Redaktor seçimi
“Sipark İnşaat” ATV-yə 14 min
Göygölün icra başçısı Arif Seyidovun oğlunun dəbdəbəli həyatı-
Avtomobil yollarına sərf edilən milyardlar:
Abid Şərifovun Avropadaki biznesi –
Zakir Fərəcovun müavini Teymur Səmədova ŞOK ittihamlar-
Deputat Əsabil Qasımov Rusiyada daha bir sanatoriya alıb –
Türkəçarə ilə müalicə, yoxsa travmadan travmaya-
Pediatr icra başçısı, MTN məhbusu olan müavin: İradə – Fuad cütlüyünün Abşeron əməlləri-
Günün xəbəri

İRAQ SƏMASINDA “AZƏRBAYCAN DRONLARI”: silah anbarlarındakı partlayışların arxasında kim durur?

Əli Məmuri

“Əl-Monitor”, 23.08.2019

 

Yenixeber.org:   İraq hakimiyyəti son bir ayda Xalq Səfərbərlik Birlikləri (XSB –“Haşdi-Şəabi”) milisinə aid olan 4 silah anbarına hücumun mənbəyini araşdırır. Avqustun 20-də baş verən son partlayış bir daha hadisədə ABŞ və İsrailin iştirakına dair ittihamlar doğurub.

Son hücum, avqustun 15-də baş nazir Adil Əbdülmehdinin İraq hava məkanını bütün icazəsiz uçuşlara bağlamasına baxmayaraq, baş verib. Qadağa ABŞ-ın rəhbərlik etdiyi koalisiyayanın dronları, casus təyyarələri və helikopterləri də əhatə edib.

ABŞ hücumlarda iştirakını rədd edib. “New York Times” avqustun 22-də adını açıqlamayan iki ABŞ rəsmisinə istinadla İsrailin “İraqdakı İran dəstəkli qrupların silah anbarlarına son günlər bir neçə zərbə vurduğuna görə cavabdeh olduğu”nu yazıb.

Avqustun 20-də XSB-nun “Kətaib əl-İmam Əli” bölməsinin Bağdaddan 80 kilometr şimalda yerləşən Bələd aviabazasında partlayış baş verib. Bu fraksiya İraq İslam Hərəkatının (“Hərəkat əl-İraq əl-İslamiyyə”) silahlı qanadıdır.

Hücumdan sonra bəzi ABŞ hərbi təlimçilərinin də olduğu Bələddə təhlükəsizlik gücləndirilib.

Son hücumdan sonra XSB rəhbərinin müavini Camal Cəfər İbrahimi (Əbu Mehdi əl-Mühəndis kimi də tanınır) ABŞ-ı günahlandıraraq İsrailin onun adından hərəkət etdiyini söyləyib və XSB bazaları üzərindən uçan istənilən təyyarəni hədəf alacağı ilə hədələyib.

Avqustun 22-də XSB-nin 12-ci Briqadası həmin gün Bağdadın kənarında uçan pilotsuz kəşfiyyat təyyarəsini vurduğunu elan edib. Dronun kimə məxsus olması barədə heç bir məlumat verilməyib. Lakin Mühəndis bildirib ki, XSB-də ABŞ-ın bu il dörd İsrail dronunu PMU bazaları və liderlərini hədəf almaq üçün Azərbaycandan İraqa gətirdiyi barədə “dəqiq və təsdiqlənmiş məlumata sahibdir”.

XSB rəhbəri Falih əl-Fəyyaz Mühəndisin “ABŞ-ın barmağı” ittihamlarını təsdiqləməyib. Partlayışlarla bağlı bir-birinə zidd xəbərləri nəzərə alan Fəyyaz “xarici oyunçular”ın iştirakının araşdırılmasının lazım olduğunu söyləyib.

Bələddən olan millət vəkili və XSB-nin “Fəth” blokunun üzvü Məhəmməd Kərim əl-Bəldavi “hadisə baş verən zaman bölgə sakinləri tərəfindən görünən” dronun varlığını təsdiqləyib.

Digər partlayış avqustun 12-də Bağdadın cənubundakı Səqradakı hərbi bazada, silah və sursat anbarında baş verib. İranın dəstəklədiyi bəzi XSB fraksiyaları, o cümlədən “Bədr“, “Cund əl-İmam” və “Seyyidüş-Şühəda” da orada yerləşir. Hücum zamanı qısamənzilli və “Katyuşa” raketləri məhv edilib.

Son bir ay ərzində 2 XSB fraksiyasının silah anbarlarında – Diyala əyalətinin Əşrəf düşərgəsində və Səlahuddin əyalətinin Amerli bazasında partlayışlar olduğu bildirilib.

Bu yaxınlarda bir neçə İsrail KİV-i İsrailin hücumlarda əli olduğunu yazıb. Londonda yerləşən “Əş-Şərq əl-Əvsət” qəzeti adı açıqlanmayan Qərb diplomatik mənbələrinə istinadən ABŞ və Rusiyanın “İsrailin İraqdakı İran raket ehtiyatlarına hücum etməsinə icazə verdiyi” barədə məlumat yayıb.

İsrailin rusdilli “9-cu kanal”ına verdiyi müsahibədə baş nazir Benyamin Netanyahu İraqda İranın dəstəklədiyi şiə milislərinə qarşı hücumlarda “İsrail barmağı”nın ola biləcəyi ehtimalına eyham vurub.

İraq prezidenti Bərham Salih bildirib ki, İraq digər ölkələr üçün döyüş bölgəsi olmaq istəmir. Lakin indiyə qədər baş nazir Əbdülmehdi, Müdafiə Nazirliyi və əksər XSB fraksiyaları onları kimin hədəfə ala biləcəyi ilə bağlı heç bir rəsmi mövqe açıqlamayıblar.

Beləliklə, XSB-nin bu mövzu ilə fikir ayrılığı aydın olub.

Tərcümə: Strateq.az

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam


Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?