Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Gömrükdə MÜƏMMALI TENDER... -FAKT

 
Bakı Şəhər Baş Gömrük İdarəsinin 2019-cu ilin iyun ayının 3-də sifarişçisi olduğu 3 (üç) lot üzrə keçirilən tenderlərdə bir sıra şübhəli məqamlar ortaya çıxıb. 

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, Bakı Şəhər Baş Gömrük İdarəsinin 2019-cu ilin iyun ayının 3-də sifarişçisi olduğu 3 (üç) lot üzrə tenderin ümumi məbləği 68959 (altmış səkkiz min doqquz yüz altmış doqquz) manat olub. 

İdarənin "dəftərxana malları" lotu (35973 manat) üzrə sifarişçisi olduğu tenderin qalibi "Sapfira Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC), "İdarənin xərcləri" lotu üzrə keçirdiyi tenderin qalibi (24976 manat) "Kommunikasiya" MMC və "Digər kommunal xidmət haqqı" lotu üzrə tenderin (8010 manat) qalibi isə "Təmir-Servis" MMC olub. 

Bakı Şəhər Baş Gömrük İdarəsinin 35973 manatlıq tenderinin qalibi olan "Sapfira Təchizat" MMC 2017-ci ilin aprel ayında təsis edilib. 

Nizamnamə kapitalı 5 (beş) manat olan şirkətin hüquqi ünvanı Biləsuvar rayonunda Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 9 saylı qəsəbədə yerləşir.

Şirkətin qanuni təmsilçisi isə 1996-cı il təvəllüdlü Hümbətalıyev İlkin Bayram oğludur. 

"Sapfira Təchizat" MMC-nin indiyədək hansı fəaliyyətlə məşğul olması, eləcə də maddi-texniki bazası, materialların alınması üçün hansı profil sertifikatının olması barədə heç bir məlumat verilmir. Həmçinin "Sapfira Təchizat" MMC-nin əlaqə telefonu, veb ünvanı da yoxdur. 

Bakı Şəhər Baş Gömrük İdarəsinin "idarənin xərcləri" üzrə sifarişçisi olduğu 24976 manatlıq digər tenderinin qalibi isə "Kommunikasiya" MMC 2019-cu ilin yanvar ayının 18-də təsis edilib. 

Nizamnamə kapitalı 5 (beş) manat olan şirkətin hüquqi ünvanı Biləsuvar rayonunda Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 10 saylı qəsəbədə yerləşir. 

Şirkətin qanuni təmsilçisi 1990-cı il təvəllüdlü Quliyev Zaur Behbud oğludur. 

"Kommunikasiya" MMC-nin də indiyədək hansı fəaliyyətlə məşğul olması, eləcə də maddi-texniki bazası, mal-materialların alınması üçün hansı profil sertifikatının olması barədə heç bir məlumat verilmir. Həmçinin "Sapfira Təchizat" MMC-nin əlaqə telefonu, veb ünvanı da yoxdur. 

Gömrükdə MÜƏMMALI TENDER...

Bakı Şəhər Baş Gömrük İdarəsinin 3-cü lotu - "digər kommunal xidmət haqqı" üzrə sifarişçi oldu tenderin qalibi "Təmir-Servis" MMC "Kommunikasıya" MMC ilə bir gündə - 2019-cu ilin yanvar ayının 18-də təsis edilib. 

Məlumata görə, bu şirkətin də nizamnamə kapitalı 5 (beş) manat, hüquqi ünvanı Biləsuvar rayonunda Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 10 saylı qəsəbə, qanuni təmsilçisi isə 1990-cı il təvəllüdlü Quliyev Zaur Behbud oğludur. 

"Təmir-Servis" MMC-nin də digər şirkətlər kimi indiyədək hansı fəaliyyətlə məşğul olması, eləcə də maddi-texniki bazası, mal-materialların alınması üçün hansı profil sertifikatının olması barədə heç bir məlumat verilmir.

Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsinə rəsmi sorğu göndərsək də, Arqument.az-ın sorğusuna cavab verilmədi.(arqument.az) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam