Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Qazaxıstanda erməni isterikasının sonu

 

 

 

Yenixeber.org: Ermənilər Qazaxıstanı beynəlxalq birliyin nəzərində “irqçi”lik damğası ilə ləkələmək üçün hərəkətə keçiblər. Vaxtilə Suriya, Livanvə İraqda vətəndaş müharibəsini qızışmasında və terrorizmin çiçəkləməsində xüsusi fəal olmuş ermənilər bu ənənələrindən hələ də əl çəkmək istəmirlər .

Stabil ölkədə dərin hədəflər

Qazaxstanın ümumi əhalisinin sayı 18 milyon 356 min nəfərdir. Əhalinin 67 faizini yerli qazaxlar, 15 faizini ruslar, 3.2 faizini özbəklər, 1.5 faizini ukraynalılar, 1.5 faizini uyğurlar, 1.1 faizini tatarlar təşkil edirlər. Bununla yanaşı, Ahısqa türkləri, noqaylar, azərbaycanlılar, dunqanlar, qaraçay-balkarlar, türkmənlər, qırğızlar, başqırdlar, koreyalılar, çuvaşlar, kumıklar, almanlar və digər xalqlar bu ölkənin etnik mənzərəsində yer alırlar. Qeyd edək ki, 1991-ci ildə dövlət müstəqilliyini əldə etdikdən sonra, Qazaxstana qarşı dəfələrlə etnik separatizm hədəflərini sərgiləyən çevrələr olmuşdur. Xüsusilə bu ölkənin şimal vilayətlərinin Rusiyaya birləşdirilməsi, cənub-şərq bölgələrinin Qırğızstana ilhaq edilməsi, cənub bölgələrinin Özbəkistana verilməsi kimi təşəbbüslər sonda iflasa uğramışdır. Çünki BMT-nin və digər beynəlxalq birliyin mövcud sərhədlərin hər hansı provakativ şərtlərlə dəyişdirilməsi qarşı çıxması Qazaxstanın xeyrinə həll olunmuşdur.

Qazaxıstan ölkədə yaşayan etnik və dini icmaların hüquqlarını mümkün qədər qorumaqla tolerant ölkə kimi imic qazanmışdır. Təbii olaraq, Qazaxstanda dövlət dilinin qazax dilinin olması yerli idarəetmədə xüsusi rol oynayır. Lakin postsovet məkanında rəsmi dillərə qısqanclıqla yanaşılması, hətta xor baxılması kimi sterotiplər qaldıqca xoşa gəlməyən hadisələr də baş veririr. Belə ki, 1991-1997-ci illərdə Türkmənistanda dövlət dilinin türkmən dili olması ilə razılaşmayan bəzi xalqlar hətta bu ölkəni irqçilikdə suçlamağa cəhd etdilər. Sonda 115 min erməni əhalisi Ermənistana, Rusiyaya və Ukraynaya köçüb getməli oldular. Çünki ermənilər türkmən dilində yazıb-oxumaq istəmirdilər. Dövlət dilində tələb olunan sənədlərlə işləməyə həvəsli deyildilər. Gürcüstan, Moldova, Estoniya, Latviya, Litva, Qırğızstan və Özbəkistan da bu ağrılı prosesləri yaşamalı olub. Üzdə “ruslar” və “rusdilli əhali” görüntüsü yaradaraq hətta Rusiyanı provakativ tədbirlərə cəlb etmək kimi təşəbbüslər xalqlararası münasibətlərdə bəzən dərin çatların yaranmasına səbəb olub.

Ermənistanda bu gün Qərb yönümlü siyasi gücün iqtidara gəlməsindən sonra, 300 illik Rusiya siyasətinin əlaltısı olan ermənilər bu gün çaşqınlıq içindədirlər. Onlar əziyyət çəkmədən Rusiyaya miqrasiya etmək, bu ölkədə veriləcək imkanlardan yararlanmaq üçün provakativ oyunlardan yararlanmağı tərcih ediblər. Bolqarıstan, Azərbaycan, Gürcüstan, Suriya, Ukrayna, Özbəkistan və Türkmənistanla bağlı miqrant məsələsində məhz bu taktikadan istifadə ediblər.

Karaqandada “Qədim Roma” xarabalığı

Kimsəyə sirr deyil ki, Qazaxstanın Karaqanda və Çuy vadiləri hər zaman Rusiyanın sürgün məskəni kimi dəyərləndirilib. Çarizm və sovet illərində bu sürgün siyasətinin nəticəsində yerli inzibati idarəetmə siyasətini isə erməni məmurlar həyata keçiriblər. Bu gün Sovet İttifaqı dağıldıqdan sonra, həmin bölgələrdə ermənilər ən üstün səviyyədə biznes sektoruna nəzarət etmək missiyasını həyata keçirirlər. Ənənəvi olaraq, ermənilər özlərini yerli qazax xalqından hər sahədə üstün göstərmək üçün daim aşağılayıcı, hətta təhqiedici siyasət yürütməkdən belə, çəkinməyiblər. Ona görə də günlərin birində qazax xalqının səbrinin daşacağı günü hesaba almamışdılar.

Karaqanda şəhərində ermənilərə məxsus “Qədim Roma” restoranında baş verən hadisə də məhz bu psixoloji amildən qaynaqlanır. Hadisə ilə bağlı tutuqlanan Torq Malxasyan, Soxak Malxasyan və cinayət axtarışında olan Narek Qururyanın əməllərindəki cinayət tərkibinin əsas motivi isə, qazax xalqını təhqir etmək və aşağılayıcı hərəkətlərindki əməllərinin olması istintaq tərəfindən də təsdiq olunur.

Karaqanda vilayətinin baş prokuroru Marat Seksembaev bildirib ki, ermənilərin provakativ hərəkətlərində yetərincə cinayət tərkibi vardır. Qazaxstanın siyasi şərhçilərinin qeydlərində bu hadisə ilə bağlı üstüörtülü olsa da, bildirilir ki, 2018-ci ilin yekunu kimi, ölkə prezidenti Nursultan Nazarbayev 2020-2021-ci illərdə yeni prezident seçkilərinin keçiriləcəyini vurğulayıb. “Karaqanda hadisələri” çərçivəsində ermənilərin belə bir provakativ hərəkətləri əslində beynəlxalq müstəvidə Qazaxstanın bir dövlət olaraq nüfuzuna xələl gətirilməsi ideyasına xidmət edir. Çünki, “soyuq savaş” və ya “soyuq duş” strateji hədəflərində Qazaxstanın Orta Asiya, Türk Dünyası və Yaxın Şərq aləmindəki nüfuzunu aşağı salmaq, bu ölkənin irqçi rejim olması kimi hədəflərin məkrli tərəfləri də göz önündədir. Bir sözlə, “Qədim Roma”nın aqibətində yer alan xarabalıq siyasətin ermənilərin əsas hədəflərindən biridir.

Qazaxstanın Karaqanda vilayətində “erməni-qazax qarşıdurması”nın arxasında Rusiyanın durduğunu irəli sürənlər əslində yanılırlar. 1988-ci ildə Azərbaycanın Sumqayıt şəhərində baş verənlərin ermənilər tərəfindən qabaqcadan planlaşdırdıqları bəllidir. Ona görə də “Sumqayıt hadisələri”ni bəhanə edən 400 mindən çox erməni çox asanlıqla Rusiyada məskunlaşa bildilər. Qazaxstanla bağlı bu provakativ ssenarinin məqsədi də ermənilərin kütləvi şəkildə Rusiyaya köç dalğasının hüquqi bazasının yaradılmasıdır. Ermənilərə aid strateji araşdırma mərkəzlərinin proqnozlarına görə, 2020-2025-ci illərdə Özbəkistan və Qazaxstan tamamilə milli dildə idarəetməyə keçəcəklər. Bu da, öz növbəsində ermənilərin Qazaxıstan və Özbəkistan qanunlarının şərtləri daxilində yaşamağa məcbur edilməsi deməkdir. Halbuki “rusdilli əhali” adı altında ermənilər keçmiş Sovet İttifaqı, həm də bugünkü Rusiya zamanı Orta Asiya dövlətlərinin sərvətlərini talamaq siyasətini yürüdüblər. Bu gün durum tamamilə fərqlidir. Qazaxstan bir dövlət olaraq öz sərvətlərinə sahib çıxmaqla hər hansı əcnəbi talançılığa yol verilməsinin əleyhinədir.

1920-ci ildən bu yana ermənilər daim Qazaxstanda istər dövlət strukturları, istərsə də cinayət aləminin cinayət qanunları ilə yerli xalqlara qarşı zülmlər törədiblər. Bu gerçəkliklərin astar üzü ortaya çıxdıqca təbii olaraq, bir daha belə olayların baş verməməsi üçün qazax xalqı və dövləti milli iradəni irəli sürməkdədir.

İrəvanın təxribatı və özünü ifşa

Qazaxstanın Karaqanda vilayətində ermənilərin cinayət əməllərini pərdələmək üçün başda Ermənistan olmaqla, bütün erməni təbliğat şəbəkələri Azərbaycan dövlətinin bu hadisəini alovlandırdığı qeyd olunur. Bir sözlə, ermənilər məkrli niyyətlərini özgə siyasətlərə pərçimləyəmə çalışırlar. Ermənistan parlamentinin deputatı Edmon Marukyan çıxış edərək bildirib ki: “Qazaxstandakı antierməni aksiyalar və mitinqlərin əsas təşkilatçısı Azərbaycan Respublikasıdır”.

Halbuki hadisələrin pərdəarxası onun özünə də gün kimi aydındır.

Erməni təbliğat maşını: “Qazaxstanda etnik millətçilik siyasəti artıq irqçilik həddinə çatıb. Qazax millətçiləri sadəcə antirus mövqeləri ilə deyil, həm də Rusiyanın strateji müttəfiqi olan erməni xalqına qarşı qəddarcasına davranır” tipli mövzularını gündəliyə gətirir.

Halbuki Qazaxıstan dünyanın ən tolerant ölkələrindən biridir. Qazaxstanı, Özbəkistanı, Türkmənistanı və Qırğızstanı daim aşağılayan və həqarətlər yağdıran erməni təbliğat maşınıdır. Buna örnək kimi, uzun illər “Mosfilm”də Orta Asiya üzrə instruktorlar erməni məmurlar olublar. Onların təsdiq etdikləri mövzulara çoxsaylı bədii filmlər çəkilib. Beləliklə də, Orta Asiya xalqlarını hər zaman aşağılayan güclü təbliğat sistemi onların əlində olubdur. Bu günün özündə “Mosfilm”in baş direktoru erməni mənşəli Karen Şahnəzərovun olması tarixi ənənələrdən qaynaqlanır.

İrəvanda nəşr olunan “168 jam” qəzetində ədəbiyyatşünas alim David Qasparyan açıqlama verərək bildirib ki: “Qazaxstanda 119 millətin münayəndəsi yaşayır. Təkcə erməni xalqına bu ölkədə nifrət var. Ona görə də, Orta Asiyadan bütün ermənilər dərhal Ermənistana köçməlidirlər”.

Qazaxıstandakı yerli müşahidəçilərin sözlərinə görə, “Karaqanda hadisələri”ndən sonra güc strukturları ermənilərə məxsus bütün obyektləri nəzarətə alıblar. O da bəllidir ki, ermənilər Qazaxstanda geniş miqyasda ticarət şəbəkələrinə və maliyyə strukturlarına nəzarət edirdilər. Bu gün qazax xalqı onun var-dövləti hesabına zənginləşməklə yanaşı, həm də onun istismar olunmasına əsla qəbul etmir. Ona görə də, bu haqsızlıqlara göz yummaq istəməyən qazax xalqı ermənilərin talançı siyasətinin qarşısını almağa çalışır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam