Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Amerika xüsusi təyinatlıları Rusiya ilə gizli müharibəyə hazırlaşır -BUDAPEŞT YAXINLIĞINDA MƏŞQLƏR...

 

Amerika xüsusi təyinatlıları Rusiya ilə gizli müharibəyə hazırlaşır - BUDAPEŞT YAXINLIĞINDA MƏŞQLƏR...

Amerika ordusunun komandosları Rusiya ilə yeni gizli müharibəyə hazırlaşır.

Yenixeber.org: “The New York Times” qəzeti xəbər verir ki, məqsəd tanınma nişanı daşımayan Rusiya qüvvələrinin Şərqi Avropa ölkələrinə qarşı mümkün hərbi müdaxiləsinin qarşısının alınmasında yerli qüvvələrə dəstək verməkdir.

Bu təlimlər prezident Donald Trampın Yaponiyada G-20 sammiti zamanı Rusiya prezidenti Vladimir Putinlə Kremlin Azərbaycan seçkilərinə müdaxiləsi barədə zarafatlaşması ərəfəsində Macarıstanda keçirilib.

“Bu, gələcəyə qayıdışdır. Xüsusi təyinatlı qoşunlar Rusiya təcavüzünə qarşı ön cəbhədə işləməyə məcburdur”,-Pentaqonun xüsusi əməliyyatlar komandanlığının rəhbəri general Riçard Klark bildirib.

Təlimlərdə Rumıniya və Bolqarıstan hərbçiləri də iştirak edib. İki həftə davam edən təlimlər “boz zonada” məxfi əməliyyatların necə həyata keçirildiyini görməyə imkan verirdi. Bu hələ açıq münaqişə deyil, lakin hər iki tərəfin qaçmağa çalışdığı əsl müharibə həmişə baş verə bilər.

Təlimlərə rəhbərlik etmək üçün yaradılan qərargahda macar və amerikalı zabitlər bir-birləri ilə daxili siyasətdən danışmamağa çalışırlar, macar hərbi komandanlığının Moskva ilə sıx əlaqələri haqda suallardan qaçırlar.

Bu ilin mayında Tramp Ağ evdə Macarıstanın avtoritar baş naziri Viktor Orbanı-Avropanın ən aparıcı millətçilərindən birini və Moskvanın adamını isti qarşılayıb. Hərçənd Vaşinqtonda çoxları Macarıstan rəhbərliyinin Moskva ilə əlaqələri möhkəmləndirməyə yönəlmiş fəaliyyətindən, demokratik institutları bağlamasından ciddi narahatlıq keçirir. 30 əvvəl şərq bloku dağılanda Macarıstan NATO-nun sıralarına birinci daxil olanlardan idi. Lakin 2010-cu ildə Orbanın hakimiyyətə gəlişindən sonra Budapeştin kursu dəyişib.

Belə vəziyyətdə keçirilən təlimlər Rusiyanın Krımı ilhaq etməsindən bəri ABŞ-ın rəhbərliyi ilə Şərqi Avropada ən iri təlimlər idi. Bu təlimlərlə minlərlə amerikalı və avropalı hərbçi, o cümlədən Rusiya yaxınlığında, Baltik sahilində hücumu imitasiya edən 50-yə yaxın hərbi gəmi cəlb edilib.

Təlimlərin ssenarisinə əsasən Rusiya gizli hərbi müdaxiləyə başlamazdan əvvəl kiberhücum həyata keçirərək kosmosdan idarə olunan müasir hərbi texnikanı və yüksək dəqiqlikli zərbələr endirməyə imkan verən vasitələri sıradan çıxarır.

“Biz kompasa və xəritəyə geri dönürük. Əlimizdə ancaq bu var, başqa heç nə. Köhnə məktəbdir. Biz yaxşıya ümid edirik, amma ən pis varianta hazırlaşırıq”,-macar ordusunun generalı Tamaş Şandor deyir.

Komandoslar kiçik dəstələrə bölünərək gizli kəşfiyyat, hədəfə xəlvəti yaxınlaşma və yerli qoşunlara informasiya ötürmə əməliyyatlarını məşq edirlər. Onlar habelə gecə saatlarında təmas xəttini keçib düşmən hərbçisini əsir götürməyi də öyrənirlər.

Təlimlərin epizodlarından birinə görə 20-yə yaxın macar xüsusi təyinatlısı rusiyameylli separatçılar tərəfindən tutulan və içərisində “çirkli bomba” hazırlanan binanı ələ keçirir. Binanın üstündə “Cougar” vertolyotu “asılır”, xüsusi təyinatlılar ikinci mərtəbəyə enib bomba hazırlanması üçün materialları götürürlər.../Virtualaz


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam