Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

'Körpü-Bina Tikinti"nin sahibi Xəlil Göyüşovun Almaniyadakı biznesi-40 milyon avrodan artıq vəsaiti ölkədən çıxarıb

 

Yenixeber.org: Araşdırmaçı jurnalist Cavanşir Həsənli bu dəfə iş adamı-'Körpü-Bina Tikinti" MMC-nin sahibi-Xəlil Göyüşovun Almaniyadakı biznesindən yazıb:

"Sizə iki oteli tanıtmaq istəyirəm. Almaniyada Hamburqun mərkəzində, Borgfelder küçəsi 1-9 ünvanındakı dördulduzlu möhtəşəm PARK HOTEL BERLİNER TOR və Hamburqun KIELER STR. 333 ünvanındakı üçulduzlu PARK HOTEL ARENA-nı.
Hər iki otel Xəlil Göyüşov adlı iş adamına məxsusdur. O, Azərbaycanda uzun illərdən bəri iri tenderlərdə qalib elan olunan, dövlət sifarişlərini həyata keçirən 'Körpü-Bina Tikinti" MMC-yə rəhbərlik edir. Adı MTN işi ilə bağlı səs-küylü məhkəmədə Eldar Mahmudovun adamı kimi çəkilib. 
2015-ci il devalivasiya ərəfəsində ölkədən azı 40 milyon avrodan artıq vəsait çıxarıb və 2014-cü ildə Hamburq ədliyyəsində qeydiyyatdan keçirdiyi AGO GMBH vasitəsilə bu otellərə yatırıb. Sənədlərdə də qeyd olunur ki, otel və səyahət xidmətlərini həyata keçirən AGO GMBH-nin 2015-ci ildə yarandığı bir il müddətində aktivləri 36.8 milyon avro təşkil edib. Otellərin idarəçiliyini AGO PARK HOTEL BETRIEBS GMBH (aktivləri 420 min avro), AGO MANAGEMENT GMBH (157 min avro), AGO BETREIBERGESELLSCHAFT GMBH 826 min avro) üzərindən Xəlil Göyüşovun oğlu Ramiz Göyüşov idarə edir. 
Deyə bilərsiniz ki, iş adamıdır, istəsə Almaniyada, hətta Amerikada da biznes qura bilər. Təbii, amma məsələ bu qədər vəsaitin bəyannaməsiz, qeydiyyatsız-filansız ölkədən necə çıxarılmasıdır. Hər halda ağıla gələn variant keçmiş MTN rəhbərliyinin rolu ilə bağlıdır".

Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam