Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

PAŞİNYANIN REYTİNQİ AŞAĞI DÜŞÜR –İdarəedici komandasının yoxluğu erməni baş nazirə inamı azaldıb -TƏHLİL

 

Sarqis Artsurini

“1in.am”, Ermənistan

 

Yenixeber.org: Sinqapurun idarəçilik fəlsəfəsinin sütunları olan meritokratiya (latınca, “layiq olanların hakimiyyəti”) – praqmatizm və dürüstlük bu gün yeni Ermənistan rəhbərliyinin də idarəçilk prinsipləri olub.

Nikol Paşinyan belə bir ambisiyalı bəyanatı Sinqapurun Prezidenti Həlimə Yakobla görüş zamanı verib.

Paşinyan hökumətinin dürüstlüyü ilə bağlı şübhə etməyə hələlik əsas yoxdur. İstənilən halda, hətta radikal müxalifətin təmsilçiləri belə, biabırçı korrupsiya faktlarına işarə etmirlər. Lakin bu, bizim effektiv idarəçilikdən danışmağımız üçün yetərsiz olan şəraitdir. Hətta Nikol Paşinyanın 72%-lik yüksək reytinqinin olduğunu göstərən müsbət sosioloji rəy sorğuları narahatlıq üçün bol material verir.

Beynəlxalq Respublika İnstitutu (BRİ) təsbit edir ki, bu optimizm əlamətlərinə baxmayaraq, bir sıra ictimai qayğılar da vardır. Hökumətin ən böyük uğursuzluqları ilə bağlı verilən suala cavab olaraq rəyi soruşulanlar ən çox pis idarəçiliyi göstəriblər (22%). Ölkədə qəbul edilən qərarlara təsir edə bildiklərinə inananların sayı altı ay ərzində72%-dən 53%-dək azalıb.

Xüsusilə son iki rəqəm heç də öz mənasına görə “layiq olanların hakimiyyəti” demək olan meritokratiyadan xəbər vermir. Hətta qəbul etsək ki, hakimiyyət buna bənzər keyfiyyətə malikdir, o halda, bu ancaq bir adama – inqilabı təkbaşına etdiyi kimi, idarəçiliyi də təkbaşına həyata keçirən Baş nazir Nikol Paşinyana aiddir.

Klassik mənada, Nikol Paşinyanın komandası yoxdur. Hökumət və parlament isə yalnız onun hakimiyyətini, super baş nazirlik sistemini gizlətəmk üçün istifadə edilən bir maskalamadır.

Şərti “inqilab komandası”nda çox sayda adam ortaya çıxdı. Onların yeganə layiqli keyfiyyəti odur ki, inqilab günlərində Paşinyanla birgə “addımlayıblar” və ya müxtəlif səbəblərə görə onun etibarını qazanıblar.

Meritokratiya ölkənin inkişafına ümumi baxışın, vahid dəyərlər sisteminin, bizim hakimiyyətdə olmayan “izmlər”i və ya ideologiyaları rəddetmə keyfiyyətinin olmasını nəzərdə tutur. Mövcud hakimiyyət təmsilçilərini gələcəyə baxış deyil, inqilab haqqında xatirələr birləşdirir. Bu da “layiq olanların hakimiyyəti”nin əlaməti deyildir.

İnqilabi hakimiyyətlər, bir qayda olaraq, praqmatik olmurlar. Ermənistanla bağlı isə, ümumiyyətlə, praqmatizm və ya romantizm haqqında danışmaq heç də eyni şey deyildir. İnqilabi romantizm çoxdan geridə qalıb. Bunun nəticəsində də hətta bizim cəmiyyətimizin nümayəndələri tədricən siyasətə, hökumətin qərarlarına təsir edə biləcəklərinə inamlarını itirirlər.

Digər tərəfdən, hökumət proqramında ölçülə bilən komponentlər yoxdur və onun praqmatik, romantik və ya “elə belə” olduğunu müəyyən etmək çətindir.

Praqmatizm konkret proqramın, gündəliyin, sistemli fəaliyyətin olmasını nəzərdə tutur. Ötən il ərzində biz Ermənistanda məqsədyönlü, konseptual siyasətin nəticələrini görmədik və bu halda, praqmatizmdən deyil, siyasi adekvatlığın itirilməsindən danışmaq yerində olardı. Biz onun əlamətləri ilə hər gün, yüksək çinli məmurlarımız mətbuata açıq müsahibələr verdikdə rastlaşırıq. Hər gün reallıqdan daha da uzaqlaşırlar.

Nikol Paşinyana isə cəmiyyət hələ ki, inanır, lakin onun yüksək reytinqinin strukturunun əsasında institusional komponentdən çox, ətalət dayanır.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam