Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Millət vəkilindən Qarabağda müharibə ehtimalına münasibət

 

“İkinci Qarabağ savaşı Rusiyaya zərbə vurmaq üçün Qərbə lazım ola bilər”

 

"Xeberinfo.com":   Məlumata görə, siyasi analitiklər 2015-ci ildə dünyanın bir sıra bölgələrində müharibələrin alovlanacağı proqnozlarını verirlər. Amerikalı analitiklərin proqnozuna görə isə növbəti il Qarabağ müharibəsinin alovlanacağı il ola bilər. Qərb ekspertlərinə görə, gələn il dünya üzrə alovlana biləcək potensial münaqişələr sırasında Qarabağ konflikti öt sıralardadır. 
Beynəlxalq Münasibətlər üzrə Amerika Şurası özünün “Global Conflict Tracker” proqnozuna gələn il Ermənistan-Azərbaycan münaqişənin alovlanması ehtimalını da daxil edib. 
Bəs, Azərbaycanda bu proqnozların nə dərəcədə reallaşa biləcəyi düşünülür? Ümumiyyətlə, bu proqnozun reallaşması gözlənilirmi?
Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc bildirdi ki, bölgənin həyatını dərindən təhlil edən dairələr həqiqətən də regionda əsas münaqişə ocaqlarının hər an alovlana biləcəyini qeyd edirlər. Məsələn, 2008-ci ildə gözlənilən idi ki, Rusiya və Gürcüstan arasında toqquşma baş verəcək. Gözlənilən toqquşma baş verdi: “Mixail Saakaşvilinin 2004-cü ildə hakimiyyətə gəlməsi inqilabi demokratiyanın sərhədlərini genişləndirmək siyasətini ortalığa çıxardı. Çünki Saakaşvilinin ifadə elədiyi beynəlxalq maraqlar Rusiyanın kursu ilə ziddiyyət təşkil edirdi. Necə ki, bu gün Ukraynada mənzərə eynidir. Beləliklə, biz ümumiyyətlə onu dəyərləndirməliyik ki, Qarabağ problemi 2015-ci ildə və yaxud gələcəkdə hansı şəraitdə təzədən müharibə fazasına daxil ola bilər. 
Cavabı belə verə bilərik ki, birinci Qarabağ konflikti əslində SSRİ-nin dağılması üçün lazım oldu. İkinci Qarabağ savaşı isə ən azı Rusiyaya zərbə vurmaq üçün Qərbə lazım ola bilər. Bu, qətiyyən Rusiyanı sülhpərvər təqdim eləmək niyyətimizdən irəli gəlmir. Yəni sırf onların özlərinin mənafelərinin nədən ibarət olduğunu hesablayanda bu qənaətə gəlirik. Bir neçə cəbhədə vuruşmaq o qədər də əlverişli deyil. Onsuz da 2015-ci ilin əsas siyasi, hərbi, təhlükəsizlik həyatını yenə də Rusiya-Ukrayna, Rusiya-Qərb münasibətləri təşkil edəcək”.
Deputatın fikrincə, ikinci Qarabağ müharibəsi Azərbaycanın iradəsi altında o zaman başlayardı ki, biz iki halda qələbəmizə əmin ola bilək: “Birinci ondan ibarətdir ki, beynəlxalq konsensus olaydı, hamı onu düşünəydi ki, bəli, Azərbaycanın öz ərazilərini bütün vasitələrlə azad etmək hüququ var və sabah rayonlarımız bir-birinin ardınca azad ediləndə buna qarşı sanksiyalar, bəyanatlar, hədələr, hətta əleyhimizə olan hərbi yardımlar işə düşməyəcək. Azərbaycan buna günü sabah əmin olsa, gecə ilə də hərbi əməliyyatlara başlayacaq. Çünki bütün mənalarda üstünlük Azərbaycanın tərəfindədir. İkinci variant isə ondan ibarət ola bilər ki, bütün xarici təsirlərin başları bir-birinə qarışaydı və biz bu situasiyadan bəhrələnmək istəyərik. 
Bu, çox avantürist bir hadisə kimi görünür. Həm də ona görə ki, bir çoxları düşünürdü ki, biz bunu hətta Rusiyanın Ukrayna ilə bəlli konfrantasiyası fonunda edəcəyik. Ancaq bu, bizim arzuladığımız vəziyyət deyil”.
Z.Orucun sözlərinə görə, birmənalı olaraq onu qəbul etmək lazımdır ki, bizim iradəmizdən kənarda müharibə törənsə, bu hər iki tərəfin məğlubiyyəti olacaq: “Yəni Ermənistanın da, Azərbaycanın da məğlubiyyəti olacaq. Çünki onu provakasiya edən dairələr heç zaman istəməzlər ki, kimsə qalib olsun. Mən beynəlxalq ekspertlərin müharibə alovlanacağı barədə rəyini o cəhətdən qəbul edirəm ki, 2015-ci il beynəlxalq şərait üçün müharibə və itkilərin miqyasını artıracaq il olacaq. Bu bölgədə də başqa cür hadisələr meydana çıxa bilər. Sırf xarici iradənin məhsulu olaraq. Biz iradəmizdən kənar fitva ilə veriləcək müharibə əmrlərinin əleyhinəyik. Biz istəmərik belə məqamda Qarabağ müharibəsi başlansın ki, biz sadəcə ona qatılmağa məhkum olaq. Amma Azərbaycan öz iradəsi altında, öz hesablamaları ilə qələbəsinə əmin olaraq müharibəyə girəcəksə, təbii ki, bu, Azərbaycanın bütün insanları tərəfindən də qəbul olunacaq” 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam