya özəl müəssisələr verilsin ki, həm vasitəçilər və bürokratiya azalsın həm də dövlət vəsaitinə qənaət edilsin (bu kimi müəssisələrin ştatdakı işçilərinin və onların inzibati xərclərini azaldaraq)”.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam


Sorğu

    
     

    Saytımızı bəyəndiniz?