Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Müseyib Həmzəyevin taladığı milyonlar və... -İTTİHAM

 
"Apardığımız növbəti araşdırmalarımız zamanı təqdim etmək istədiyimiz növbəti korrupsioner - cəmiyyətdə o qədər də tanınmayan birisi olsa da, qısa zaman kəsiyində malik olduğu varidat astronomik rəqəmlərlə ölçülür.
Yenixeber.org: Söhbət 2006-2015-ci ilədək Dövlət Dəmir Yolları İdrəsinin mühasibi olmuş, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Baş Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevdən gedir.
 O Müseyib Həmzəyev ki, vaxtilə Arif Əsgərovun rəhbərlik etdiyi ADY idrəsində baş vermiş bütün maliyyə pozuntularına birbaşa memarlıq etmiş, ayrılmış dövlət büdcəsinin “anasını ağlar” qoymuşdur". Bu ifadələr arşdırmaçı-jurnalist Əsgər Nağıyevin redaksiyamıza yolladığı məqalədə yer alıb. Daha sonra müəllif yazır:

"Bir o qədər də intellekt sahibi olmayan bu adam bəlkə də belə məsuliyyətsiz olmasaydı illər uzunu irimiqyaslı maliyyə pozuntularıilə məşğul olduğu zaman özünə “əl yeri” də saxlayardı. Nə olsun ki, A.Əsgərov İdarənin büdcəsini talamaq üçün Müseyibə Qəmlo kimi külli-ixtiyar vermişdir? Elə ona görə də A.Əsgərov dönəmini “Azərbaycan Dəmr Yolları” QSC-ni adı ən çox korrupsiya və maliyyə pozuntularında hallanan bir dövlət qurumu kimi çəkilir.

Bəli, xoruzun quyruğu o vaxt görünməyə başladı ki, ADY-na Cavid Qurbanov rəhbər təyin edildi. Cənab Qurbanov APA-ya 2016-cı ildə verdiyi açıqlmasında “ Azərbaycn Dəmir Yolları” QSC-də vəziyyətin son dərəcə acınacqlı olmasından, ciddi maliyyə pozuntularından danışdı. Amma rəhbərin cəmiyyətə çatdırdığı sensassion faktları dövlətin aidiyyatı qurumları ciddiyə aldılarmı? Xeyir. Təkcə bir fakta diqət yetirmək kifayət edər ki, ADY-da baş verən irimiqyaslı korrupsiyanın həcmini təsəvvür edəsən. Belə ki, 2006-2015-ci illər ərzində dövlət büdcəsindən dəmir yolu təsərrüftına 800 milyon manata ( kursa görə 1 mlrd dollar) yaxın vəsait ayrılıb. Həmin vəsait də əsasən “Araz LTD” MMC-nin vasitəsilə sərf olunub. Hansı ki, bu şirkət Arif Əsgərovun oğlu Elnar Əsgərova məxsus olduğu bildirilir.

Aparılan araşdırmalardan belə məlum olur ki, ADY-da törədilən irimiqyaslı maliyyə pozuntuları idarənin bütün sahələrini xərcəng xəstəliyi kimi bürmüşdür. İstər İdarənin Yükdaşıma, Sərnişindşıma Depertamentlərində olsun, istərsə də Vaqon Təmiri Depertamenti. Və qeyd etmək olar ki, M.Həmzəyev hər bir Depertamentdə özünəməxsus korrupsiya sxemi işləyib onu mexanizm halına salmışdır. Belə ki, Yükdşıma Depertamentində çek sxtakarlığı geniş vüsət almışdır. Yəni, yük boşaldan sahibkarı məcbur edib hər vaqona görə üst çekdə 1500 mant ödətdirirdilərsə, dövlət hesabtlarına düşən alt çeklərdə isə 300 manat qeyd edilirdi. Yəni, ikili mühasibatlıq həyata keçilirdi. Bir sözlə, “ADY” QSC-nin

Maiyyə İdarəsi Depertament rəhbərlərilə gizli sövdələşmələri nəticəsində sürətlə varlanmaqla məşğul olurdular. Bu Hadisələrin sonrakı gedişatı göstərdi ki, C.Qurbanovun rəhbər təyin olunmasından və “ADY” QSC-də nisbətən qayda qanunun yaranmasından sonra M.Həmzəyev xidmət rəisi Elşən Məmmədovla birlikdə “Azəravtoyol” ASC-yə transfer oldular. Doğrudur, qısa müddət ərzində Elşən Məmmədov yenə də güvəndiyi Nəqliyyat nazirinə arxalanaraq burada da özbaşnalıq etmək istərkən Müseyib Həmzəyev fürsətdən istifadə edərək birlikdə milyonlar qazandığı xidmət rəisi E.Məmmədovu “baqaja” qoyaraq onu rəhbərliyə asanlıqla satdı və özünü sadiq birisi kimi isbatlayaraq çoxdan arzusunda olduğu Maliyyə İdarəsi kürsüsündə oturdu. Yəni, sabiq maliyyə maxinatoru indiki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Maliyyıə İdarəsinin rəisi vəzifəsinə təyin olunur.

Bəs görəsən yeni dövlət idarəsində (AAYDA-da) M.Həmzəyev özünü “Şeyx övladı “ kimi təqdim edə bilirmi? Bəli bilir, onun intelekt səviyyəsi bir o qədər də yüksək olmasa da, peşəkar maliyyə maxenatoru kimi özünü “Aydan arı, sudan duru” kimi hələlik AAYDA rəhbərliyinə təqdim edə bilir. Digər tərəfdən isə xislətindən qalmayaraq avtomobil yollarının təmir və tikintisi üçün ayrılan milyonara az da olsa “süpürcə çəkə” bilir. Yəni, pulların bir qismini vergi ödəmələri, bir qismini mal-aterial alınması, bir qismini texnikaların alınmasından sonra “otkat”ların geri tələb edilməsinə və digər maxenasiyalarla rəhbərlikdən gizlincə xımır-xımır büdcənin pul “dağarcığını” sökməklə məşğuldur. İdarədə özünü maliyyə BOSSU elan edən Həmzəyev büdcə xərcləri barəsindəki məlumatları rəhbərliyə tam başqa formada çatdırır.

Verilən məlumatlardan o da aydın olur ki, M.Həmzəyev dövlət idarələrində işlədiyi son 12 il ərzində aldığı 500-600 manat əməkaqqı ilə şəhərin mərkəzində bir neçə ev və obyekt sahibi olmuş, dövlət qeydiyyat nişanı 20.000 manata olan 10 VV 200 nömrəli və dəyəri 320.000 manatlıq son model S klass MERCEDES markalı bir neçə şəxsi avtomobilləri idarə edir. Novxnıda yerləşən və dəyəri 3 milyon manata aldığı “RESTTİME NOVXANI” restoranı cənab Həmzəyevin əsil istirahət və əyləncə mərkəzinə çevrilmişdir. Belə ki, hər şənbə və bazar günləri özünəoxşar tipləri də bu restorana dəvət edərək axşamadək domino oynamaqla məşğuldurlar. Həmzəyev bazar günü ( iyunun 23-də) domino yoldaşlarından birinin qardaşının nazir postuna əyləşməsi münasibətilə öz hesabına ziyafət də vermişdir. Bu hadisədən sonra artıq M.Həmzəyevin özünə son 3 gündə nəinki yaxın durmaq, heç uzaq məsafədən söz də demək olmur.

Hesab edirik ki, Azərbaycanın indiki müharibə şəraitində olduğu bir dövrdə M.Həmzəyev kimi 30-40 maliyyə maxenatoru kifayət edir ki, “Beynəlxalq Bank işində”, “MTN işində”, “Rabitə işində” olduğu kimi dövlətin iqtisadi dayaqlarını tam dağıda bilsinlər. Belə olan halda paşınyanların, sarkisyanların Azərbaycanda iqtisai təxribatlar törətmk üçün vəsait sərf edib xüsusi təxribat qruplarını göndərməyə heç bir ehtiyac qalmır. Hesab edirik ki, Cavid Qurbanovun rəhbərlik etdiyi idarəsində 2007-2014-cü illər ərzində həmzəyevlər tərəfindən konkret faktlar üzrə törədilmiş irimiqyaslı korrupsiya əməlləri barədə verdiyi açıqlamalara prokurorluq orqnlarının arzu və istəklərindən asılı olmayaraq hüquqi qiymətin verilməsinin zamanıdır. Bəli, məhz bu istiqamətdə dövlətimizin başçısı çox düzgün addım ataraq vaxtilə MTN-də iqtisadi cinayətkarlıqla mübarizə idarəsinə rəhbərlik etmiş peşəkar general Əli Nağıyevi bir neçə gün öncə DTX rəisi təyin etmişdir. Ümidvarıq ki, bu sahənin səriştəli generalı həmzəyevlərin də üzv olduğu irimiqyaslı maliyyə pozuntuları törətmiş iqtisadi cinayətkar şəbəkələri qısa zaman kəsiyində ifşa edərək hakim qarşısına çıxarılmasını təmin edəcəkdir".

Qarşı tərəfi də dinləməyə hazırıq...(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam