Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Bu açıqlamadan sonra - Səfər Mehdiyev istefaya göndəriliməli idi”

 
“Dövlət Gömrük Komitəsinin ləğv edilərək Vergilər Nazirliyinə birləşdirilməsi çox aktual məsələdir”. 
Yenixeber.org:  Bu sözləri müsahibəsində iqtisadçı alim Nazim Bəydəmirli son vaxtlar Dövlət Gömrük Komitəsinin (DGK) Vergilər Nazirliyinə birləşdirilməsi barədə gedən müzakirələrə münasibət bildirərkən deyib.

Ekspertlər hesab edir ki, bu addım gömrükdəki neqativ halların azalmasına səbəb ola bilər. Nazim Bəydəmirli də bu mövqeni bölüşənlər sırasındadır. Onun sözlərinə görə, DGK qarşısına qoyulan vəzifəni yerinə yetirə bilmir. 

“Dünya təcrübəsində gömrük xidmətinin mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərmir. Ən azı bu xidmət, prosedur orqanıdır. Hesab edirəm ki, Azərbaycanda da belə olmalıdır. 

Bəzən gömrük komitəsinin ləğvi yanlış anlaşılır. Əslində, isə burada söhbət gömrük orqanının səlahiyyətlərinin dəqiqləşdirilməsindən gedir. 

Gömrük orqanının vəzifəsi iqtisadiyyatı stimullaşdırmaq, iqtisadi təhlükəsizliyi qorumaqdır. Təəssüf ki, Dövlət Gömrük Komitəsi bu funksiyanı yerinə yetirə bilmir. Uzun illərdir ki, ictimaiyyətdə gömrük komitəsində tayfbazlığın, regionçuluğun hökm sürdüyü barədə rəy var. Bu da əsassız deyil. Hətta xarici ölkə vətəndaşları belə orada neqativ hallarla üzləşdiklərini gizlətmirlər”, - deyə iqtisadçı alim əlavə edib.

Nazim Bəydəmirli bildirib ki, bu gün DGK həm də inhisarçılığı qorumaqla məşğuldur: “Bu daxili istehsalı qorumaq adı altında edilir. Müxtəlif üsullarla sahibkarlar sıxışdırılır. Məsələn, bir müddət əvvəl komitənin sədri demişdi ki, İrandan gətirilən armatura rüsum tətbiq edərkən “Baku Steel Company” ilə məsləhətləşib. Onlara deyib ki, sizə hansı qiymət sərf edirsə həmin məbləği tətbiq edək. 

Bu açıqlamadan sonra komitənin rəhbəri istefaya göndəriliməli idi. Çünki o dövlət məmuru kimi antiinhisar qanunverucliyinə zidd olaraq monopoliyaya dəstək verir”.

DGK-nin Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərməsinin nə dərəcədə doğru olmasına gəlincə, iqtisadçi alim deyib: “Gömrük orqanlarının topladığı vəsaitin strukturuna diqqət edəndə aydın olur ki, bu vəsaitlərin 65-70 fazini əlavə dəyər vergisi təşkil edir. Yəni bir növ vergi orqanının funksiyasını yerinə yetirir. Ona görə də hesab edirəm ki, bu qurum Vergilər Nazirliyinin tərkibində xidmət kimi fəaliyyət göstərməsi mümkündür. 

Dünya ölkələrinin əksəriyyətində belədir. Hesab edirəm ki, bu ən böyük islahat olardı”. (Yeni Sabah)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam