Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Trampdan Konqresin qadın üzvlərinə irqçi hücum: “Gəldiyiniz yerə qayıdın!”

ABŞ prezidenti Donald Tramp Konqresin qadın demokrat üzvlərini hədəf alan Twitter mesajında yazdığı ifadələrə görə irqçilik etməkdə ittiham olunub. 

Yenixeber.org: Tramp tvitində “hökumətləri tamamən fəlakət olan ölkələrdən ibarət qadın Konqres üzvləri” ifadəsindən istifadə edərək, onlara “ölkələrinə geri qayıtmalarının vacibliyini” bildirib. 
Bundan başqa, Tramp Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosinin də “bu Konqres üzvləri üçün pulsuz səyahət təşkil etməkdən məmnunluq keçirəcəyini” yazıb.

Tramp tənqid etdiyi konqres üzvlərinin adlarını çəkməyib. Amma Trampla tez-tez fikir ayrılığına girib, izlədiyi siyasətə qarşı çıxan, mübahisələrin mərkəzində dörd qadın Konqres üzvü var. Bu Konqres üzvlərindən Aleksandra Okasio-Kortez, Rəşidə Tleyb və Ayanna Presli ABŞ-da doğulub-böyüyüblər. Somalidə dünyaya gələn Konqres üzvü Ilhan Omar da uşaq yaşlarında Amerikaya köçüb.

Okasio-Kortez, Nyu-York şəhərinin Bronks səmtindən dünyaya gəlib. Trampın doğulduğu xəstəxanayla Bronksun arası təxminən 19 kilometrdir.

Tramp Konqres üzvlərini “Amerikanı və ABŞ prezidentini qəddarlıqla tənqid etməkdə” ittiham edib və bildirib ki, qadın deputatlar yer üzünün ən böyük və ən güclü milləti olan ABŞ xalqına dövlətin necə idarə edilməsi lazım olduğunu deyirlər. 
Tramp növbəti mesajlarında qeyd edib: “Onlar cinayətə bulaşmış, tamamən çökmüş yerlərinə geri qayıdıb, oraların düzəldilməsi üçün niyə yardımçı olmurlar? Sonra da qayıdıb bizə etdiklərini göstərmilər?”

Bu tənqidlərə reaksiya verən Nensi Pelosi Trampı “əcnəbi düşmənçiliyi etməkdə” ittiham edib. Konqres üzvü Tleyb Trampın “vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini” deyib.

Okasio-Kortez də Twitter mesajında aşağıdakıları yazıb: “Bizi seçən Amerikanı qəbul etməməklə yanaşı, bizim sizdən qorxmadığımızı da qəbul edə bilmirsiniz”.

Image result for donald tramp

Ilhan Omar Trampın “ağ milliyyətçiliyi qızışdırdığını” vurğulayaraq, ABŞ prezidenti haqqında "gördüyümüz ən pis, ən bacarıqsız prezident” ifadələrindən istifadə edib.

Presli Trampın tvitinin görüntüsünü paylaşaraq yazıb: “İrqçilik belə bir şeydir. Biz isə demokratık”.

Prezidentliyə namizədliyini irəli sürən demokrat senator Elizabet Uorren Trampın mesajları haqqında “irqçi və əcnəbi düşməninin hücumu” yazıb.

Beto O'Rurk qeyd edib: "Bu irqçilikdir. Bu qadın Konqres üzvləri sizlər qədər amerikalıdır”.

Bəzi respublikaçı siyasətçilər də Trampa etiraz ediblər. Mərhum senator Con Makkeynin qızı, respublikaçı köşə yazarı Meqan Makkeynin reaksiyası lakonik və qəti olub: "Bu, irqçilikdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam