Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

 Aqil Nəzərlini bitirəcək FAKTLAR -Yeyinti ittihamı

 


Aqil Nəzərlini bitirəcək FAKTLAR
Laçın rayon Vağazin kənd sakini Mürsəlzadə Əliağa Albəndə oğlu prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Yenixeber.org: Bir nüsxəsi də redaksiyamıza daxil olan müraciətdə deyilir: "Aqil Nəzərlinin korrupsiya faktlarından çox cüzi bir hissəsini diqqətinizə çatdırırıq.

Rəsmi şəkildə əmək müqaviləsi ilə işləyən hər kəs bilir ki, işçinin əmək haqqından məcburi və könüllü tutulmalar eydiir. Məcburi tutulmalar Vergi, DSMF, İşsizlikdən Sığorta Fonduna edilən ödəniş və büdcə təşkilatlarında məntiqsiz olsa da, mövcudluğu yalnız pul yığmaqda görsənən "Həmkarlar İttifaqı"na tutulmalardır. Ancaq, Laçın rayon icra başçısı Aqil Nəzərlinin göstərişi əsasında könüllü tutulmalar sırasında olan "Xeyriyyə Fondu"na tutulma məcburidir. 

Laçın rayon idarə və müəssisələrində işləyən bütün fəhlələrin hər ay əmək haqqından məcburi olaraq 1% Laçın rayon "Xeyriyyə Fondu"nun bank hesabına ödənilir. Və faktiki olaraq 10 minlərlə manat vəsait heç bir zaman da təyinatı üzrə istifadə edilməyib və mütəmadi olaraq Aqil Nəzərlinin yaxın adamlarının adlarına 500, 1000 manat yazılaraq həmin hesabdan pullar çıxarılır. 2018-ci ilin dekabr, 2019-cu ilin yanvar aylarında Aqil Nəzərli yenədə öz adamlarının adlarına 500, 1000 manat civarında çox sayda adamın adına yazaraq "Xeyriyyə Fondu"nun vəsaitlərini çıxarmışdır. Və həmin adamlar pulları Aqil Nəzərlinin qardaşı Müqabil Nəzərliyə təhvil verərək qarşılığında 15-20 manat zəhmət haqqı almışdırlar. 

Digər bir korrupsiya faktı isə Laçın rayon Mişni, Qarıqışlaq və Vağazin kəndinin Qarağac obasında birinin smeta dəyəri 8000 manat dəyərində olan 3 ədəd su quyusunun qazılması üçün quyunun hər birinə 85000 manat ayrılmış və ümumilikdə 231000 manat vəsait Aqil Nəzərli tərəfindən mənimsənilmişdir. 
Cənab Prezident, əsil düşmənlər ocaq başında əyləşib".

Qarşı tərəfi də dinləməyə hazırıq...(dia.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam