Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

DÜNYA İNTİZARDA: SƏUDİYYƏ ƏRƏBİSTANI SPİRTLİ İÇKİ SATIŞINA...

Vivian Nereym, Donna Əbunəsr

“Bloomberg”, 14.06.2019

 

Riyad şəhərindəki bir idman barında öləziyən işıqlar altında asta musiqi səslənir. Bar kətilində oturmuş qadınlar gözlərini divardakı ekranlara zilləyib və futbol komandası qol vurduqda qışqırır, sonra mavi “moxito”larını qurtum-qurtum içirlər.

Yenixeber.org:  Səudiyyə Ərəbistanında, əlbəttə, bu mənzərədə bir şey çatışmır: spirtli içki. Alkoqollu içki qadağandır. Səltənət möhtəşəm ictimai transformasiya keçdirdiyi üçün səudilər indi həyəcan və müəyyən narahatlıqla düşünməyə başlayıblar: İslamın ciddi yasaqlarından biri də yox ola bilərmi?

Əslində, ölkəni idarə edən şahzadə Məhəmməd bin Salman ABŞ-da fəaliyyət göstərən bir köşə yazarı, ictimai fəallar və dissident din adamlarının həbs etdirməsi ilə beynəlxalq tənqidə tez-tez tuş gəlir. Bununla yanaşı, rəhbərliyin iqtisadi və sosial inqilab yaratması təsviri ilə, bu tənqid azalır.

Bir neçə il bundan öncə qadınların kişilərlə ictimai yerlərdə sərbəst şəkildə qarışdırıla biləcəyi, hətta sürücülük hüququ alması ağlagəlməz idi. Hökumət alkoqol içmə haqqında heç bir şey söyləməsə də və ya bu icazənin yalnız əcnəbilərə veriləcəyi deyilməsə də, hətta ehtimal barədə danışıqlar diqqət çəkir.

39 yaşlı Saleh (səltənətin hər yerində olduğu kimi, tam sərbəst danışa bilmədiyi üçün tam adının yazılmamasını xahiş etdi) deyir: “Biz tamamilə fərqli bir dövrdə yaşayırıq. Heç ağlımıza da gəlməzdi ki, kinoteatrlar olacaq, qadınlar stadionlara gedə biləcək və ya maşın sürəcəklər. İndi bu, həqiqət və çox təbiidir”.

Mütəxəssislər deyir ki, bəzi xarici qonaqlar üçün gələn il Səudiyyə Ərəbistanında alkoqola qadağa götürüləcək. Hökumət qurumları ilə sıx əməkdaşlıq edən əcnəbilər hökumətin idxal lisenziyaları məsələsi üzərində işlədiyini bildirirlər.

Şahzadə Məhəmmədin ən böyük hədəfi Səudiyyə Ərəbistanını qlobal bazarda yerləşdirmək və Dubay kimi, beynəlxalq qabiliyyətlər üçün cəlbedici məkan yaratmaqdır. Şahzadə biznesin çiçəklənməsini və turistlərin Qırmızı dənizin böyük şəhərlərinə axın etməsini istəyir.

Səudiyyə rəsmiləri son bir ayda alkoqolla bağlı şərh müraciətlərinə cavab verirlər.

Yüksək səviyyəli bir hökumət rəsmisi anonim qaydada Səudiyyə Ərəbistanının “Arab News” qəzetinə bildirib ki, krallıq spirtli içkilərin satışı və ya istehlakına icazə verməyi planlaşdırmır. O bu haqda dedi-qoduları “saxta xəbər” adlandırıb.

Ötən ilin oktyabr ayında “Bloomberg”-ə verdiyi müsahibədə şahzadə Səudiyyə Ərəbistanında deyil, Dubayda yaşamaq istədikləri üçün öz xeyriyyə fondu üçün əcnəb icraçı direktor tapa bilmədiyini söyləyib. Çünki Dubayda əcnəbilər, qeyri-müsəlmanlar kimi, alkoqol içməkdə sərbəstdir və hətta Ramazan ayında onlar üçün məhdudiyyətlər qaldırılır. İndi Dubay sakinləri günün istənilən vaxtında lisenziyalı restoranlarda alkoqol sifariş edə bilərlər.

“Hər hansı bir dəyişiklik olsa da, bu, Səudiyyə qanunları və dinindən kənara çıxamamalıdır”, – şahzadə bildirib.

Amma hazırda Səudiyyə Ərəbistanı ABŞ-ın “alkoqol yasağı” dövrünü xatırladır. İnkişaf etməkdə olan “qara bazar” var və evdə hazırlanan alkoqol xaricilərə xidmət edən bar və restoranlarda açıq şəkildə satılır.

Bir şüşə qaçaqmal şərabın qiyməti təxminən 800 rialdır (213 dollar); viski və ya “cin” kimi tünd içki – təxminən 1.200 rial. Riyadın səfirliklərlə dolu qapalı diplomatik məhəlləsində şən məclislər keçirilir. Bəzi Səudiyyə evlərində hətta ev sahibi qonaqların hansı növ – ağ və ya qırmızı şərab istədiyini soruşur…

Kral Abdullah bölgəsinin, Riyadın şimalındakı xüsusi ərazinin spirtli içkiyə icazə veriləcək zona olacağını deyənlər var.

Hökumət hər hansı bir qərar qəbul etməzdən əvvəl insanların təpkisini ölçməyə çalışır. Həmişəki kimi, onlar hələ də dərin mühafizəkar cəmiyyətdə bölünürlər.

Yaxın Şərqin 3 ölkəsində – İran, Sudan və Küveytdə alkoqol qadağandır. Dubayda alkoqol yalnız lisenziyalı müəssisələrdə satılır. Misirdə Ramazan ayında spirtli içki satışı yasaqlanır.

Hökumətə yaxın bəzi səlahiyyətlilər alkoqol qadağasının heç vaxt götürülməyəcəyini deyir, çünki səltənət Məkkənin xidmətçisi və dinin doğulduğu yerdir. Buna görə də, Səudiyyə Ərəbistanı İslam əxlaqının qalası olaraq qalmalıdır.

Qadağanın ləğvi halında, bu, Səudiyyə Ərəbistanında qismən olacaq. Böyük şəhərlərdə və yeni kurortlarda restoran və otellərə lisenziya verilə bilər.

Böyük şəhərlərdə və yeni kurortlarda satış lisenziyası verilə bilər.

Amma “Red Sea Development Co.”-nun koordinatoru Con Paqanonun sözlərinə görə, krallığın qərb sahilindəki lüks turizm mərkəzində spirtli içki satışına icazə verilməyəcək.

Səltənətdə həmişə “quru qanun” mövcud olmayıb. Neftçilər gənc Səudiyyə Ərəbistanına gəldikdə, “alkoqol çayları” xaricilər arasında sərbəst şəkildə axırdı. Lakin 1951-ci ildə kral Əbdüləzizin oğlu alkoqollu halda Ciddədə britaniyalı konsul köməkçisini öldürüb. Bundan sonra spirtli içki səltənətdə qadağan edilib.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam