Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Aydəm İsmayılova ikinci dəfə istefa ərizəsi yazdırılıb? - KTN susur, direktor isə “Xəstəyəm“ deyir

bitmap-img6

Kənd Təsəürrüfatı Nazirliyinin tabeliyində olan "Green Park Azərbaycan” MMC-nin direktoru  Aydəm İsmayılov işdən uzaqlaşdırılıb. Daha dəqiqi, onun işdən azad olunması ilə bağlı ərizəsi ikinci dəfə alınıb.
Yenixeber.org:  Bundan əvvəl də həmin şəxsin işdən uzaqlaşdırılması barədə mətbuatda xəbər getsə də, həmin vaxtı nazirlik bu məlumatı təkzib etmişdi. 
Qeyd edək ki, o vaxt Ovqat.com-un baş redaktoru Heydər Oğuzun qələmə aldığı  xəbərdə ad çəkmədən "Nazir öz yaxın dostunu mənimlə bir neçə dəfə çay içdiyi üçün işdən çıxardır. Bununla da kifayətlənməyib, onun cəmi bir neçə aylıq fəaliyyətini yoxlatmaq üçün komissiya təşkil etdirir. Halbuki, həmin şəxs məni onun barəsində tənqidi yazı yazmaqdan ən azı 3 ay ləngitmişdi...", - yazdığı ifadədə söhbətin Aydəm İsmayılovdan getdiyinə şübhə olmasa da, nazirlik qətiyyətlə belə bir halın olmadığını Mia.az-a bildirmişdi: "Aydəm İsmayılov yerindədir, o, işdən çıxarılmayıb".
Bundan sonra redaksiyamız öz kanalları vasitəsi ilə o zaman xəbəri dəqiqləşdirməyə çalışıb. Bizə verilən məlumata görə, həmin vaxtı həqiqətən Aydəm İsmayılovun ərizəsi alınıb. Lakin nazir onun ərizəsini təsdiq etməyib. 
Məlumata görə, Aydəm İsmayılovdan könüllü vəzifədən  getməsi ilə bağlı bu günlərdə yenidən - ikinci dəfə ərizə alınıb...
Məsələ ilə bağlı KTN-ə sorğu versək də, cavab ala bilmədik.
Aydəm İsmayılov isə Mia.az-ın əməkdaşının sualını dinləmədən belə cavab verərək, telefonu qapadıb: "Mən başqa yerdəyəm, xəstəyəm, sonra danışarıq". (Mia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam